pirrotin sözü azərbaycan dilində

pirrotin

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • pirrotin • 66.6667%
  • Pirrotin • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Pirrotin
Pirrotin (maqnitli kolçedan) — heksaqonal sinqoniya (heksapirrotin – Fe1-xS); monoklinik sinqoniya (klinopirrotin – Fe7S8). Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Rəng – qırmızımtıl və ya şabalıdı çalarlı bürüncü-sarı, bəzən oksidləşmə rəngləri müşahidə olunur; Mineralın cizgisinin rəngi – bozumtul-qara; Parıltı – metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,6-4,7; S – 3,5-4,5; Kövrəkdir; Ayrılma – {1010} üzrə qeyri-mükəmməl; Bölünmə – {0001} üzrə mükəmməl; Başqa xassələr – klinopirrotin güclü, heksapirrotin isə zəif maqnitlik xassəsinə malikdir; elektriki yaxşı keçirir; Morfologiya – kristallar: nadir hallarda rast gələn heksaqonal kəsilişli lövhəvari və bipiramidal kristallar; İkiləşmə: {1011} üzrə ikiləşmələr, hərdənbir – üçləşmələr; Mineral aqreqatları: bütöv kütlələr püruzlar. Maqmatik mənşəli mis-nikel sulfid filizlərinin əsas mineralı olan pirrotinin ən iri yataqları ultraəsasi və əsasi maqmatik süxurlar içərisində yerləşir. Kolçedan filizlərində, skarn tipli və hidrotermal yataqlarda, bəzən qranit peqmatitlərində, çökmə və metamorfik süxurlarda rast gəlir. Birlikdə rast gəldiyi minerallar: xalkopirit, pentlandit, pirit, maqnetit, sfalerit, qalenit, arsenopirit, kalsit, kvars. Mineralın tapıldığı yerlər: Sedberi (Kanada); Buşveld kompleksi (CAR); Maunt-Ayza (Avstraliya); Outokumpu (Finlandiya); Qreya (Rumıniya); Qızıl-Dərə, Norilski, Talnax, Xolodninski, Dalneqorski (Rusiya); Adanqe (Gürcüstan). Azərbaycanda Filizçay, Katsdağ, Cixix-Saqator, Mazımçay, Gədəbəy, Çıraqdərə, Toğanalı yataqlarında, Böyük Qafqazın cənub (Çuqak, Tenros, Qudurdağ) və Kiçik Qafqazın şimal-şərq yamaclarında yerləşən bir sıra filiz təzahürlərində (Əsrikçay, İtqırılan, İsakənd) və bəzi başqa məntəqələrdə qeyd edilir. Bəzən sulfat turşusu almaq üçün xammal kimi istifadə edilir. Azərbaycan mineralları.

Oxşar sözlər

#pirrotin nədir? #pirrotin sözünün mənası #pirrotin nə deməkdir? #pirrotin sözünün izahı #pirrotin sözünün yazılışı #pirrotin necə yazılır? #pirrotin sözünün düzgün yazılışı #pirrotin leksik mənası #pirrotin sözünün sinonimi #pirrotin sözünün yaxın mənalı sözlər #pirrotin sözünün əks mənası #pirrotin sözünün etimologiyası #pirrotin sözünün orfoqrafiyası #pirrotin rusca #pirrotin inglisça #pirrotin fransızca #pirrotin sözünün istifadəsi #sözlük