pişiyi sözü azərbaycan dilində

pişiyi

Yazılış

  • pişiyi • 95.4430%
  • Pişiyi • 3.5443%
  • PİŞİYİ • 0.5063%
  • piŞiyi • 0.5063%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
And pişiyi
And pişiyi (lat. Leopardus jacobita) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pələng pişiyi cinsinə aid heyvan növü. Pişiklər fəsiləsinin Cənubi Amerikada yaşayan növüdür. Onun And dağlarının nisbətən əlçatmaz yerlərində yaşaması səbəbindən haqqında çox az elmi məlumat əldə edilmişdir. Məsələn, And pişiyinin yalnız 2000-ci ildən sonra videogörüntüləri əldə edilmişdir.
Asiya pişiyi
Asiya pişiyi (lat. Prionailurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi.
Balineziya pişiyi
Balineziya pişiyi — yarımuzuntüklü pişik cinsi. == Təsviri == 20-ci əsrin ortalarında ABŞ-də Siam pişiyinin mutasiyası nəticəsində alınmışdır. Bədən hissəsi uzun, çevik, əzələli, girdə kiçik pəncəli ayaqları hündürdür. Üçbucaq şəkilli, düz profilli və iri enli qulaqlı başı uzun sovdur. Gözləri tünd-mavidir. Tükü ipək kimi hamar, tükarası tiftiyi seyrəkdir. Rəngi Siam tiplidir, balaları ağ rəngdə doğulur. Adamayovuşan və istiqanlıdır. == Tarixi == Balineziya pişiyi ifadəsi əslində olaraq Bali və İndoneziya sözlərinin birləşməsindən yaranmamışdır. Onun tarixi Siam pişiklərinin adı ilə bağlıdır.
Barxan pişiyi
Barxan pişiyi, qum pişiyi və ya səhra pişiyi (lat. Felis margarita) — pişik cinsinə aid heyvan növü. == Bədən quruluşu == Qum pişiyi ev pişiyi ilə, demək olar ki, eyni ölçülərə sahibdir. Digər pişik növlərindən əsas fərqləndirici xüsusiyyətlərin biri yetkin qum pişiklərinin üzlərinin bala pişik üzünə bənzəməsidir. Uzun və yumşaq tüklərə sahibdir. Tüklərinin rəngi qəhvəyi rəngdən bozumtul rəngə qədər dəyişir. Bədəninə nisbətən ən uzun qulaqlara sahib pişik növlərindəndir. == Qidalanması == Qum pişiyi əsasən gəmiricilər, quşlar, zəhərsiz ilan və kərkəntələ kimi kiçik heyvanlar ilə qidalanır. Sərt iqlimə dözümlü olan qum pişikləri ehtiyacları olan suyun əksəriyyətini ovlarından əldə edir. == Yayılması və yarımnövləri == Barxan pişiyinin Saxara səhrasından (Əlcəzair, Mərakeş, Çad, Niger) başlayaraq Ərəbistan yarımadası, Mərkəzi Asiyaya (Türkmənistan, Qazaxıstan və Pakistan) qədər olan bir zolaqda zayılmışdır.
Benqal pişiyi
Benqal pişiyi (lat. Prionailurus bengalensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin asiya pişiyi cinsinə aid heyvan növü. == Sinonimləri == Felis iriomotensis Wozencraft, 1993 Mayailurus iriomotensis Prionailurus iriomotensis == Yarımnövləri == Prionailurus bengalensis bengalensis; Prionailurus bengalensis chinensis; Prionailurus bengalensis horsfieldi; Prionailurus bengalensis iriomotensis; Prionailurus bengalensis manchurica; Prionailurus bengalensis trevelyani; Prionailurus bengalensis javaensis; Prionailurus bengalensis minutus; Prionailurus bengalensis sumatranus; Prionailurus bengalensis euptailura.
Birma pişiyi
Birma pişiyi - yarımuzuntüklü pişik cinsi. == Haqqında == Birma pişiyi 1920-ci illərdə Fransada yetişdirilmişdir. Bədəni əzələli, azca uzunsovdur; qüvvətli, qısa ayaqları var. Başı yumru, alnı bir qədər dikdir. Gözləri oval formalı, tünd-mavidir. Tükü Siam pişiyi tükü rəngində, ipək kimi yumşaq, boynunda, belində, yanlarında və quyruğunda daha uzundur. Birma pişiyinin rənginin fərqləndirici əlaməti bütün pəncələrinin simmetrik ağ "corab"da olması - ağ tüklə örtülməsidir. Sakit və insana tez alışandır. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. IV cild.
Burma pişiyi
Burma pişiyi — Birma qısatüklü pişik cinsi. 1930-cu illərdə ABŞ-də Birmadan gətirilmiş pişiyin nəsli əsasında yetişdirilmişdir. Bədəni əzələli, görün düyün dən ağırdır. Başının almacıq sümükləri çıxıq (enlisifət), burnu dibindən əyilmişdir. Gözləri sarı, girdə və ya üst xətti düzlənmişdir. Tükü zərif, parlaq, bədəninə sıx yapışan, tiftiksizdir. Rəngi qəhvəyi, mavi, tünd-qəhvəyi, bənövşəyi, qırmızı, açıq-sarı və onun müxtəlif çalarlarındadır. Burma pişiyinin bədəninin alt hissəsi belinə nisbətən azca açıq rəngdədir. Adamayovuşan və oynaqdır. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).
Ev pişiyi
Pişik (lat. Felis silvestris catus) — yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid çöl pişiyi növünün yarımnövü. Pişiklərin 230 sümüyü var. Evlərdə bəslənə bilən, kiçik, məməli, ovçu və ətyeyən heyvanlardandır. Zaman-zaman bitki mənşəli qida istehlak edə bilər. Ev pişiyi, çöl pişiyi növlərinə xas fizioloji xüsusiyyətlərin bir çoxuna malikdir. Ortalama ağırlığı 2.7 – 4.5 kq arasında dəyişməklə birlikdə, soyu qarışıq olanlar arasında 12.5 kq-ma çatanlar nadir deyil. Ortalama bədən uzunluğu erkəklərdə 70, dişilərdə 50 sm-dir. Ev pişiklərinin böyük hissəsi qısa tüklü, Ankara və İran pişikləri isə uzun tüklüdür; ayrıca, bir İngilis soyu olan rex pişiyinin tükləri isə buruqdur. Pişiklər ümumiyyətlə qara, sarı, boz və ağ rəngli, ya da bu rənglərin bir neçəsi ilə alacalıdır.
Həbəşistan pişiyi
Həbəşistan pişiyi — qısa tüklü ev pişiyi cinsi. Tarixən digərləri ilə müqayisədə bir cins olaraq nisbətən müəmmalı hesab edilsə də, Həbəşistan pişiyi 2016-cı ildə "The Cat Fancier Association" və "The International Cat Association" tərəfindən ən populyar beş cins arasında qeyd edilmişdir. == Tarixi == Həbəşistan pişiyinin əcdadı Həbəşistan (indiki Efiopiya) ərazisində yaşayan vəhşi Afrika pişiyi hesab olunur. 1860-cı illərdə Britaniya hərbi ekspedisiyası bu pişiyin Efiopiyadan Birləşmiş Krallıq ərazisinə gətirilməsinə səbəb olmuş, burada onun yetişdirilmə işləri davam etmişdir. == Xüsusiyyətləri == Həbəşistan pişiyi orta boylu, bədəni incədir. Kürkü qısa və incədir, dəriyə yaxındır. Rəngi ​​müxtəlifdir, lakin daha çox qara və ya tünd qəhvəyi ucları olan qırmızı-qəhvəyi, tünd qırmızı, mavidir. Başı kiçikdir, güclü çənəsi var. Qulaqları nisbətən böyükdür, şaquli şəkildə qurulur, geniş bazası var və yuvarlaq ucları tüklüdür. Gözləri iri, badam şəklindədir və adətən yaşıl, sarı və ya qəhvəyi rəngdə olur.
Kaliko pişiyi
Basqın bir ağ rəngin üstündə sarı və qara rəngli nöqtəciklər və ya desenlerin olduğu pişiklər Calico pişiyi olaraq adlandırılır. Bir pişik cinsini deyil rəng şablonunu təyin. ABŞ-da Calico pişiyi olarakanılan bu cür, İngiltərədə isə "tortoiseshell və ağ" olaraq adlandırılmışdır. CALICO tipində pişiklər əksəriyyətlə dişidir. Çünki pişiklərin rənglərini təyin X xromosomlarının və dişilərdə X xromosomundan iki ədəd var. Kişi pişiklərdə bir ədəd X və Y xromosomu vardır və Y xromosomundan rəng xüsusiyyəti yoxdur. Bunun istisnası xxy kromozomlarına sahib pişiklərdir. Ancaq bu pişiklərin də demək olar ki, hamısı, qısırdır. Başda Van pişiyi və Ankara pişiyi olmaq üzrə 40-a yaxın pişik irqi mənsubları, CALICO pişiyi tipində tük rəng və naxışlarını sahib ola bilməkdədir.
Kalimantan pişiyi
Kalimantan pişiyi (lat. Pardofelis badia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pardofelis cinsinə aid heyvan növü. == Yaşam tərzi == Kalimantan pişiyi tropik meşələrdə və qayalıq yerlərdə yaşayır.Qidalanması haqda dəqiq məlumat yoxdur.Gecə aktiv olduğu kiçik məməlilər,gəmiricilər,meymun və quş ovladığı təxmin edilir.
Kitabxana pişiyi
Kitabxana pişiyi – ictimai kitabxanalarda yaşayan ev pişiyi. Pişiklərlə kitabxanalar arasındakı əlaqənin tarixçəsi Orta əsrlərə qədər uzanır. Müasir dövrdə kitabxana pişikləri filmlərə və kitablara mövzu olmaqdadır. Deuey Ridmor Buks ən məşhur kitabxana pişiyi hesab olunur. O, 10 il boyunca Ayova ştatının Spenser ictimai kitabxanasında yaşamışdır. Ölümündən sonra onun haqqında bir çox kitablar nəşr olunmuşdur. == Tarix == Pişiklərlə kitabxanaların əlaqəsinin yaşı əsrlərlədir. Orta əsrlərə aid qeydlərə görə pişiklər monastrlarda saxlanılırdılar ki, vacib əlyazmaları siçanlardan qorusunlar. == Müasir misallar == 1745-ci ildə Rusiya imperatriçası Yelizaveta pişikləri saraya köçürmək barədə əmr vermişdi. Bu pişiklərin törəmələri hazırda Ermitaj muzeyində yaşayırlar.
Meşə pişiyi
Çöl pişiyi (lat. Felis silvestris) — pişik cinsinə aid heyvan növü. Azərbaycanda nəsli kəsilmək təhlükəsi altındadır. == Ümumi məlumat == Bədənin uzunluğu 53–70 sm, quyruğun uzunluğu isə 23 – 35 sm — dir. Çəkisi 3.4 – 5.3 kq — a çatır. Quyruğu uzun və nazikdir. Bədənin xəzi, bel tərəfdə boz – sarı, qarın tərəfdə isə çirkli – ağımsov rəngdə olur. Bel tərəfində qara xallar səpələnmiş şəkildədir. Buna görə də, ona bəzən xallı pişik deyilir. Xalları fərdi cəhətdən dəyişkəndir.
Pampass pişiyi
Pampass pişiyi (lat. Leopardus pajeros) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pələng pişiyi cinsinə aid heyvan növü.
Qamışlıq pişiyi
Qamışlıq pişiyi (lat. Felis chaus) — pişiklər fəsiləsinin pişik cinsinin növü. Antropogen təsirlər altında sayı azalan həssas növdür. == Qısa təsviri == Xarici görünüşünə görə vaşaqı xatırladır. Pişikkimilərə daxil olan növlər içərisində ən irisidir. Erkəklərin bədəninin uzunluğu 66 - 96 sm, dişilərin bədəninin uzunluğu 59 - 84 sm, quyruğunun uzunluğu 30 sm-ə, çəkisi 16 kq-a qədərdir. Bədəni nisbətən qısa, ayaqları uzun, qulaqlarında kiçik tükcüklər vardır. Xəzinin rəngi birrəngli kürəntəhər-qonurtəhər-boz, ayaqlarında, quyruğunda və sinəsində köndələn tünd zolaqlar var. Quyruğunun uc hissəsi qara rənglidir. Gözünün qüzehli qişası yaşımtıl-sarı rənglidir.
Qum pişiyi
Barxan pişiyi, qum pişiyi və ya səhra pişiyi (lat. Felis margarita) — pişik cinsinə aid heyvan növü. == Bədən quruluşu == Qum pişiyi ev pişiyi ilə, demək olar ki, eyni ölçülərə sahibdir. Digər pişik növlərindən əsas fərqləndirici xüsusiyyətlərin biri yetkin qum pişiklərinin üzlərinin bala pişik üzünə bənzəməsidir. Uzun və yumşaq tüklərə sahibdir. Tüklərinin rəngi qəhvəyi rəngdən bozumtul rəngə qədər dəyişir. Bədəninə nisbətən ən uzun qulaqlara sahib pişik növlərindəndir. == Qidalanması == Qum pişiyi əsasən gəmiricilər, quşlar, zəhərsiz ilan və kərkəntələ kimi kiçik heyvanlar ilə qidalanır. Sərt iqlimə dözümlü olan qum pişikləri ehtiyacları olan suyun əksəriyyətini ovlarından əldə edir. == Yayılması və yarımnövləri == Barxan pişiyinin Saxara səhrasından (Əlcəzair, Mərakeş, Çad, Niger) başlayaraq Ərəbistan yarımadası, Mərkəzi Asiyaya (Türkmənistan, Qazaxıstan və Pakistan) qədər olan bir zolaqda zayılmışdır.
Rus Pişiyi
Rus Pişiyi dili — dil Çukot Muxtar Dairəsi ərazisində, Klinovstryon buxtasını Anadır limanından ayırır. == Tarix == Dil ilk dəfə 1651-ci ildə Semyon Dejnyov tərəfindən kəşf edilmiş bə adlandırılmışdır. Rus dənizçiləri Koşka sözünü dil mənasında işlədilirdi. == Fiziki-coğrafi xüsusiyyətləri == Dil şimal-şərqdən cənub-qərbə 16 km məsafədə uzanır. Eni 2 km, hündürlüyü 2-3 metr arasında dəyişir. Dil ərazisinin böyük hissəsi bataqlıqlaşmışdır. Güçlü fırtınalar zamanı dalğalar onu bir sahiiindən digərinə keçirlər. Qabarmanın hündürlüyü bir metrdir. Sıldırımlı sahil hissəsində Klinovstrom körfəzi yerləşir. Dilin qutaracağına yaxın Protoçnoe gölü yerləşir.
Sumatra pişiyi
Sumatra pişiyi (lat. Prionailurus planiceps) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin asiya pişiyi cinsinə aid heyvan növü.
Çin pişiyi
Çin pişiyi (lat. Felis bieti) — pişik cinsinə aid heyvan növü. == Xüsusiyyətlər == Çin dağ pişiyi tünd qoruyucu tükləri olan qum rəngli xəzə malikdir. Üz və ayaqlarda zəif tünd üfüqi zolaqlar demək olar ki, görünmür. Qulaqlarında qara ucluqlar var. Nisbətən geniş kəllə sümüyü və ayaqlarının arasında uzanan uzun tükləri var. Qarnında ağımtıl, ayaqları və quyruğunda isə qara halqalar daşıyır. Quyruğunun ucu qaradır. Baş və bədən uzunluğu 69–84 sm (27–33 düym), quyruq uzunluğu 29–41 sm (11–16 düym) təşkil edir. Yetkinlərin çəkisi 6,5–9 kq (14-20 lb).
İriomot pişiyi
İriomot pişiyi (lat. Prionailurus bengalensis iriomotensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin asiya pişiyi cinsinin benqal pişiyi növünə aid heyvan yarımnövü.
İriomote pişiyi
İriomot pişiyi (lat. Prionailurus bengalensis iriomotensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin asiya pişiyi cinsinin benqal pişiyi növünə aid heyvan yarımnövü.
Şredingerin pişiyi
Şredingerin pişiyi (ing. Schrödinger's cat) — Avstriyalı fizik Ervin Şredinger tərəfindən ortaya atılmış, kvant fizikasıyla əlaqəli olan, haqqında bir çox müzakirələr aparılmış düşüncə təcrübəsidir. Adətən kvant mexanikası və Kopenhagen təfsiriylə əlaqəli olan bir paradoks olaraq bilinir. Təcrübə, 1935-ci ildə ortaya atılmışdır və tamamilə nəzəri bir təcrübədir. Təcrübə, Şredingerin Kopenhagen təfsiri və ümumi olaraq kvant fizikasında gördüyü bəzi problemləri açıqlayır. Bu təcrübə sonda ölü ya da diri ola biləcək xəyali bir pişiklə əlaqədardır. Pişiyin ölü ya da diri olması, müşahidədən əvvəlki təsadüfi bir vəziyyətin nəticəsidir. == Təcrübə qurğusu == Təcrübənin başlanğıcında qapalı bir qutunun içində canlı olan bir pişik var. (Qutunun içinin heç bir şəkildə müşahidə edilməməsi çox vacib bir məsələdir. Bunun səbəbi Kopenhagen təfsiridir.) Qurğunun tərkibi belədir: Parçalanma ehtimalı 50% olan bir radioaktiv maddə, radioaktivlik dedektoru və ondan asılı olan qapalı qabda zəhərli qaz.
Şrödingerin pişiyi
Şredingerin pişiyi (ing. Schrödinger's cat) — Avstriyalı fizik Ervin Şredinger tərəfindən ortaya atılmış, kvant fizikasıyla əlaqəli olan, haqqında bir çox müzakirələr aparılmış düşüncə təcrübəsidir. Adətən kvant mexanikası və Kopenhagen təfsiriylə əlaqəli olan bir paradoks olaraq bilinir. Təcrübə, 1935-ci ildə ortaya atılmışdır və tamamilə nəzəri bir təcrübədir. Təcrübə, Şredingerin Kopenhagen təfsiri və ümumi olaraq kvant fizikasında gördüyü bəzi problemləri açıqlayır. Bu təcrübə sonda ölü ya da diri ola biləcək xəyali bir pişiklə əlaqədardır. Pişiyin ölü ya da diri olması, müşahidədən əvvəlki təsadüfi bir vəziyyətin nəticəsidir. == Təcrübə qurğusu == Təcrübənin başlanğıcında qapalı bir qutunun içində canlı olan bir pişik var. (Qutunun içinin heç bir şəkildə müşahidə edilməməsi çox vacib bir məsələdir. Bunun səbəbi Kopenhagen təfsiridir.) Qurğunun tərkibi belədir: Parçalanma ehtimalı 50% olan bir radioaktiv maddə, radioaktivlik dedektoru və ondan asılı olan qapalı qabda zəhərli qaz.
Joffrua pişiyi
Joffrua pişiyi (lat. Leopardus geoffroyi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pələng pişiyi cinsinə aid heyvan növü. Joffrua pişiyinin boyu balacadır. == Yaşam bölgəsi == Jofrua vəhşi pişiyi Boliviya və Cənubi Braziliyadan Pataqoniyaya qədər Cənubi Amerikanın cənubunda yaşayarlar. Sadəcə And dağının şərq yamaclarında görülür. == Yaşam tərzi == Çevik olan Jofrua vəhşi pişiyi dik yamaclara və ağaclara ustalıqla dırmanaraq kiçik məməliləri və quşları ovlayır. Dovşan və gəmiricilər bu pişiyin ovları arasındadır. Jofrua vəhşi pişiyi gecələr fəal, gündüzlər isə passiv olurlar. == Çoxalması == Dişi pişiklər ildə iki və ya üç bala bala verirlər.
Pireney pişiyi
Pireney pişiyi (lat. Felis pardinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pişik cinsinə aid heyvan növü.
Amur meşə pişiyi
Amur meşə pişiyi (Uzaq Şərq meşə pişiyi (Felis euptilura)) — pişiklər fəsiləsindən məməli heyvan. == Haqqında == Cənubi Afrika xallı pişikləri yarımcinsinin Rusiya faunasındakı yeganə nümayəndəsi. Ev pişiyindən iri (bədəninin uz. 90 sm-ədək; quyruğunun uz. 37 sm-ədək), rəngi kürəndir. Şərqi Asiyada, Rusiyada – ən çox Primorye və Xabarovsk diyarı və Amur vilayətinin cənub rayonlarında yayılmışdır. Alçaq dağların enliyarpaqlı (daha az iynəyarpaqlı-enliyarpaqlı) meşələrində yaşayır. Əsasən, kollu cəngəlliklərdə çox olur. Gecə həyatı keçirir, bəzən gündüz ova çıxır. Sığınacaqlarını ağacların koğuşlarında və qayaların yarğanlarında qurur.
Asiya qızılı pişiyi
Asiya qızılı pişiyi (lat. Pardofelis temminckii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pardofelis cinsinə aid heyvan növü.
Cənubi Afrika vəhşi pişiyi
Cənubi Afrika vəhşi pişiyi (lat. Felis silvestris cafra) — pişik cinsinə aid heyvan yarımnövü.
Cənubi Amerika dəniz pişiyi
Cənubi Amerika dəniz pişiyi (lat. Arctocephalus australis) — cənub dəniz pişikləri cinsinə aid növ. == Ümumi məlumat == Erkəklər 190 sm uzunluğa, çəki 150–200 kq təşkil edir, dişilər isə 140 sm, çəkisi 30–60 kq olur. Onlar açıq-qəhvəyi rəngə malikdirlər. Erkəklər isə boz-qara dəriyə malik olur. Yarımnöv olan Folklend dəniz pişikləri nisbətən kiçik ölçüyə malik olurlar. Cənubi Amerika dəniz pişiyi iki yarımnövə bölünür: Folklend dəniz pişiyi (Arctocephalus australis australis), əsas yarımnöv Cənubi Amerikanın Peru, Çili, Argentina sahil ərazilərində və Braziliyanın cənub hissələrində yaşayırlar. Folklend dəniz pişikləri əsasən Folklend adalarında yaşayırlar.Cənubi Amerika dəniz pişikləri əsasən sıldırımlı qayalıqlar üzərində dincəlirlər. Onlar əsasən gün istisində çütləşirlər. == Sayı və ovlanlası == Əvvəllər bütün Cənubi Amerika sahilləri boyu ovlanırdı.
Fernandes dəniz pişiyi
Fernandes dəniz pişiyi (lat. Arctocephalus philippii) — Qulaqlı suiti fəsiləsinə daxil olan Dəniz pişikləri yarımfəsiləsinə daxil olan növ. Əsasən Cənubi Amerika Sakit okean sahilində Xuan Fernandes adaları və San Felix adalarında müşahidə edilirlər. Növ haqqında ətraflı məlumat yoxdur. == Tarixi == Xuan Fernandes adaları 1500-cü ildə Xuan Fernandes tərəfindən kəşf edilir. İlk dəfə məhz bu zaman Fernandes dəniz pişiyi aşkarlanmışdır. Fernandes dəniz pişiyi kütləvi şəkildə ovlanma nəticəsində sayları 1960-cı illərdə 200 başdan ibarət qrupa qədər azalmışdır. Hazırda sayları 12 000 baş olaraq qiymətləndirilir.
Jofrua vəhşi pişiyi
Kap dəniz pişiyi
Kap dəniz pişiyi, və ya Cənubi Afrika pişiyi(lat. Arctocephalus pusillus) — qulaqlı suiti fəsiləsinə daxil olan Dəniz pişikləri yarımfəsiləsinə daxil olan növ. Əsasən Cənubi Afrika və Avstraliya sahillərində yaşayır. == Xaiçi görünüşü == Erkəklər 2,5 metr, dişilər isə 1,8 metr uzunluğa malik olurlar. Bu göstərici ilə bu növ dəniz pişikləri arasında ən irisidir. Bu baxmayaraq latın dilində pusillus kəlməsi "kiçiçik" mənasını verir. == Yayılması == Arctocephalus pusillus pusillus yarımnövü koloniya şəklində CAR və Namibiya sahillərində yaşayır. Bəzən isə şimalda Anqola sahillərində də görsənir. Hətta subantarktik ərazilərdə Şahzafə Eduard adalarına qədər üzürlər. Digər yarımnöv Arctocephalus pusillus doriferus isə Tasmaniya adası sahilləri və Bass boğazı akvatoriyasında çütləşmə mövsümünü keçirir.
Kergelen dəniz pişiyi
Kerqelen dəniz pişiyi (lat. Arctocephalus gazella) — Cənub dəniz pişikləri cinsinə daxil olan növ (Arctocephalus). == Xariçi görünüşü və yayılması == Erkəklərin uzunluğu 190 sm, çəkisi 130 kq, dişilər isə 130 sm uzunluğa və 50 kq çəkiyə malik olurlar. Erkəklər boz-qəhvəyi rəngə malik olurlar. Dişilər qara rəngdə olsada üzərlərində boz və ağ tüklərə malikdirlər. Kerqelen dəniz pişiyi əsasən Antraktida ətafı ərazilərdə yayılmışdır. Onların koloniyalarına Cənubi Georgiya və Cənubi Sandviç adaları, Cənubi Şetland adaları, Cənubi Orkney adaları, Makkuori adası, Buve adası və Kergelen kimi adalarda rast gəlinir. Adətən kerqelen dəniz pişiyi ilə Subtropik dəniz pişiyi bir-birindən ayrı yaşasalarda onlar Kroze və Şahzadə Eduard adaları ərazisində koloniya əmələ gətirirlər. Bəzən isə iki növün nümayəndələri bir-biri ilə çütləşirlər. Kerqelen dəniz pişiklərinə Odlu Torpaq arxipelaqı rast gəlinsədə koloniya əmələ gətirmirlər.
Kerqelen dəniz pişiyi
Kerqelen dəniz pişiyi (lat. Arctocephalus gazella) — Cənub dəniz pişikləri cinsinə daxil olan növ (Arctocephalus). == Xariçi görünüşü və yayılması == Erkəklərin uzunluğu 190 sm, çəkisi 130 kq, dişilər isə 130 sm uzunluğa və 50 kq çəkiyə malik olurlar. Erkəklər boz-qəhvəyi rəngə malik olurlar. Dişilər qara rəngdə olsada üzərlərində boz və ağ tüklərə malikdirlər. Kerqelen dəniz pişiyi əsasən Antraktida ətafı ərazilərdə yayılmışdır. Onların koloniyalarına Cənubi Georgiya və Cənubi Sandviç adaları, Cənubi Şetland adaları, Cənubi Orkney adaları, Makkuori adası, Buve adası və Kergelen kimi adalarda rast gəlinir. Adətən kerqelen dəniz pişiyi ilə Subtropik dəniz pişiyi bir-birindən ayrı yaşasalarda onlar Kroze və Şahzadə Eduard adaları ərazisində koloniya əmələ gətirirlər. Bəzən isə iki növün nümayəndələri bir-biri ilə çütləşirlər. Kerqelen dəniz pişiklərinə Odlu Torpaq arxipelaqı rast gəlinsədə koloniya əmələ gətirmirlər.
Mart pişiyi (personaj)
Mart pişiyi – Luis Kerrollun Alisa möcüzələr ölkəsində və Alisa güzgü arxasında əsərlərinin baş qəhrəmanlarından biridir. Həmkarı Papaqçı ilə birgə çay içməyi xoşlayır.
Mərkəzi Avropa meşə pişiyi
Meşə pişiyi (lat. Felis silvestris silvestris) — pişik cinsinə aid heyvan yarımnövü.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.46 dəfə / 1 mln.
2003 •• 0.39
2005 ••• 0.67
2006 •• 0.45
2007 •••••• 1.69
2008 •• 0.49
2009 •••••••• 2.24
2010 •••••••• 2.09
2011 ••• 0.77
2012 •••••••• 2.15
2013 ••••••••••••• 3.50
2014 •••••••••••••••••••• 5.66
2015 •••• 0.85
2016 •• 0.52
2017 ••• 0.81
2018 •••• 1.05
2019 0.14
2020 0.27

"pişiyi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#pişiyi nədir? #pişiyi sözünün mənası #pişiyi nə deməkdir? #pişiyi sözünün izahı #pişiyi sözünün yazılışı #pişiyi necə yazılır? #pişiyi sözünün düzgün yazılışı #pişiyi leksik mənası #pişiyi sözünün sinonimi #pişiyi sözünün yaxın mənalı sözlər #pişiyi sözünün əks mənası #pişiyi sözünün etimologiyası #pişiyi sözünün orfoqrafiyası #pişiyi rusca #pişiyi inglisça #pişiyi fransızca #pişiyi sözünün istifadəsi #sözlük