Pirverdi sözü azərbaycan dilində

Pirverdi

Yazılış

  • Pirverdi • 98.5294%
  • pirverdi • 1.4706%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Etibar Pirverdiyev
Etibar Sinabəddin oğlu Pirverdiyev (23 iyun 1964, Yuxarı Ləgər, Qusar, Azərbaycan) — "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin keçmiş prezidenti, mühəndis-elektrik. == Həyatı == Etibar Pirverdiyev 23 iyun 1964-cü ildə Qusar rayonunun Yuxarı Ləgər kəndində anadan olmuşdur. 1983-1987-ci illərdə V.D.Kalmıkov adına Taqanroq Radiotexnika İnstitutunda təhsil almışdır. İxtisasca mühəndisdir. 1988-1991-ci illərdə Azərbaycan Kosmik Araşdırmalar İnstitutunda, Bakı Qazan-Mexaniki Zavodunda müxtəlif vəzifələrdə çalışmışdır. 2000-2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin Özəlləşdirilmiş səhmdar cəmiyyətlərində dövlət payının tənzimlənməsi şöbəsinin rəisi, «Bakıelektrikşəbəkə» Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2001-ci il tarixli, 830 nömrəli Sərəncamı ilə "Azərenerji" ASC-nin prezidenti təyin edilmişdir. 4 sentyabr 2018-ci ildə "Azərenerji" ASC prezidenti vəzifəsindən azad edilmişdir. Ailəlidir, 3 övladı var.
Hənifə Pirverdiyev
Pirverdiyev Hənifə Hacı Murad oğlu (1893, Tiflis - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Bakı orta inĢaat texniki məktəbini bitirmişdi (1917). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini memarlıq sahəsində davam etdirmək üçün Berlin Universitetinə (Almaniya) göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-1925-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə il yarım qaldığı göstərilirdi.
Pirverdilər
Pirverdilər (əvvəlki adları: Parakənd; Şaumyan) — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qabaqtəpə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Daşkəsən rayonunun Qabaqtəpə kənd Sovetinin Şaumyan kəndi Pirverdilər kəndi adlandırılmışdır. Kənd pirverdilər nəslinin adını daşıyır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd dağətəyi ərazidə yerləşir. Pirverdilər kəndi ərazisində hər birinin ümumi uzunluğu 28,4 m, eni 11 m, avtomobillərin hərəkət hissəsi 8 m olan müasir tipli 2 ədəd körpü 2015-ci ilin 24 dekabrında sakinlərin istifadəsinə verilmişdir. Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Kənddə Pirverdilər kənd kitabxana filialı, Pirverdilər kənd klubu fəaliyyət göstərir. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Pirverdinin xoruzu (film, 1987)
Kinolent sənətkar və insan haqqındadır. Filmin qəhrəmanı Qasım (İdris Rüstəmov) intuisiya ilə hiss edir ki, özünü dərk etməklə onu əhatə edən aləmi başa düşə bilər. Gözəlliyin ona verdiyi sevinci nə deyingən arvadı (Fatma Mahmudova), nə səfeh oğlu (Alim Aslanov), nə təsadüfən peyda olmuş gəlin (Kübra Dadaşova), nə də tərs ulaq onun qəlbində söndürə bilməz. 1) 1988-ci ildə Kiyevdə "Gənclik-88" Ümumittifaq kinofestivalı Filmə Priz və Diplom verilmişdir. Film yazıçı Cəlil Məmmədquluzadənin eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır. Film rejissor Ramiz Əzizbəylinin quruluşçu rejissor kimi kinoda ilk işidir. Əsərin müəllifi: Cəlil Məmmədquluzadə Ssenari müəllifi: Eldəniz Quliyev Quruluşçu rejissor: Ramiz Əzizbəyli Quruluşçu operator: Yuri Varnovski Quruluşçu rəssam: Rafiz İsmayılov Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Kamal Seyidov Geyim rəssamı: Aydın Lazımov Qrim rəssamı: Çingiz Paşayev Rejissor: Ənvər Həsənov Operator: Elman Əliyev Montaj edən: Nelli Dadaşova Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev Filmin direktoru: Ədalət Yunusov, Akif Musayev Mətni oxuyan: Ramiz Əzizbəyli (titrlərdər yoxdur) İdris Rüstəmov — Qasım Fatma Mahmudova — Həlimə Alim Aslanov — Pirverdi Hamlet Xanızadə — Molla Cəfər Kübra Dadaşova — Pərinisə Ramiz Əzizbəyli — kəndli Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Əyyub Pirverdiyev
Əyyub Mahmud oğlu Pirverdiyev (1895, Sabunçu, Bakı qəzası – 1937) — Azərbaycan bolşevik inqilabçısı, Naxçıvan MSSR xalq daxili işlər komissarı. Əyyub Mahmud oğlu Pirverdiyev 1895-ci ildə Rusiya imperiyasında, indiki Azərbaycanın Sabunçu qəsəbəsində anadan olmuşdur. O, 1912-ci ildən bolşevik hərəkatına qoşulmuşdur. Pirverdiyev Balaxanı–Sabunçu rayonunda 1914-cü il fəhlə tətillərinin təşkilində iştirak etmişdir. O, 1917-ci ilin martından Sov.İKP üzvü olmuşdur. Pirverdiyev 1917-ci ildə Balaxanıda "Hümmət" təşkilat komitəsinin üzvü, Sabunçuda zavod komitəsinin və fəhlə deputatları sovetinin sədri seçilmişdir. O, 1918-ci il Bakı döyüşü nəticəsində Bakı Kommunasının suqutundan sonra həbs olunmuş, Gəncəyə aparılmışdır. Pirverdiyev 1919-cu ildə azad edilmiş, Bakıya qayıtmış, Sabunçuda "Hummət"ə təşkilatının sədri seçilmiş və fəhlələrin may ümumi tətilində iştirak etmişdir. O, Abşeronda, Xaçmazda gizli iş aparmış, Müşkür (Xudat) dairəsində partiya təbliğatçısı olmuşdur. Pirverdiyev 1920-ci ildə Bakı əməliyyatı ilə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra Müşkür dairə inqilab komitəsinin, Azərbaycan SSR XKS-nin Naxçıvan MSSR-də müvəkkili, Naxçıvan MSSR-in xalq daxili işlər komissarı və s.
Pirverdinin xoruzu
Kinolent sənətkar və insan haqqındadır. Filmin qəhrəmanı Qasım (İdris Rüstəmov) intuisiya ilə hiss edir ki, özünü dərk etməklə onu əhatə edən aləmi başa düşə bilər. Gözəlliyin ona verdiyi sevinci nə deyingən arvadı (Fatma Mahmudova), nə səfeh oğlu (Alim Aslanov), nə təsadüfən peyda olmuş gəlin (Kübra Dadaşova), nə də tərs ulaq onun qəlbində söndürə bilməz. 1) 1988-ci ildə Kiyevdə "Gənclik-88" Ümumittifaq kinofestivalı Filmə Priz və Diplom verilmişdir. Film yazıçı Cəlil Məmmədquluzadənin eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır. Film rejissor Ramiz Əzizbəylinin quruluşçu rejissor kimi kinoda ilk işidir. Əsərin müəllifi: Cəlil Məmmədquluzadə Ssenari müəllifi: Eldəniz Quliyev Quruluşçu rejissor: Ramiz Əzizbəyli Quruluşçu operator: Yuri Varnovski Quruluşçu rəssam: Rafiz İsmayılov Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Kamal Seyidov Geyim rəssamı: Aydın Lazımov Qrim rəssamı: Çingiz Paşayev Rejissor: Ənvər Həsənov Operator: Elman Əliyev Montaj edən: Nelli Dadaşova Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev Filmin direktoru: Ədalət Yunusov, Akif Musayev Mətni oxuyan: Ramiz Əzizbəyli (titrlərdər yoxdur) İdris Rüstəmov — Qasım Fatma Mahmudova — Həlimə Alim Aslanov — Pirverdi Hamlet Xanızadə — Molla Cəfər Kübra Dadaşova — Pərinisə Ramiz Əzizbəyli — kəndli Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".

pirverdi sözünün leksik mənası və izahı

Oxşar sözlər

#pirverdi nədir? #pirverdi sözünün mənası #pirverdi nə deməkdir? #pirverdi sözünün izahı #pirverdi sözünün yazılışı #pirverdi necə yazılır? #pirverdi sözünün düzgün yazılışı #pirverdi leksik mənası #pirverdi sözünün sinonimi #pirverdi sözünün yaxın mənalı sözlər #pirverdi sözünün əks mənası #pirverdi sözünün etimologiyası #pirverdi sözünün orfoqrafiyası #pirverdi rusca #pirverdi inglisça #pirverdi fransızca #pirverdi sözünün istifadəsi #sözlük