Pirimov sözü azərbaycan dilində

Pirimov

Yazılış

  • Pirimov • 95.9459%
  • PİRİMOV • 4.0541%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qurban Pirimov
Qurban Baxşəli oğlu Pirimov (Primov) (oktyabr 1880, Gülablı – 29 avqust 1965, Bakı) — Azərbaycan tarzəni, Azərbaycanın ilk xalq artisti (1931). Qurban Pirimov 1880-ci ilin oktyabrında Şuşa qəzasının Gülablı kəndində dünyaya gəlib. XVIII əsrdə Qarabağın məşhur aşığı olan Valehin nəticəsidir. Qurban Pirimov XIX əsrin sonlarında ifaçılıq etməyə başlamış, həm solo, həm üçlükdə, həm də orkestrin tərkibində ifalar nümayiş etdirmişdir. Belə ki, o,1905-ci ildən xalq müğənnisi Cabbar Qaryağdıoğlu və Saşa Oqanezaşvili ilə birlikdə musiqi üçlüyü yaradır. Həmin muğam üçlüyü 20 ilə qədər öz fəaliyyətini davam etdirir. Q. Pirimov həmin fəaliyyəti dövründə məşhurlaşıb, müxtəlif yerlərdə — Zaqafqaziya, Orta Asiya, Kiyev, Moskva və İranda qastrol səfərlərində olub. Onun ifa etdiyi muğamlar 1906–1916-cı illər ərzində Riqa, Varşava və Kiyev şəhərlərində "Potte", "Sport-Rekord", "Qrammafon" firmaları tərəfindən qrammofon valına yazılmışdır. 15 yaşında ikən müəllimi Sadıqcanın xeyir-duasını alan Qurban Qarabağ toylarında seçilən məşhur xanəndələri müşayiət edir. Belə toyların birində xanəndə İslam Abdullayev Qurbanın tar çalmasını görüb onu özünə tarzən götürür.
Qurban Pirimovun ev-muzeyi
Qurban Pirimovun ev-muzeyi — XVIII əsr Qarabağın məşhur aşığı olan Aşıq Valehin nəticəsi, Azərbaycan tarzəni, Azərbaycanın ilk xalq artisti Qurban Primovun ev-muzeyi. Muzeyin yaradılması ideyası Mədəniyyət Nazirliyi tərəfindən 1991-ci ilin sentyabrında irəli sürmüşdür. 9 nəfərlik ştat ilə təsdiq edilərək ilk direktoru Fəxrəddin Hacıyev təyin edilmişdir. O dövrdə eksponatların toplanılması mürəkkəb vaxtda həyata keçirilmişdir. Qurban Pirimova aid şəxsi əşyalarının bir qismi Azərbaycan Musiqi Tarixi Muzeyində, bir qismi əhalidə, bir qismi isə saxlanırdı. Yaradılan müvafiq qrup Ağdam Mədəniyyət Şöbəsində tarzənin doğulduğu məscidə yaxın olan Abdal-Gülablıda kəndindəki mənzilinə baxmış, təzə binanın tikinitisinə qərar vermişdir. Həyətində uzunluğu 12 metr və eni 6 metr olmaqla yeni muzey binasının tikintisinə başlanır. Yeni bina Q. Primovun köhnə mənzilindən bir neçə metr aralıda idi. Tez bir zamanda yeni bina tikilərək, nazirliyin bərpaçı rəssamlar qrupuna, — başda Bəhram Əliyev olmaqla muzeydə tərtibat işlərini həyata keçirtmək üçün təhvil verilir. Giriş hissəsində Q. Primovun əlində tar olmaqla xüsusi detallardan şam fiquru hazırlanır.

Oxşar sözlər

#pirimov nədir? #pirimov sözünün mənası #pirimov nə deməkdir? #pirimov sözünün izahı #pirimov sözünün yazılışı #pirimov necə yazılır? #pirimov sözünün düzgün yazılışı #pirimov leksik mənası #pirimov sözünün sinonimi #pirimov sözünün yaxın mənalı sözlər #pirimov sözünün əks mənası #pirimov sözünün etimologiyası #pirimov sözünün orfoqrafiyası #pirimov rusca #pirimov inglisça #pirimov fransızca #pirimov sözünün istifadəsi #sözlük