Pink sözü azərbaycan dilində

Pink

Yazılış

  • Pink • 91.4439%
  • pink • 7.4866%
  • PİNK • 1.0695%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Pink
Alisya Bet Mur (ing. Alecia Beth Moore, və ya bilinən adıyla Pink və P!nk; 8 sentyabr 1979) ABŞ-lı bir pop musiqi müğənnisidir. == Həyatı == === Uşaqlıq İlləri === Pink, 8 sentyabr 1979 tarixində ABŞ'ın Pensilvaniya əyalətinin Doylestown bölgəsində dünyaya gəldi. Müğənninin Pink adını almasının səbəbi, düşünüldüyü kimi musiqi dünyasına ilk addım atdığında saçlarının bənövşəyi rəngli olması deyildi. Dostları ona bu adı, Reservoir Dogs filmindəki Mr. Pink xarakterinə bənzədiyi üçün taxmışlar idi. Pinkin musiqiyə olan marağının başlıca səbəbi, atasının onu yatırtmaq üçün bəstələdiyi mahnılardı. Yaşı irəlilədikcə bu mahnılar duetlərə çevrildi və Pink lisey illərində atasıyla birlikdə ilk bəstələrini etməyə başladı. Yerli bir rep qrupuyla səhnəyə çıxdığında isə hələ 13 yaşında idi. Olduqca problemli bir gənclik dövrü keçirdikdən və anası ilə atası ayrıldıqdan sonra, anasıyla dalaşmaqdan pis vəziyyətə düşərək 14 yaşında evi tərk etdi və musiqi həyatına daha ciddi bir şəkildə davam etmək məcburiyyətində olduğunu anladı.
Pink Floyd
Pink Floyd 1965-ci ildə gitara və vokalda Sid Barrett, bateridə Nick Mason, basda və vokalda Roger Waters, elektronik piano və vokalda Riçard Rayt adlı universitet tələbələri tərəfindən yaradılmışdır. 1960-ların sonunda Londonun yeraltı musiqi dünyasında verdikləri konsertlərlə məşhurluq qazandılar və Barrett-in liderliyi ilə iki ədəd top listlərə girən single və müvəffəqiyyətli bir albom olan The Piper at the Gates of Dawn-ı yayınladılar. Gitarist və vokalist Devid Gilmor 1967-ci ilin dekabrında qrupa qatıldı. Psixoloji olaraq problemlər yaşayan Barrett, vəziyyətinin pisləşməsi ilə 1968-ci ilin aprelində qrupdan ayrıldı. Waters qrupun mahnı yazarı və lideri oldu, The Dark Side of the Moon(1973), Wish You Were Here(1975),Animals(1977),The Wall(1979) və The Final Cut(1983) kimi konsept albomlara öz imzasını atdı. The Dark Side of the Moon və The Wall bütün zamanların ən çox satan albomlarından oldu. Qrupun simvolu halına gəlmiş The Dark Side of the Moon, bütün zamanların ən çox zirvədə qalmış albomu olaraq Billboard 200 listində 741 həftə qalmışdır. Yaşanan bir sıra mübahisələrin ardından Wright, 1979-cu ildə qrupu tərk etdi. Bunun ardınca 1985-ci ildə Waters də qrupdan ayrıldı. Gilmour və Mason Pink Floyd olaraq musiqi həyatlarına davam etdilər, Wright isə öncə studiya musiqiçisi olaraq, sonra isə qrup üzvü kimi təkrar qrupa qayıtdı.
Pink gölü
Pink gölü (ing. Pink Lake; fr. Lac Pink) — Kanadanın Kvebek əyalətində, Qatino şəhərinin yaxınlığındakı Qatino Parkda yerləşən meromiktik tipli göl. Yay dövründə gölün səthi suda yaşayan yosunların sayına görə yaşıl görünür. İnsan fəaliyyətinə göl evtrofikasiyalaşmış və göl təhlükəli hala düşmüşdür. Qatino Park idarəsi göldə çimməyi, gölə daş atmağı, yanında ev heyvanları ilə gəzməyi qadağan edib. == Tarixi == Göl adını 1826-cı ildə bu bölgədə yaşamış və ferma təsərrüfatı ilə məşğul olmuş irland ailədən almışdır. == Xüsusiyyətlər == Meromiktik xüsusiyyətlərinə görə Pink gölündə qədim bakteriya formaları yaşayır. Bu bakteriya formaları fotosintez etmək üçün oksigendən deyil, kükürddən istifadə edir. Oksigenlə zəngin olmayan hissələrdə səthdən 7 metr qalınlığında bu bakteriya formalarından ibarət qat yaranmışdır.
Alan Pinkerton
Alan Pinkerton (ing. Allan Pinkerton; 25 avqust 1819, Qlazqo, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 1 iyul 1884, Çikaqo, İllinoys) — şotland əsilli Amerika detektivi və kəşfiyyatçısı. Daha çox Pinkerton Milli Detektiv Agentliyinin (ing. Pinkerton National Detective Agency) qurucusu kimi tanınır. Amerika Vətəndaş müharibəsi dövründə İttifaq kəşfiyyatı üçün çalışmışdır. == Pinkerton agentliyinin quruluş tarixi == Alan Pinkerton Şotlandiyanın Qlazqo şəhərində polis çavuşu ailəsində anadan olub. Çəllək ustası peşəsinə yiyələnib. Çartist işçi hərəkatında fəal idi. 1842-ci ildə ABŞ-yə mühacirət etdi. Çikaqo yaxınlığındakı Dandi qəsəbəsində yerləşdi.
Erigeron pinkavii
Erigeron pinkavii (lat. Erigeron pinkavii) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid biki növü.
Pinkel
Pinkel (нем. Pinkel)-Almaniyanın şimal-qərb zonasının milli yeməyidir. Oldenburq, Bremen, Frislandiya da geniş yayılıb. Qarniyeri kələm olur. Cənubi Almaniyada isə demək olar heç məşhur deyil. == Hazırlanması == Pinkeldə istifadə edilən kolbasa, donuz ətindən, mal ətinin piyindən, yulafdan, soğandan, duz, istiotdan ibarətdir. Pinkelin əsas resepti demək olar ki, gizli saxlanılır. Buna görə də müxtəlif bölgələrdə müxtəlif cür hazırlanır. Əgər pinkelin əti çoxdursa o ətli pinkel və ya oldenburq pinkeli adlanır. == Ənənələri == Kələmli-pinkellər qış aylarında Almaniyanın şimal regionlarındakı kəndlər üçün hazırlanırdı.Oldenburq əyalətinin ətraflarında bu adət ənənə geniş yayılıb.
Pinkern
Pinkern (q.yun. πιγκέρνης, translit. pinkernēs) və ya epinkern (q.yun. ἐπιγκέρνης, translit. epinkernēs) — Bizans imperiyasında yüksək dərəcəli saray titulu. Titul əvvəlcə saray xədimlərinə, daha sonra isə adi insanlara verilirdi. Pinkern XIV əsrdə vacib insanlara verilən yüksək bir titula çevrilir. İmperatorluq pinkernlərinə əlavə olaraq patriarx və böyük feodolların saraylarında da pinkernlərin olduğu qeyd edilmişdir. == İstinadlar == == Mənbə == Kajdan, Aleksandr. Pinkernes // The Oxford Dictionary of Byzantium (ingilis).
İoann Kantakuzin (pinkern)
İoann Kantakuzin (yun. Ἱωάννης Καντακουζηνός, translit. Ioánnis Kantakouzinós; 1190 – 1257) — Frakesiya femasının qubernatoru (hak. 1244–1249), duka və pinkern. O, 1249-cu ildə Nikeya imperatoru III Duka İoann Vatas tərəfindən Rodos hakimi İoann Qavalasın orada olmadığı dövrdə adanı işğal edən və nəzarəti ələ keçirən genuyalılara qarşı göndərilən yürüşə rəhbərlik etmişdir.İoann Kantakuzin ömrünün son illərində İoanniki adını özünə götürərək rahib olmuş, 1257-ci ildən bir müddət əvvəl vəfat etmişdir. == İstinadlar == == Mənbə == Nicol. The Byzantine Family of Kantakouzenos (Cantacuzenus), ca. 1100–1460: A Genealogical and Prosopographical Study. Dumbarton Oaks studies 11. (ingilis).
Cessi Pinkman
Cessi Pinkman (ing. Jesse Pinkman) — "Bədbəxt" serialının əsas personajlarından biri. Aaron Pol tərəfindən canlandırılıb. Cessi keçmiş kimya müəllimi Volter Vayt (Brayan Krenston) ilə birlikdə kristal met hazırlayıb satır. Cessi teleserialın bütün seriyalarında görünən yeganə personajdır. Pol 2019-cu ildə buraxılan "El Kamino" spin-off filmində rolunu yenidən ifa etdi, həmçinin o 2022-ci ildə "Ən yaxşısı Sola zəng et" teleserialının final mövsümündə də rol aldı.Vins Qilliqan Cessini serialın ilk mövsümünün sonunda öldürməyi planlaşdırırdı, lakin Aaronun performansını və personajın tamaşaçılar tərəfindən sevildiyini gördükdən sonra fikrini dəyişdi. Tənqidçilər Cessinin dəyişməsindən xüsusilə təsirləndilər, o, xoşagəlməz bir narkotik satıcısından teleserialın sevilən qəhrəmanına çevrildi. Pol ifasına görə 2010, 2012 və 2014-cü illərdə "Praymtaym Emmi" mükafatına layiq görülüb. == Bioqrafiya == Cessi Brüs Pinkman Nyu-Meksiko ştatının Albukerke şəhərində orta təbəqəli bir ailədə anadan olub. Serialın əvvəllərində o, narkotik istifadəsi və satışı ilə məşğul olduğu səbəbindən ailəsi tərəfindən rədd edilmişdi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.73 dəfə / 1 mln.
2004 ••••••• 0.67
2006 ••••• 0.45
2007 •••• 0.42
2008 ••••• 0.49
2009 •• 0.16
2010 •••••••••• 1.09
2011 ••• 0.26
2012 ••••••••••••• 1.38
2013 •••••••••••••••••••• 2.19
2014 •••••••••••••••••••• 2.23
2018 ••• 0.30
2019 •••••••••• 1.11
2020 ••••• 0.53

Oxşar sözlər

#pink nədir? #pink sözünün mənası #pink nə deməkdir? #pink sözünün izahı #pink sözünün yazılışı #pink necə yazılır? #pink sözünün düzgün yazılışı #pink leksik mənası #pink sözünün sinonimi #pink sözünün yaxın mənalı sözlər #pink sözünün əks mənası #pink sözünün etimologiyası #pink sözünün orfoqrafiyası #pink rusca #pink inglisça #pink fransızca #pink sözünün istifadəsi #sözlük