Pirsaat sözü azərbaycan dilində

Pirsaat

Yazılış

  • Pirsaat • 99.7647%
  • pirsaat • 0.2353%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Pirsaat
Pirsaat (Hacıqabul) — Azərbaycanın Hacıqabul rayonuda qəsəbə. Pirsaat (Qaradağ) — Azərbaycanın Qaradağ rayonuda qəsəbə. Pirsaatçay — Şamaxı və Hacıqabul rayonları ərazisindən axan çay.
Pirsaat (Hacıqabul)
Pirsaat — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində qəsəbə. == Əkin sahələri == Qəsəbənin əkin sahələri Pirsaat su anbarına toplanan suyun hesabına suvarılır.
Pirsaat (Qaradağ)
Pirsaat — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Pirsaat burnu
Pirsaat burnu — inzibati cəhətdən Bakı şəhəri, Qaradağ rayonu ərazisinə daxildir. Burun ərazisində eyni adlı Pirsaat palçıq vulkanı yerləşir. Burnun əmələ gəlməsinin əsas səsəblərindən biridə bu vulkanın fəaliyyətidir. Digər səbəb isə tektonik fəaliyyətdir. Burna ən yaxın yaşayış məntələri Pirsaat və Ələt qəsəbələridir. Şimaldan Ələt buxtası, cənubdan isə Pirsaat buxtası sahillərini yuyur. Buxtanın cənubundan bir necə kilometr aralıda Sualtı adaları yerləşir. Adalar tektonik fəaliyyətin nəticəsində əmələ gəlmişdir.
Pirsaat buxtası
Pirsaat buxtası - inzibati cəhətdən Bakı şəhərı Qaradağ rayonunu ərazisinə daxil Körfəzə yaxın yaşayış məntəqəsi Pirsaat qəsəbəsidir. Buxtanın daxili hissəsində, sahildən bir necə milometrlik məsafədə Sualtı adaları yerləşir. Sahil hissəsi dəniz səviyyəsindən -29 metr (-95 feet) təşkil edir. Buxta şimaldan Pirsaat burnu, cənubdan isə Bəndovan burnu ilə əhatələnir. Dib hissəsində tektonik proseslərin təsiri ilə qalxır. Bu səbəbdən dərinlik elədə yüksək deyildir.
Pirsaat çayı
Pirsaatçay — Şamaxı və Hacıqabul rayonları ərazisindən axan çay. == Ümumi məlumat == Uzunluğu 119 km, hövzəsinin sahəsi 2280 km²-dir. Mənbəyi Baş Qafqazın cənub yamacından (2400 m) başlayır. Axımının çox hissəsi yağış (80%), qismən də qar (14%), yeraltı (16%) sulardan əmələ gəlir. İl ərzində yağan yağışlar çayda daşqın əmələ gətirir. Çayın orta illik su sərfi 1,55 kub m/san-dir. Yaz-yay fəsillərində illik axımının 60?70%-i keçir. Suyu sulfatlı-natriumlu olmaqla ən çox minerallaşmaya (1000 mq/l-dən artıq) malikdir. Üzərində su anbarı tikilmişdir.
Pirsaat su anbarı
Pirsaat su anbarı — Azərbaycan Respublikasının Hacıqabul rayonunda Pirsaat çayı üzərində yerləşən hidroqurğu. == Tarixi == Anbar 1964-cü ildə istifadəyə verilmişdir. 2003-2010-cu illərdə yenidən qurulmuşdur. == Həcmi == Ümumi həcmi 17 milyon kubmetr, faydalı həcmi 12 milyon kubmetrdir. == Qidalanması == Pirsaat su anbarı daha çox yağış və dağ çaylarının suyu ilə dolur. == Faydası == Hacıqabul rayonunun Pirsaat və Navahı qəsəbələrinin, Rəncbər, Qubalıbalaoğlan, Atbulaq kəndlərinin 7,4 min hektar əkin sahəsi bu anbara toplanan suyun hesabına suvarılır. Eyni zamanda bu hidroqurğu vasitəsi ilə Pirsaat çayı tənzimlənir və illik atmosfer yağıntıları normadan artıq olduğu zaman ərazini, o cümlədən rayon mərkəzini sel sularından və daşqınlardan mühafizə edir.İlk dəfə 2014-cü ildə yağıntıların olmaması, havaların quraq və kəskin isti keçməsi su anbarının qurumasına səbəb olmuşdur. Anbarın su ilə qidalanmaması səbəbindən əkin sahələrinin suvarılmasında problemlər yaranmışdır.2016 və 2022-ci ilin iyulunda neçə ildən sonra ilk dəfə su anbarı dolub.Su anbarı mütəmadi olaraq quruyub, dolur.
Pirsaatçay
Pirsaatçay — Şamaxı və Hacıqabul rayonları ərazisindən axan çay. == Ümumi məlumat == Uzunluğu 119 km, hövzəsinin sahəsi 2280 km²-dir. Mənbəyi Baş Qafqazın cənub yamacından (2400 m) başlayır. Axımının çox hissəsi yağış (80%), qismən də qar (14%), yeraltı (16%) sulardan əmələ gəlir. İl ərzində yağan yağışlar çayda daşqın əmələ gətirir. Çayın orta illik su sərfi 1,55 kub m/san-dir. Yaz-yay fəsillərində illik axımının 60?70%-i keçir. Suyu sulfatlı-natriumlu olmaqla ən çox minerallaşmaya (1000 mq/l-dən artıq) malikdir. Üzərində su anbarı tikilmişdir.
Pirsaatçay xanəgahı
Pirsaat xanəgahı, Pirsaatçay xanəgahı və ya Pir Hüseyn xanəgahı – Hacıqabul rayonunun Qubalıbalaoğlan kəndi ərazisində yerləşən XI – XII əsrlərə aid sufi xanəgahı. == Tarixi == Pirsaatçay xanəgah kompleksi abidəsinin üzərindəki kitabələrdən məlum olduğu üzrə Şirvanşahların Kəsrani nəslindən olan III Fəribürz və II Axsitanın zamanı, yəni XIII əsrdə əmələ gəlməyə başlamışdır. Abidə 1939–1940-cı illərdə hərtərəfli ölçülüb tədqiq edilmiş, daha sonralar, 1956–1965-ci illərdə bu kompleksdə bir sıra bərpa işləri aparılmışdır. Kompleksin əsas binası burada XIII əsrdə tikilmiş Şeyx Pir Hüseyn Şirvaninin məqbərəsidir. Şeyx Hüseyn Şirvani türbəsinin içərisindəki qəbir sənduqəsinin üzərini örtən kaşılar olduqca qiymətli sənət əsəridir. Təəssüf ki, kaşılar hələ XIX əsrdən başlayaraq sökülmüş, müxtəlif tədqiqatçı, yaxud təsadüfi adamlar tərəfindən qoparılaraq aparılmış və dünyanın müxtəlif muzeylərinə yayılmışdır. Pir Hüseyn kaşılarının böyük bir qrupu Rusiyanın Ermitajında,Gürcüstan Dövlət Muzeyində,Moskva Şərq Mədəniyyəti Muzeyində,Avropanın Luvr,Britaniya və başqa muzeylərində və kiçik hissəsi isə Bakıda, Nizami muzeyində saxlanılmaqdadır. Pir Hüseyn kaşılarının üzərində olan ornamental bəzəklər və kitabələr olduqca diqqəti cəlb edən, tarixi əhəmiyyətli materiallar olduğu üçün görkəmli rus şərqşünası V.A.Kraçkovskaya tərəfindən ətraflı şəkildə tədqiq edilmiş və bir monoqrafik əsər şəklində nəşr edilmişdir. Pir Hüseyn kaşılarının bir xüsusiyyəti də ondan ibarətdir ki, o zaman Azərbaycanda əsasən kəsmə kaşı tətbiq edildiyi halda bu binanın kaşı bəzəyi, əvvəlcə müəyyən naxışlar formasında çəkilib üzəri şirələndikdən sonra böyük təbəqələr şəklində bişirilmiş kaşı növündəndir. Belə kaşılar böyük parçalar şəklində olduğu üçün onların quraşdırılması kəsmə kaşıya nisbətən daha asanlıqla başa gəlirdi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.79 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 6.30
2004 ••••••• 2.02
2005 •••••••••••••••••• 5.40
2006 •••••••••• 2.93
2007 •••••• 1.69
2008 ••••• 1.46
2009 ••••••• 2.08
2010 •••••• 1.82
2011 ••• 0.77
2012 ••• 0.69
2013 ••••••••• 2.77
2014 •• 0.51
2015 0.17
2016 •••• 1.04
2017 ••••••••••• 3.25
2018 •••• 1.20
2019 •••• 0.97
2020 •••••••••••••• 4.11

pirsaat sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

Azərbaycanın eyni adlı çayının adındandır.

Azərbaycan kişi adlarının izahlı lüğəti

Oxşar sözlər

#pirsaat nədir? #pirsaat sözünün mənası #pirsaat nə deməkdir? #pirsaat sözünün izahı #pirsaat sözünün yazılışı #pirsaat necə yazılır? #pirsaat sözünün düzgün yazılışı #pirsaat leksik mənası #pirsaat sözünün sinonimi #pirsaat sözünün yaxın mənalı sözlər #pirsaat sözünün əks mənası #pirsaat sözünün etimologiyası #pirsaat sözünün orfoqrafiyası #pirsaat rusca #pirsaat inglisça #pirsaat fransızca #pirsaat sözünün istifadəsi #sözlük