poliqamiya sözü azərbaycan dilində

poliqamiya

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • poliqamiya • 69.2308%
  • Poliqamiya • 30.7692%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Poliqamiya
Poliqamiya (yun. “polys” – çoxsaylı, geniş + “gamos” – nikah) – bir fərdin ikidən çox əks cinsin nümayəndəsi eyni vaxtda nikahda olmasıdır. Onun iki forması vardır – poliginiya və poliandriya. Poliginiya bir kişinin eyni zamanda bir neçə arvadla nikahda olması, poliandriya isə bir arvadın bir neçə kişi ilə nikahda olmasıdır. Poliandriya bəzi cəmiyyətlərdə olsa da çox da yayılmamışdır. Ən çox yayılmış poliginiya olmuşdur. Bunun da səbəbi cəmiyyətlərin tarix boyu patriarxal olduğundan irəli gəlir. 2. Bitkilərə münasibətdə poliqamiya eyni bir bitki üzərində, yaxud eyni növdən olan müxtəlif bitkilər üzərində ikicinsli, yaxud ayrıcinsli çiçəklərin əmələ gəlməsidir.
Qazaxıstanda poliqamiya
Qazaxıstanda çoxarvadlılıq qanunla qadağandır. Qazaxıstanda siyasətçilərin çoxarvadlılığından danışanda Qazaxıstanda bir ifadə işlədirlər: "Almatı bir arvadı olanlar üçündür, Astana çox arvadı olanlar üçün". Uzun illər Almatıda qərarlaşan hökumət 1990-cı illərin axırlarında yeni paytaxt Astanaya köçdü. İndi Almatı köhnə dövrün simvoludur, Astana yeni dövrün. Qanunla Qazaxıstanda poliqamiya, çoxarvadlılıq olmaz. Hətta məhz 90 il bundan qabaq iyunun 21-də Sovet hakimiyyəti çoxarvadlılığı qadağan etdi. Bütün Orta Asiya dövlətlərində çoxarvadlılıq cinayətdir, buna görə iki il həbs cəzası almaq olar. Ancaq Qazaxıstanda vəziyyət fərqlidir. Burda 1998-ci ildə çoxarvadlılıq cinayət məcəlləsindən çıxarıldı və artıq cinayət deyil. Bundan keçən 13 ildə çoxrvadlılıq Qazaxıstanda görünməmiş irəliləyiş edib.
Poliqamiyanın qanuniliyi
Poliqamiyanın qanuniliyi bəzi dünya ölkələrində tanınır. Poliqamiya təxminən 200 müstəqil dövlətdən 58-də qanunidir. Onların əksəriyyəti Afrika və Asiyada yerləşən müsəlman dövlətləridir. Həmin dövlətlərin əksəriyyətində poliginiyaya qanunvericiliklə icazə verilir. Poliandriya isə faktiki olaraq bütün dünya ölkələrində qanunsuz hesab olunur. Digər müstəqil dövlətlər poliqamiyanı tanımırlar. Əlcəzair Kamerun Çad Mərkəzi Afrika Respublikası Konqo Respublikası Cibuti Misir Qabon: Qabon qanunvericiliyinə görə, həm kişilər, həm də qadınlar əks cinslə poliqam nikaha daxil ola bilərlər. Praktikada bu hüquq yalnız kişilərə münasibətdə tanınır. Qambiya Qvineya Liviya Keniya: Poliginiya 2014-cü ildə qəbul edilən qanunla qanuni olmuşdur. Mali Mavritaniya Mərakeş Nigeriya (yalnız bəzi əyalətlərdə) San-Tome və Prinsipi Seneqal Somali Cənubi Sudan Sudan Esvatini Toqo Tanzaniya Uqanda Zambiya Əfqanıstan Bəhreyn Banqladeş Butan Bruney İndoneziya (Maluku, Şimali Maluku, Papua və Qərbi Papua vilayətlərindən başqa) İran İraq (İraq Kürdüstanı istisna olmaqla) İordaniya Küveyt Livan Maldiv adaları Oman Qətər Pakistan Səudiyyə Ərəbistanı Şri-lanka Suriya (Suriya Kürdüstanı istisna olmaqla) Birləşmiş Ərəb Əmirlikləri Yəmən Solomon adaları Qeyd edilən dövlətlərdə yalnız müsəlmanlara münasibətdə poliqam nikahları tənzimləyən xüsusi qanunvericilik aktları var.

poliqamiya sözünün rus dilinə tərcüməsi

Oxşar sözlər

#poliqamiya nədir? #poliqamiya sözünün mənası #poliqamiya nə deməkdir? #poliqamiya sözünün izahı #poliqamiya sözünün yazılışı #poliqamiya necə yazılır? #poliqamiya sözünün düzgün yazılışı #poliqamiya leksik mənası #poliqamiya sözünün sinonimi #poliqamiya sözünün yaxın mənalı sözlər #poliqamiya sözünün əks mənası #poliqamiya sözünün etimologiyası #poliqamiya sözünün orfoqrafiyası #poliqamiya rusca #poliqamiya inglisça #poliqamiya fransızca #poliqamiya sözünün istifadəsi #sözlük