Rus poeziyasının gümüş əsri
Rus poeziyasının gümüş əsri və ya Gümüş əsr — XX əsrin əvvəllərinə təsadüf edən rus poeziyası tarixindəki dövrün məcazi adı. Bu ad rus poeziyası tarixindəki "Qızıl dövr" (XIX əsrin ilk üç onilli) adlanan illərlə bənzərlik təşkil etdiyi üçün verilmişdir. Termin müəllifliyinə filosof Nikolay Berdyayev, şairlər və tənqidçilər Nikolay Otsup, Vladimir Mayakovski iddia etmişdilər.
Bu dövrün xronoloji çərçivəsi ilə bağlı sual mübahisəli olaraq qalır. "Gümüş əsr" şərti olaraq 1890-cı və XX əsrin ilk iyirmi ilinə aid dövrü əhatə edir. Tədqiqatçılar "Gümüş əsr"in başlanğıcını təyin etməkdə birmənalı olaraq yekdil fikrə malikdirlərsə, — bu da XIX əsrin 80-ci illəri ilə 90-cı illərin qovşağına aiddir, amma bu dövrün sonu həddən çox mübahisəlidir. Bu dövrün sonunu həm 1917, həm də 1921-ci ilə aid etmək olar. Bəzi tədqiqatçılar birinci variantda israr edirlər. Onlar vətəndaş müharibəsinin başlaması ilə — 1917-ci ildən sonra "Gümüş əsr"in mövcud olmadığını düşünür. Baxmayaraq ki, 1920-ci illərdə bu dövrün nümayəndələri hələ də sağ idi və yaratmaqda davam edirdilər.