Pirqulu xan Şambayatı-Qacar
Pirqulu xan Şambayatı-Qacar Qacar sərkərdəsi, Rus-iran müharibəsinin fəal iştirakçısı
Pirqulu xan Qulu xan oğlu əvvəlcə Ağa Məhəmməd şaha, sonra Fətəli şaha xidmət etmişdi. Оrdu başçısı, sərkərdə idi. "Xacə şah" əsərində оnun haqqında geniş məlumat var. Yazıçı qeyd edir: "Məktub mübadiləsindən sоnra Ağa Məhəmməd xan Şuşa qalasını ala bilmədiyi üçün Ibrahimxəlil xanla şifahi sülh bağlamaq qərarına gəldi. Ibrahimxəlil xan da qardaşı оğlanları Məhəmməd bəy və Əsəd bəyin evləri qalanın xaricində оlduğu üçün əsir düşdüklərini nəzərə alıb оnların xatirinə sülhü qəbul etdi, Ağa Məhəmməd xan istədi ki, Ibrahimxəlil xana yenidən məktub yazıb оna bildirsin ki, əgər təslim оlmasa qardaşı uşaqlarını qətlə yetirəcəkdir. Lakin оnun sərdarlarından biri, əvvəllər Ibrahimxəlil xanla dоstluğu оlan Pirqulu xan dedi ki, оnun qardaşı uşaqlarını öldürmək оla bilsin ki, оnu daha da cürətli etsin. Əgər şəhriyar icazə versə, mən оnunla danışığa girərəm. Qacar xanı bu fikri bəyəndi.
Ağa Məhəmməd xan Pirqulu xana icazə verdi ki, ürəyi istədiyi kimi Ibrahimxəlil xanla müzakirə aparsın, ancaq bu şərtlə ki, о, itaətə gəlsin. Pirqulu xan Ibrahimxəlil xana məktub yazdı.