Pneumonoultramicroscopicsilicovolcanoconiosis
İngilis dilində olan Pneumonoultramicroscopicsilicovolcanoconiosis "daha çox vulkanlarda olan çox nazik silisium oksid tozunun nəfəs alınması ilə yaranan xəstəlik" mənasına gələn və əslində, Everett M. Smit tərəfindən yalnız ən uzun İngilis dilində söz olması üçün yaradılan və tam olaraq (pneumonoultramicroscopicsilicovolcanoconiosis) eyni dərəcədə uzun olan bir sözdür. Yaradıldıqdan sonra bəzi müxtəlif mənbələrdə ilk tərifinə yaxın mənalarda istifadə edilmişdir.
== Etimologiya ==
pneumono = ağciyərlərlə bağlıdır (Latıncadan, Yunancaya keçmişdir)
ultra = sonrası (Latınca, "ultraviolet" kimi (ultrabənövşəyi şüalanma))
microscopic = olduqca kiçik (Latınca/köhnə ingiliscə, Yunancadan mikron, kiçik, və skopos, görünüş)
silico = silis (Latınca)
volcano = yanardağ (Latınca)
coni = toz ilə əlaqəli (Yunanca: konis, toz)
osis = xəstəlik / hal (Yunanca)
== Tarixçə ==
İngilis dilində bir lüğətdə yer almış ən uzun sözdür. Söz politoloqları tərəfindən "P45" deyə anılan bu söz ilk olaraq 1936 tarixli çapda İngilis dilinin Oksford lüğətində qeyd edilib. Daha sonra Websters Third New İnternational Dictionary, Random House Dictionary of the English Language, Unabridged, və Merriam-Websters Collegiate Dictionary ilə Merriam Webster Medical Dictionaryde da qeyd edilmişdir.
Ən uzun söz olmasına görə edilən iradlar bu sözün texniki (yəni tibbi) bir termin olduğunu, bu səbəbdən də "ümumi istifadədəki ən uzun söz" olmayacağını açıqlamışlar.
Bundan daha da önəmlisi bu sözün əslində bir yalan olaraq ortaya çıxarılmasıdır: Word Ways: The Journal of Recreational Linguistics jurnalındakı, müxtəlif məqalələrdə (May 1985, səh. 95-96; Noyabr 1986, səh. 205-206; May 1987, səh. 82; Noyabr 1989, səh.