Piterlo sözü azərbaycan dilində

Piterlo

Yazılış

  • Piterlo • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Piterlo qırğını
Piterlo qırğını və ya Piterlo müharibəsi — 16 avqust 1819-cu ildə İngiltərənin Mançester şəhərindəki Müqəddəs Piter meydanında toplaşan parlament islahatları tərəfdarı olan minlərlə şəxsə atlıların hücumu nəticəsində baş verən hadisələrə deyilir. 1815-ci ildə başa çatan Napoleon müharibələrindən sonra ordunun tərxis edilməsi səbəbindən İngiltərədə işsizlik artmağa başladı. Yoxsulluğun artmasına baxmayaraq qüvvəyə minən Qarğıdalı qanunları xüsusən də işçi sinfinin vəziyyətini daha da çıxılmaz hala saldı. 1819-cu ildə iqtisadi vəziyyətin pisləşməsi ilə yanaşı səsvermə haqqının təkcə mülkiyyətə sahib olanlara verilməsi siyasi radikallıq hərəkatlarını gücləndirdi. Mançesterdəki Yurdsevər Birlik adlı parlament islahatlarını müdafiə edən qrup məşhur radikal natiq olan Henri Hantı danışması üçün şəhərə dəvət etdi. Kütləvi şəkildə iştirakın olduğu və sayları 60000-80000 arasında dəyişən insanların etirazı başlayan kimi yerli idarəçilər təhlükəsizlik qüvvələrini hadisə yerinə çağırdı. Henri Hantı həbs etmək bəhanəsi ilə kütlənin içinə qılıncla hücum edən atlılar 15 nəfəri öldürdü və 400-700 arası etirazçı da yaralandı. Baş verən hadisələrə dörd il əvvəl Napoleon üzərində qazanılan Vaterlo döyüşünü xatırladacaq şəkildə Piterlo adı verildi. Piterlo qırğını dövrün ən önəmli ictimai hadisələrindən biri hesab olunur. Hadisədən sonra etirazçıların islahat tələbləri yerinə yetirilmədi, əksinə olaraq islahat tələb edənlərə qarşı təzyiqlər artırıldı.

Oxşar sözlər

#piterlo nədir? #piterlo sözünün mənası #piterlo nə deməkdir? #piterlo sözünün izahı #piterlo sözünün yazılışı #piterlo necə yazılır? #piterlo sözünün düzgün yazılışı #piterlo leksik mənası #piterlo sözünün sinonimi #piterlo sözünün yaxın mənalı sözlər #piterlo sözünün əks mənası #piterlo sözünün etimologiyası #piterlo sözünün orfoqrafiyası #piterlo rusca #piterlo inglisça #piterlo fransızca #piterlo sözünün istifadəsi #sözlük