polimerləşmə sözü azərbaycan dilində

polimerləşmə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • polimerləşmə • 91.3043%
  • Polimerləşmə • 8.6957%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Radikal polimerləşmə
Radikal polimerləşmə — makromolekulun uzanmasının aktiv mərkəzləri rolunu sərbəst radikallar oynayan zəncirvari polimerləşmə prosesidir. == Radikal polimerləşmənin monomerləri == Radikal polimerləşmə proseslərində monomer olaraq əsasən CH2=CH-X və CH2=CX2 (X = H, Hal, COOH, COOR, OCOR, CN, CONH2, C6H5, C6H4Y), CH2=CXY (X = Alk, Y = COOH, COOR, CN); CH2-CX=CH-CH2 və CH2-CH=CH-CHX (X = H, Alk, Hal, polyar qrup) birləşmələr istifadə oluna bilər. == Radikal polimerləşmənin elementar mərhələləri == Radikal polimerləşmə prosesi aşağıdakı mərhələlərdən ibarətdir: 1. Həyəcanlanma və ya aktiv mərkəzlərin əmələ gəlməsi - ilkin sərbəst radikallar ya müxtəlif maddə molekullarının parçalanması ya da monomer molekulundakı — rabitənin homolitik qırılması yolu ilə alınır. Radikalların əmələ gəlməsinin müxtəlifliyinə görə radikal polimerləşmə 4 qrupa bölünür: termiki, fotokimyəvi, radiasiya və inisiatorların iştirakı ilə; 2. Zəncirin uzanması - inisiatorun parçalanmasından alınan sərbəst radikalların monomer molekullarını özünə birləşdirilməsilə baş verir; 3. Zəncirin uzanmasının dayanması və ya qırılması — böyüyən makroradikallarda olan qoşalaşmamış elektronun kimyəvi rabitəyə daxil olması ilə həmin radikalların zənciri uzatmaq qabiliyyətinin itməsi zəncirin uzanmasının qırılması adlanır; 4. Ötürülmə — uzanan radikalların mühitdə iştirak edən neytral maddə molekulları ilə qarşılıqlı təsirdə öz aktivliyini və neytral molekuldan yeni radikalın əmələ gəlməsidir. == İnisiatorlar == Reaksiya şəraitində parçalanaraq radikallar əmələ gətirən maddələr inisiatorlar deyilir. İnisiatorlar iştirakı ilə polimerləşmədə aktiv mərkəzlər və ya sərbəst radikallar reaksiyaya ya hazır şəkildə verilir, ya da polimerləşmə şəraitində asanlıqla parçalanaraq sərbəst radikallar əmələ gətirən maddələrin mühitə daxil edilməsi ilə baş verir.
Tənzimlənən radikal polimerləşmə
Tənzimlənən radikal polimerləşmə- Radikal polimerləşmənin yeni istiqamətlərindən olub əvvəlcədən məlum quruluşa və funksional imkanlara malik polimer və oliqomerlər, eləcə də, kompozitlər sintez etməyə imkan verir. TRP-nin özəlliyi ondan ibarətdir ki, tələb olunan molekul kütləli və dar dispersliyə malik homo- və sopolimerlər, həmçinin müxtəlif monomerlər əsasında calaq və blok sopolimerlər almağa imkan verir. Bu polimer və oliqomerlər həmçinin, “canlı” xarakter göstərirlər. Belə ki, onlar sistemə yeni monomerin daxil edilməsi ilə polimerləşməni davam etdirə bilən reaksiyayaqabil qrup sonluqlarına malik olurlar. Tənzimlənən radikal polimerləşmənin göstərilən üstünlükləri bütün dünyada bu istiqamətə artan marağı izah edir .. == Tənzimlənən radikal polimerləşmənin aparılma üsulları == Zəncirin tənzimləyiciləri - aktiv əlavələrin istifadəsindən asılı olaraq “canlı” zəncir rejimində baş verən prosesləri şərti olaraq aşağıdakı istiqamətlərə bölmək olar: 1. Stabil radikallar vasitəsilə polimerləşmə (Stable Free Radical Polymerization, SFRP); 2. Atomun ötürülməsi vasitəsi ilə polimerləşmə (Atom Transfer Radical Polymerization, ATRP); 3. Molekul və ya atomlar qrupu fraqmentinin bir radikaldan digərinə dönən keçidi ilə polimerləşmə (Reversible Addition Fragmentation Transfer, RAFT). == Tənzimlənən radikal polimerləşmə ilə adi radikal polimerləşmənin oxşar və fərqli cəhətləri: == Tənzimlənən radikal polimerləşmə (TRP), eləcə də adi (sərbəst radikallı) RP radikal hissəciklər iştirakında baş verir və bu proseslər ümumi xüsusiyyətləri ilə xarakterizə olunur və praktiki olaraq bir və ya neçə sinif monomerlərin polimerləşməsi üçün tətbiq oluna bilər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.07 dəfə / 1 mln.
2008 •••••••••••••••••••• 0.24
2010 ••••••••••••••• 0.18
2011 ••••••••••••••• 0.17
2016 ••••••••••••••• 0.17
2017 •••••••••••••• 0.16
2019 •••••••••••• 0.14

polimerləşmə sözünün rus dilinə tərcüməsi

  • 1 хим., физ. I сущ. от глаг. polimerləşmək, полимеризация (процесс образования полимеров). Polimerləşmə dərəcəsi степень полимеризации, polimerləşmə məhsulları продукты полимеризации, polimerləşmənin yavaşıması замедление полимеризации II прил. полимеризационный. Polimerləşmə otağı полимеризационная комната

    Azərbaycanca-rusca lüğət / polimerləşmə

"polimerləşmə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#polimerləşmə nədir? #polimerləşmə sözünün mənası #polimerləşmə nə deməkdir? #polimerləşmə sözünün izahı #polimerləşmə sözünün yazılışı #polimerləşmə necə yazılır? #polimerləşmə sözünün düzgün yazılışı #polimerləşmə leksik mənası #polimerləşmə sözünün sinonimi #polimerləşmə sözünün yaxın mənalı sözlər #polimerləşmə sözünün əks mənası #polimerləşmə sözünün etimologiyası #polimerləşmə sözünün orfoqrafiyası #polimerləşmə rusca #polimerləşmə inglisça #polimerləşmə fransızca #polimerləşmə sözünün istifadəsi #sözlük