Poladdan adam (film, 2013)
Polad adam (ing. Man of Steel) — 2013-cü ildə Warner Bros. studiyasının rəhbərliyi ilə Legendary Pictures və Syncopy Films studiyalarının birgə layihəsi əsasında rejissor Zak Snayder tərəfində Supermen obrazı haqqında çəkilmiş fantastika filmidir.
Film üçün hazırlıq işləri 2008-ci ildə başlamışdır. Warner Bros. DC Comics-in yazıçılarından filmi çəkmək üçün hüquqları almışdır. 2009-cu ildə Supermen obrazının yaradıcısı olan Cerri Siqelin ailəsi məhkəmə yolu ilə bu hüquqları geri aldılar. Məhkəmənin çıxartdığı yekun qərara əsasən Warner Bros. studiyasının ailəyə əvvəlki filmlərə görə heç bir borcunun olmadığını təsdiqləmişdir. Filmin prodüseri Kristofer Nohan bu qalmaqalın bitməsindən sonra Qara Cəngavərin Yüksəlişi filminin çəkilişlərini tamamlayaraq Snayderi bu filmin rejissoru təyin etdi.