Pirməmməd sözü azərbaycan dilində

Pirməmməd

Yazılış

  • Pirməmməd • 93.8776%
  • Pİrməmməd • 4.0816%
  • pirməmməd • 2.0408%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Usta Baba Pirməmməd
Usta Baba Pirməmməd (1898, Balaxanı, Bakı qəzası – 26 mart 1957, Bakı) — Azərbaycan neft və qaz istehsalı qabaqcılı, Sosialist Əməyi Qəhrəmanı (1948), "Stalin" mükafatı laureatı (1950). Usta Baba Pirməmməd 1898-ci ildə Bakı qəzasının Balaxanı kəndində neftçi fəhlə anadan olmuşdur. Üçsinifli məktəb bitirmiş və 1916-cı ildə qazmaçılar dəstəsində fəhləliyə başlamışdır. 1923-cü ildə qazmaçı, 1928-ci ildə qazma ustası vəzifələrində işləmişdir. Sonrakı illərdə Usta Baba Pirməmməd quyuların təmiri, izolyasiyası kontorunda və qazma kontorunda bir sıra inzibati-texniki vəzifələrdə işləmiş və Azərbaycan Sənaye İnstitutu yanındakı təsərrüfatçı kurslarında oxumuşdur. Bir müddət "Leninneft" qazma kontorunun katibi, 1938-ci ilin dekabrında isə quyuların əsaslı təmiri kontorunun direktoru vəzifəsinə təyin edilmişdir. O, 1940-cı ildən "Leninneft"in qazma kontorunda, 1945-ci ildən isə "Kirovneft"in qazma kontorunda direktor vəzifəsində çalışmışdır. 1945-ci Buzovnaya göndərilən Usta Baba Pirməmməd "Buzovnaneft" qazma kontorunun rəhbəri olmuşdur. O, yeni Buzovna–Maştağa neft sahəsinin kəşfində fəal iştirak etmişdir. Usta Baba Pirməmməd 1930-cu ildən ildən Sov.İKP üzvü, 1937-ci ildən Bakı Şəhər Zəhmətkeş Deputatlar Sovetinin, Azərbaycan SSR Ali Sovetinin deputatı (4-cü çağırış) olmuşdur.
İlham Pirməmmədov
İlham Pirməmmədov — riyaziyyat üzrə elmlər doktoru,professor İlham Teymur oğlu Pirməmmədov 18 aprel 1955-ci ildə Qazax rayonunda anadan olmuşdur. 1972-ci ildə Qazax rayonu Daş Salahlı kənd 1 nömrəli orta məktəbini bitirərək S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) "Mexanika" fakültəsinə qəbul olunmuş və 1977-ci ildə bu ali təhsil müəssisəsini həmin ixtisas üzrə bitirmişdir. Elə həmin ildə təyinatla Dənizneftqazlayihə Elmi-Tədqiqat İnstitutunda əmək fəaliyyətinə başlayan İ.Pirməmmədov 1977–80-ci illərdə həmin institutda mühəndis, kiçik elmi işçi vəzifələrində çalıçmışdır.1980–84-cü illərdə, o, Azərbaycan Memarlıq və İnşaat Universitetinin aspiranturasında təhsil alıb.1984–1989-cu illərdə Təhsil Nazirliyinin nəzdində Tələbə Elmi Tədqiqat işləri üzrə Respublika Şurasında baş referent, 1989–2015-ci illərdə hal-hazıra qədər Azərbaycan Respublikası Təhsil Nazirliyində müxtəlif vəzifələrdə (1-ci dərəcəli inspektor, aparıcı inspektor, baş inspektor, baş mütəxəssis, Rəhbərlik yanında aparatın rəhbəri, Aparat rəhbəri, nazirin müşaviri) çalışmışdır. İ.Pirməmmədov 1995-ci ildə namizədlik, 2010-cu ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. O, fizika-riyaziyyat elmləri namizədi,riyaziyyat üzrə elmlər doktorudur. 35 elmi məqalənin və 1 monoqrafiyanın müəllifi, bir neçə dərs vəsaitinin həmmüəllifidir. İ.Pirməmmədov BDU-nun nəzdində FD.02.016 İxtisaslaşdırılmış Dissertasiya Şurasının üzvüdür. Bununla yanaşı İ.Pirməmmədov əvvəllər Azərbaycan Memarlıq və İnşaat Universitetində, 2000-ci ildən isə Bakı Dövlət Universitetinin "Nəzəri mexanika" kafedrasında pedaqoji faliyyətlə məşğuldur. Hal-hazırda Azərbaycan Texniki Universitetinin elm və texnika üzrə prorektor vəzifəsində çalışır. İlham Teymur oğlu Pirməmmədov təhsil sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 04.10.2005-ci il tarixli sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür.

pirməmməd sözünün leksik mənası və izahı

Oxşar sözlər

#pirməmməd nədir? #pirməmməd sözünün mənası #pirməmməd nə deməkdir? #pirməmməd sözünün izahı #pirməmməd sözünün yazılışı #pirməmməd necə yazılır? #pirməmməd sözünün düzgün yazılışı #pirməmməd leksik mənası #pirməmməd sözünün sinonimi #pirməmməd sözünün yaxın mənalı sözlər #pirməmməd sözünün əks mənası #pirməmməd sözünün etimologiyası #pirməmməd sözünün orfoqrafiyası #pirməmməd rusca #pirməmməd inglisça #pirməmməd fransızca #pirməmməd sözünün istifadəsi #sözlük