plitəsi sözü azərbaycan dilində

plitəsi

Yazılış

  • plitəsi • 97.1429%
  • Plitəsi • 2.8571%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Afrika plitəsi
Afrika plitəsi — Afrika qitəsini və bu qitəylə ətrafdakı okean dağ silsilələri arasındakı okeanik qabığı əhatə edən tektonik plitə. Plitənin qərb hissəsi şimal tərəfdə Şimali Amerika plitəsi və cənuba doğru Cənubi Amerika plitəsi ilə divergent sərhədlərə malikdir. Afrika plitəsi şimal-şərqdən Ərəb plitəsi ilə, cənub-şərqdən Hind-Avstraliya plitəsi ilə, şimaldan Avrasiya və Anatol plitələri ilə, cənubdan isə Antarktika plitəsi ilə sərhədlənir. Bütün bu sərhədlər Avrasiya plitəsi istisna olmaqla divergent və ya genişlənən sərhədlərdir. Afrika plitəsi bir neçə qədim platformadan, kökü subkontinental litosferik mantiyada olan qədim qabığın sabit bloklarından və daha az sabit lövhələrdən (hansı ki 550 milyon il öncə Afrika qitəsini əmələ gətirmək üçün bir araya gəlmişdilər) ibarədir. Qədim platformalar bunlardır (cənubdan şimala doğru): Kalaxari qədim platforması, Konqo qədim platforması, Tanzaniya qədim platforması və Qərbi Afrika qədim platforması. Qədim platformalar qədimdə bir-birlərindən xeyli arada olsalar da, Pan-Afrikan dağəmələgəlməsi zamanı birləşiblər və Qondvana ayrıldıqda bir yerdə qalıblar. Qədim platformalar orogenik kəmərlərlə birləşirlər. Saxara metaqədim platformsı təxmini olaraq subkontinental litosferik mantiyadan ayrılmış qədim platformanın qalığı kimi qəbul edilir. Bəzi ərazilərdə qədim platformalar çökəklərlə əhatə olunub.
Altiplano plitəsi
Altiplano plitəsi — litosfer plitəsi olaraq Perunun cənubu, Boliviyanın qərbi, az bir hissəsi isə Çilinin şimal hissələrini əhatə edir. Əsasən Cənubi Amerika plitəsinin tərkib hissəsi kimi göstərilir. Sahəsi 0,0205 steradion təşkil edir. Cənubi Amerika plitəsi ilə Naska plitəsinin kəsişmə zonasında yerləşir.
Amur plitəsi
Amur plitəsi — materik qabığı üzərində yerləşən litosfer plitəsi. Plitənin sahəsi 0,13066 steradion təşkil edir. Plitənin üzərində Mancuriya, Koreya yarımadası, Qərbi Yaponiya və Primorsk diyarının əraziləri yerləşir. Adətən Avrasiya plitəsinin təkib hissəsi kimi göstərilir. Şimaldan və qərbdən Avrasiya plitəsi, şimal-şərqdən Oxot plitəsi, cənubdan isə Filippin plitəsi ilə sərhədlənir. Avrasiya plitəsi ilə Amur plitəsi arasında Baykal rifi yerləşir.
Antarktika plitəsi
Antarktik plitə — Antraktida qitəsini və ətrafdakı okeanların bəzi hissələrini əhatə edən plitə. Antraktik plitə Nazka plitəsi, Cənubi Amerika plitəsi, Afrika plitəsi, Hind-Avstraliya, Skotiya plitəsi ilə sərhədlənir. Plitənin Sakit okean plitəsi ilə divergent sərhədləri Sakit-Antraktik dağ silsiləsini əmələ gətirir. Antraktik plitə təxminən 60.900.000 kvadrat kilometr əraziyə sahibdir. Bu plitə dünyada ən böyük beşinci plitədir. Antraktik plitənin hərəkəti 1sm/il hesab olunur. Plitə Atlantik okeana doğru hərəkət edir. == Xarici keçidlər == Khan Academy Explanation of evidence 750 million years of global tectonic activity. Movie.
Avrasiya plitəsi
Avrasiya plitəsi — Avrasiya materikinin böyük hissəsini əhatə edən plitə. Bu baxımdan Hind yarımadası və Ərəb yarımadası istisnadır. Eləcə də Şərqi Sibirin Çerski hissəsi də plitəyə aid deyil. Avrasiya plitəsi həmçinin qərbdən Orta-Atlantik dağ silsiləsinə və şimaldan Qakkel dağlarına qədər genişlənir. Şərq tərəfdən şimala doğru Şimali Afrika plitəsi və cənuba doğru Filippin dənizi plitəsi ilə və ola bilsin ki, Oxlotsk və Amur plitələri ilə sərhədlənir. Cənub hissədə qərbə doğru Afrika plitəsi, mərkəzdə Ərəb plitəsi və şərqdə Hind-Avstraliya plitəsi ilə sərhədlərə sahibdir. Qərbdə Şimali Amerika plitəsi olan divergent sərhədlər Orta-Atlantik dağ silsiləsinin şimal hissəsini əmələ gətirir. 1973-cü ildə İslandiya adası Heimaeydəki Eldfell vulkanının püskürməsi məhz Şimali Amerika və Avrasiya plitələrinin divergent hərəkəti nəticəsində baş vermişdi. Mərkəzi Asiyanın geodinamikası Şimali Avrasiya və Hind plitələri arasındakı əlaqə ilə idarə edilir. Bu ərazidə bir çox plitə hissələri və qabıq blokları aşkar edilib.
Filippin plitəsi
Filippin plitəsi — litosfer plitələri arasında dünyada sahəsinə görə on üçüncüdür. Plitənin böyük hissəsi Filippin dənizi dibində yerləşir. Luson adasının şimalını əhatə edir. Avrasiya plitəsi ilə Filippin plitəsinin toqquşduğu ərazilərdə hər zaman zəlzələlər və vulkan püskürmələri müşahidə edilir. Burada 50-dən çox fəaliyyətdə olan və sönmüş vulkan var.
Futuna plitəsi
Futuna plitəsi — mikroplitə olaraq 0,00079 steradian sahəyə malik plitə. Adətən Sakit Okean plitəsinin tərkib hissəsi olaraq göstərilir. Sakit okeanın cənubunda Futuna adası yaxınlığında yerləşir. Şimaldan Sakit Okean plitəsi, cənubdan Avstraliya plitəsi və şərqdən Niuafoou plitəsi ilə əhatələnmişdir.
Hindistan plitəsi
== Hindistan platforması == Bütövlükdə Hindistan yarmadasdını və Seylon adasını əhatə edən qədim platformadır. Hindistan platforması şimalda alp qırışıqlığı sistemini ( Himalay) ilə haşiyələnmişdir, cənubda isə Hind okeanı suları altına enir. Hindistan platformasının əsasını geniş ərazilərdə səthə çıxmış arxey və proterozoy şistlər və kvarsitlərdir. Hindistan platformasının başlıca xüsusiyyətlərindən biri üst təbaşirdə və palogenin əvvəllərində əmələ gəlmiş qalın trapp örtüyünün olmasıdır. Proterozoy erasından sonra Hindistan platforması demək olar ki, dəniz suları altında olmamışdır. Dəniz çöküntülərinin Hindistan platformasının açıq kənar hissələrində rast gəlinərək, üçüncü dövrə aiddirlər. Platformanın şimal hissəsində dördüncü dövrün kontinental çöküntüləri yayılmışdır. Hindistan platforması Afrika, Avstraliya və Braziliya platformaları ilə birlikdə Qondvanaya daxildir.
Kermadek plitəsi
Kermadek plitəsi — uzunsov tektonik plitə. Sahəsi 0,01245 steradion təşkil edir. Hind-Avstraliya plitəsinin tərkib hissəsi hesab edilir. Şimaldan Kermadek novu, cənubdan isə Sakit okean ilə əhatələnir. Plitə Yeni Zelandiya və Kermadek adalarının təməli hesab edilir. Litosfer plitələrinin divergent sahəsi yaxınlığında yerləşir. Avstraliya, Sakit okean və Tonqa plitələri ilə sərhəddə malikdir.
Kokos plitəsi
Kokos plitəsi — Sakit okeanın altında və Mərkəzi Amerikanın qərb sahilində yerləşdir. Plitənin adı üzərində yerləşən Kokos adasının adından götürülüb. Kokos plitəsi Şərqi-Sakit qalxması və Kokos dağ silsilələri boyunca dəniz dabanının genişlənməsi nəticəsində yaranıb. Bu geoloji kompleks ərazini geoloqlar Kokos-Naska genişlənmə sistemi də adlandırırlar. Şimal sərhədləri Mərkəzi Amerika çökəklikliyi ilə, şərq hissəsi Panama qırılma zonası ilədir. Cənub sərhəddində Qalapaqos qalxması, qərb sərhəddində isə Şərqi-Sakit qalxması yerləşir. Kokos və Naska plitələri 23 milyon il əvvəl ayrılmış Farallon plitəsinin qalıqlarıdır. Qalapaqos adaları altında olan ocaq Qalapaqos adaları boyunca uzanır. Kokos plitəsinin şimalındakı Rivera plitəsinin Kokos plitəsindən 5-10 milyon il əvvəl ayrıldığı güman edilir. Plitələr arasındakı sərhəd konkret olaraq qırılma əmələ gətirməsə də, bu plitələr iki ayrı plitə hesab olunur.
Manus plitəsi
Manus plitəsi — litosfer plitəsi 0.0002 steradion sahəyə malikdir. Bu mikro plitə litosfer plitələri arasında ən yaxşı arşdırılanıdır. Bir çoxları onu Sakit okean plitəsinin tərkib hissəsi hesab edir. Bismark dənizinin bir hissəsinin təməlidir. Cənub-şərqində Manus adası yerləşir. Adı eyni adanın adından götürülmüşdür. Manus plitəsi Şimali Bismark plitəsi və Cənubi Bismark plitəsi ilə sərhəddə malikdir.
Maoke plitəsi
Maoke plitəsi — tektonik mikro plitə olaraq 0,00284 steradion sahəyə malikdir. Adətən Avstraliya plitəsinin tərkib hissəsi kimi göstərilir. Yeni Qvineyanın şərqində yerləşir. Cənubda Avstraliya plitəsi, qərbdə Quşbaşı plitəsi və Vudlark plitəsi ilə sərhəddə malikdir.
Marian plitəsi
Marin plitəsi — elə də böyük olmayan litosfer plitəsi olub Marian novunun qərbində yerləşir. Litosfer plitəsi üzərində Marian adaları yerləşir. 0,01037 steradion sahəyə malikdir. Bəzən Filippin plitəsinin tərkib hissəsi kimi götürülür. Filippin plitəsi və Sakit okean plitəsi ilə sərhəddə malikdir. Cənub hissədə Marian, şimal-şərqdə isə İcu-Oqasavar novları yerləşir.
Naska plitəsi
Naska plitəsi — Perunun cənubundakı regionun adıyla adlandırılıb və Sakit okeanın şərqində Cənubi Amerika sahilində yerləşir. Peru-Çili çökəkliyi boyunca baş verən subduksiya nəticəsində (Cənubi Amerika plitəsinin altına) And dağ əmələ gəlmə proseslərinin əsas səbəbidir. Naska plitəsi qərbdə Sakit okean plitəsi ilə, cənubda isə Antarktika plitəsi ilə (Şərqi-Asiya qalxması və Çili qalxması boyunca) həmsərhəddir. Naska plitəsinin bir neçə isti nöqtələr üzərində hərəkəti bir neçə vulkanik adanın əmələ gəlməsinə səbəb olub. Naska həm süxurların yaşı, həm də müstəqil plitə olmaq baxımından nisbətən cavan plitə hesab olunur. Şərq hissədə Cənubi Amerika plitəsinin altına subduksiya edir və bu ərazidə konvergent sərhədlərə sahibdir, Peru-Çili çökəkliyini əmələ gətirir. Cənubda Antarktik plitə ilə (Çili qalxması) divergent sərhədlərə sahibdir. Şimalda isə sərhədlər Kokos adasıyladır (Qalapaqos qalxması). Naska plitəsinin Çilinin cənubunda subduksiya etməsi tarixin ən böyük zəlzələlərindən bəzilərini əmələ gətirib. (məsələn, Valdivia zəlzələsi (1960) - 9.5 bal) == Xarici keçidlər == Khan Academy Explanation of evidence 750 million years of global tectonic activity.
Okinava plitəsi
Okinava plitəsi — uzun, ensiz litosfer plitəsi olub, 0,00802 steradion sahəyə malikdir. Adətən Avrasiya plitəsinin tərkib hissəsi kimi göstərilir. Plitə Tayvan adasının şimalından başlayaraq Kyuşu adasının cənubuna qədər uzanır. Okinava plitəsi şərqdən Filippin plitəsi ilə əhatələnir və aralarında Kyuşu novu yerləşir. Qərbdən Yanszı plitəsi ilə divergent sərhəddə malikdir. Bu iki plitə arasında Okinava novu yerləşir. Şimaldan isə Amur plitəsi ilə sərhədlənir.
Oxot plitəsi
Oxot plitəsi — materik məşəlli litosfer plitə. Avrasiya materikinin şimal-şərqi, Yaponiya adalarının bir hissəsi və Oxot dənizinin ərazisini əhatə edir. Şərqdə Kuril novu və Sakit Okean plitəsi, cənubdan isə Filippin plitəsi ilə əhatələnmişdir. Seysmik baxımından aktiv bölgə hesab edilir. == Mənbə == Tetsuzo Seno, Taro Sakurai, and Seth Stein. 1996. Can the Okhotsk plate be discriminated from the North American plate? J. Geophys.
Panama plitəsi
Panama plitəsi — mikro litosfer plitəsi olaraq 0,00674 steradion sahəyə malikdir. Rəsmi olaraq Karib plitəsinin tərkib hissəsi hesab edilir. Panama və Kosta-Rika ərazilərində yerləşir. Naska, Şimali And və Kokos plitələri arasında yerləşir.
Qorda plitəsi
Qorda plitəsi — okean məşəlli tektonik plitə, Sakit okeanın altında, Kaliforniyanın şimalında yerləşir. Farallon plitəsinin tərkib hissəsidir. Şərq sərhəddi konvergent sərhəddə malikdir və burada Şimali Amerika plitəsi ilə sərhədlənir. Sakit okean plitəsi ilə qərbdən divergent sərhəddə malikdir. Burada Qorda silsiləsi yerləşir. Şimaldan Xuan de Fuka plitəsi ilə sərhədlənir. Hər iki plitə birlikdə Farallon plitəsinin tərkibini təşkil edir.
Niuafoou plitəsi
Niuafoou plitəsi — tektonik mikroplitə olaraq 0,00079 steradian sahəyə malikdir. Adətən Hind-Avstraliya plitəsinin tərkib hissəsi kimi göstərilir. Tonqa adasından qərbdə yerləşir. Şimaldan Sakit okean plitəsi, qərbdən Futuna plitəsi, şərqdən isə Tonqo plitəsi ilə sərhədlənir.
Skotiya plitəsi
Skotiya plitəsi — okeanik plitə olaraq şimaldan Cənubi Amerika plitəsi, şərqdən Sandviç mikroplitəsi, cənubdan və qərbdən Antarktika plitəsi ilə əhatələnir. Sahəsi — 0,0419 steradian. Bəzən Sandviç mikroplitəsi ilə birlikdə götürülür. Antarktika plitəsi ilə qərb sərhəd zəif öyrənilmişdir. Karib plitəsinin təsiri ilə şimal və cənub istiqamətdən təzyiqə məruz qalır. Bəzi mənbələrdə Dreyk plitəsi olaraq adlandırılır.
Somali plitəsi
Somali plitəsi — tektonik plitə. Sahəsi — 0,01585 steradian. adədən Afrika plitəsinin tərkib hissəsi olaraq göstərilir. Somali plitəsi afrika plitəsinin şərqində, Böyük Rift Dərəsi boyunca yerləşir. Böyük Rift Dərəsi qarşı tərəfində yerləşən sahəsi isə bəzən Nubiya plitəsi adlandırılır. Bu iki plitə hər zaman Afrioka plitəsinin bir parçası hesab edilir. Somali plitəsi qərbdə Böyük Rift dərəsi, araf novu, şimalda Ədən silsiləsi, şərqdə Mərkəzi Hind silsiləsi, cənubda isə Qərbi-Hind silsiləsi ilə əhatələnir. İl ərzində şərqə 45 mm hərəkət edir. Sərhəd olduğu plitələr: Afrika, Antarktika, Hind-Avstraliya, Ərəbistan.
Timor plitəsi
Timor plitəsi — mikroplitə olaraq Cənub-şərqi Asiya ərazisində yerləşir. Timor adasının təməlini təşkil edir. Sahəsi 0,0087 steradiondur. Adətən Avrasiya plitəsinin tərkib hissəsini təşkil edir. Hind-Avstraliya plitəsi ilə cənubdan, qərb və şimaldan isə Banda dəniz plitəsi ilə sərhədlənir. == Mənbə == Bird, P. "An updated digital model of plate boundaries". Geochemistry, Geophysics, Geosystems. 4 (3). 2003: 1027. doi:10.1029/2001GC000252.
Tisza plitəsi
Tisza plitəsi — müasir Avropada tektonik plitə və ya mikroplitədir. Ortadunay düzənliyinin iki əsas qabıq blokları olan Pelso və Tisza plitələri Kaynozoy dövrü ərzində dəyişən ölçülərin səbəb olduğu mürəkkəb proseslərə məruz qalmışdır. Aralıq tektonik blokunun şimala doğru hərəkəti həm Pelso, həm də Tisza bloklarının şərqə doğru yerdəyişməsi və fırlanmasına səbəb olmuşdur. Zaqrab-Hernab xətti Afrika mənşəli Pelso ilə Avrasiya mənşəli Tisza plitəsi arasında yerləşən qədim bir plitədir.
Tonqo plitəsi
Tonqo plitəsi — tekoktonik plitə olaraq 0,00625 steradian sahəyə malikdir. Avstraliya plitəsinin tərkib hissəsinə daxildir. Sakit okeanın qərbində yerləşir və Tonqo adalarının təməlini təşkil edir. Sakit Okean plitəsi ilə şərqdən sərhədlənir. Burada Tonqo çökəkliyini əmələ gəlir. Qərbdə Niufoou plitəsi və Avstraliya plitəsi, cənubda isə Kermadek plitəsi ilə sərhədlənir.
Vudlark plitəsi
Vudlark plitəsi — mikroplitə olaraq 0,01116 steradian sahəyə malikdir. Adətən Hind-Avstraliya plitəsinin tərkib hissəsi kimi göstərilir. Sakit okeanın qərbində yerləşir və Yeni Qvineya, Solomon dənizi və Trobriand adasının təməlini təşkil edir. Vudlark plitəsi Karolin, Şimali Bismark, Cənubi Bismark, Solomon dənizi, Sakit okean, Avstraliya, Maoke və Quşbaşı plitələri ilə sərhəddə malikdir. Vudlark plitəsi öz adını Vudlark adasının adından götürülmüşdür.
Balmoral rif plitəsi
Balmoral rif plitəsi — tektonik mikro plitə olaraq 0,00481 streadian sahəyə malikdir. Adətən Sakit okean plitəsi ərazisinə daxil edilir. Sakit okeanın cənubunda, Fici adasından şimalda yerləşir. Sakit okean plitəsi, Avstraliya plitəsi, Yenihebrid plitəsi və Konvey rif plitəsi ilə əhatələnmişdir. == Mənbə == Peter Bird.
Cənubi Amerika plitəsi
Cənubi Amerika plitəsi — Cənubi Amerikanı və Atlantik okeanın Orta-Atlantik dağ silsiləsinə qədər olan dabanını əhatə edən tektonik plitə. Şərq hissəsi Afrika plitəsi ilə divergent sərhədlərə malikdir və bu sərhəd Orta-Atlantik dağ silsiləsinin cənub hissəsini əmələ gətirir. Cənub hissədə Antarktika plitəsi və Skotiya plitəsi ilə mürəkkəb sərhədlərə sahibdir. Qərb hissədə Naska plitəsi ilə konvergent sərhədləri var. Şimal hissədə Karib dənizi plitəsi və Şimali Amerikanın okeanik qabığı ilə həmsərhəddir. Çili üçqat qovşağında (üç plitənin görüşdüyü ərazi) Çili qalxması Şimali Amerika plitəsinin altına subduksiya edir. Cənubi Amerika plitəsi hərəkətdədir, Orta-Atlantik dağ silsiləsindən qərbə doğru istiqamətdədir. Şərqə doğru hərəkət edən və daha sıx olan Naska plitəsi Sakit okean sahili boyunca Cənubi Amerika plitəsinin altına ildə 77 mm sürətlə subduksiya etməkdədir. Bu plitələrin toqquşması nəticəsində And dağları və bu ərazidə yerləşən vulkanlar əmələ gəlir. == Xarici keçidlər == Khan Academy Explanation of evidence 750 million years of global tectonic activity.
Cənubi Bismark plitəsi
Cənubi Bismark plitəsi — tektonik mikroplitə olaraq 0,00762 steradion sahəyə malikdir. Adətən Sakit okean plitəsinin tərkib hissəsi kimi göstərilir. Bismark arxipelaqı (Yeni Britaniya), Yeni Qvineyanın şimal-şərqi hissəsi, Solomon dənizinin şimal-qərbi, Bismark dənizinin isə cənubu bu plitənin üzərində yerləşir. Konvergent sərhəddində Yeni Britaniya və Solomon adaları yerləşir. Vudlark, Şimali Bismark, Manus və Solomon dənizi plitələri ilə əhatələnmişdir.
Hind-Avstraliya plitəsi
Hind-Avstraliya plitəsi - Avstraliya qitəsi və ətrafdakı okean hissələrini əhatə edən əsas tektonik plitələrdən biri. == Xarakteristikası == Plitə şimala doğru genişlənir və Hindistan yarımadasını və ətrafdakı əraziləri də əhatə edir. Hind-Avstraliya Plitəsi 43 milyon il öncə Avstraliya və Hind plitələrinin toqquşması nəticəsində yaranıb. Son araşdırmalar və eləcə də 2012-ci il Hind okeanı zəlzələsi kimi seysmik hadisələr göstərir ki, Hind-Avstraliya plitəsi Himalay dağları boyunca Avrasiya plitəsi ilə qarşıdurma nəticəsində yenidən iki plitəyə ayrıla bilər. Şərq hissə (Avstraliya) şimala doğru ildə 5.6 sm sürətlə hərəkət etsə də,qərb hissədə (Hindistan) bu sürət Himalay dağlarının müqaviməti nəticəsində 3.7 sm-ə bərabərdir. Bu fərq plitənin mərkəzi Sumatrada kompresslənməyə səbəb olur və bunun nəticəsində Hind və Avstraliya kimi iki ayrı plitəyə ayrılma potensialını artırır. Adətən iki protoplitə kimi Hind plitəsi və Avstraliya plitəsi göstərilir. Üçüncü Kaprikorn plitəsi isə ola bilsin ki, Hind plitəsinin qərbindən ayrılmaqdadır. Hind yarımadası, Meqanesiya (Avstraliya, Yeni Qvineya və Tasmaniya), Yeni Zelandiya və Yeni Kaledoniya hamısı qədim superkontinent Qondvananın fraqmentləridir. Dəniz dabanının genişlənməsi nəticəsində bu quru hissələri bir-birilərindən ayrılıblar, lakin genişlənmə nəticəsi aktivliyini itirdiyindən bu quru sahələri yenidən birləşərək yeganə plitəni əmələ gətiriblər.
Konvey rif plitəsi
Konvey rif plitəsi — Litosfer plitəsi olaraq 0,01585 steradion sahəyə malikdir. Adətən Sakit Okean plitəsinin tərkibinə daxildir. Sakit okeanın cənubunda, Ficinin qərbində yerləşir. Qərbdən Yenihebrid plitəsi, Balmoral rif plitəsi ilə sərhəddir.
Qalapaqos mikro plitəsi
Qalapaqos mikro plitəsi — kiçik okeanik məşəlli tektonik plitə. Cənubi Amerikanın qərbində yerləşir. Qalapaqos adalarının təməlini təşkil edir. Sahəsi 0.00036 steradiandır. Naska plitəsinin tərkib hissəsi kimi göstərilir. Naska, Kokos, Sakit okean plitələri ilə sərhəddə malikdir. Şimalında Şimali Qalapaqos mikro plitəsi yerləşir. Qalapaqos mikro plitəsinin tərkib hissəsinə daxildir.
Sakit okean plitəsi
Sakit okean plitəsi — Sakit okeanın altında yerləşən tektonik plitədir. Sahəsi 105 milyon kvadrat kilometr olmaqla bu ən böyük tektonik plitə hesab olunur. Şimal-şərq tərəfdə bu plitə Kəşfiyyatçı plitəsi, Xuan de Fuka plitəsi və Qorda plitəsi ilə sərhədlərə sahibdir və bu sərhədlər müvafiq olaraq Kəşfiyyatçı, Xuan de Fuka və Qorda dağ silsilələrini əmələ gətirir. Şərq hissədə mərkəzdə isə San Andreas qırığı üzrə Şimali Amerika plitəsi ilə və eləcə də Kokos plitəsi ilə sərhədlərə sahibdir. Cənub-şərq hissədə isə Naska plitəsi ilə divergent sərhədlər Şərqi-Sakit qalxmasını əmələ gətirir. Cənub hissə Antarktika plitəsi ilə sərhədlərə malikdir və bu sərhəddə Sakit-Atlantik dağ silsiləsi əmələ gəlir. Qərb hissədə plitə Oxotsk plitəsi ilə (burada Kuril-Kamçatka çökəkliyi və Yapon çökəkliyi əmələ gəlir), Filippin dənizi plitəsi ilə subduksiya nəticəsində konvergent, Karolina plitəsi ilə transform və Şimali-Bismark plitəsi ilə kəsişmə sərhədlərinə sahibdir. Cənub-qərbdə Sakit okean plitəsi Hind-Avstraliya plitəsi ilə mürəkkəb də olsa, ümumilikdə konvergent sərhədlərə sahibdir. Yeni Zelandiyanın şimalında subduksiya etməsi nəticəsində Tonqa çökəkliyi və Kermadek çökəkliyi əmələ gəlir. Alp qırığı bu plitələr arasında transform sərhəddi müəyyən edir və uzaq cənuba doğru Hind-Avstraliya plitəsi Sakit okean plitəsinin altına subduksiya etməklə Puysequr çökəkliyini əmələ gətirir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.25 dəfə / 1 mln.
2004 •••••••••••••• 0.34
2007 ••••••••• 0.21
2008 •••••••••• 0.24
2009 ••••••••••••••••••• 0.48
2010 •••• 0.09
2011 ••••••••••••••••• 0.43
2012 •••••••••••••• 0.34
2014 •••••••••••••••••••• 0.51
2015 •••••••••••••• 0.34
2016 •••••••••••••• 0.35
2017 ••••••••••••• 0.33
2018 •••••••••••• 0.30
2019 •••••• 0.14

Oxşar sözlər

#plitəsi nədir? #plitəsi sözünün mənası #plitəsi nə deməkdir? #plitəsi sözünün izahı #plitəsi sözünün yazılışı #plitəsi necə yazılır? #plitəsi sözünün düzgün yazılışı #plitəsi leksik mənası #plitəsi sözünün sinonimi #plitəsi sözünün yaxın mənalı sözlər #plitəsi sözünün əks mənası #plitəsi sözünün etimologiyası #plitəsi sözünün orfoqrafiyası #plitəsi rusca #plitəsi inglisça #plitəsi fransızca #plitəsi sözünün istifadəsi #sözlük