poliefir sözü azərbaycan dilində

poliefir

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • poliefir • 74.4186%
  • Poliefir • 25.5814%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mürəkkəb poliefirlər
Mürəkkəb poliefirlər adətən ikiəsaslı turşuların diollarla polikondensləşməsindən alınır. Poliefirlər sırasında tereftalat turşusunun (TFT) və ya onun diametil efirinin (DME) etilenqlikolla polikondensləşməsindən alınan polietilenqlikol - tereftalatlar daha geniş tanınmışdır. Poliefirlərin sintezində iki əsaslı doymamış turşu kimi tereftal turşusu ilə yanaşı anhidrid formasında ftal turşusu və həmçinin izofital, adipin, sebasin turşusundan istifadə edilir. Bundan əlavə ikiəsaslı turşu kimi doymamış malein turşusu və fumar turşusu anhidridləri də tətbiq olunur. Polikondensləşmədə diol kimi adətən etilenqlikol, 1,4-butandiol və nəhayət 1,4-dihidroksimetiltsikloheksandan (HOCH2-C6-H10-CH2OH) istifadə edilir. Polibutilenqlikoltereftalatin sintezində tereftal turşusu ilə kondensləşmə reaksiyasında əsasən 1,4-butandiol tətbiq olunur. Mürəkkəb poliefirlər liflərin, plyonkaların, lak, emal və örtüklərin alınmasında istifadə edilir. Poliefirlər sırasında polietilentereftalat daha çox sənaye əhəmiyyətinə malikdir, ondan: lavsan, terilen, dakron və digər polietilentereftalat liflərinin və həmçinin kinofotosənayesi və qablaşdırıcı materiallar üçün möhkəm və şəffaf plyonkalar istehsalında istifadə olunur. Polietilentereftalat liflərin 293 K temperaturda və havanın 65% nəmliyi şəraitində su udması 0,3-0,4%-dir, nəm halda möhkəmlik 100%, ilmədə isə 80-90% saxlanır, burma zamanı yerdəyişmə modulu 80-150 MPa, termiki emal edilməmiş lifin qaynar suda saxlama əmsalı 5-10%, işçi temperatur intervalı 213-443K-dır. Yüksək kristallaşmaya və termiki stabilliyə malik lif əmələ gətirən polimerlər 2,6-naftalindikardon turşusu (2,6-NDK) əsasında alınır.

poliefir sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. полиэфир (синтетическое вещество, содержащее в молекуле эфирную группу) II прил. полиэфирный. Poliefir lakı полиэфирный лак, poliefir yapışqanı полиэфирный клей, poliefir lifləri полиэфирные волокна, poliefir qatranı полиэфирная смола

    Azərbaycanca-rusca lüğət / poliefir

Oxşar sözlər

#poliefir nədir? #poliefir sözünün mənası #poliefir nə deməkdir? #poliefir sözünün izahı #poliefir sözünün yazılışı #poliefir necə yazılır? #poliefir sözünün düzgün yazılışı #poliefir leksik mənası #poliefir sözünün sinonimi #poliefir sözünün yaxın mənalı sözlər #poliefir sözünün əks mənası #poliefir sözünün etimologiyası #poliefir sözünün orfoqrafiyası #poliefir rusca #poliefir inglisça #poliefir fransızca #poliefir sözünün istifadəsi #sözlük