pomidor sözü azərbaycan dilində

pomidor

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • pomidor • 95.2147%
  • Pomidor • 4.5687%
  • POMİDOR • 0.2166%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Pomidor
Pomidor (lat. Solanum lycopersicum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. Birillik, yaxud çoxillik (tropiklərdə) ot və ya yarımkollardır. Vətəni Cənubi Amerikadır. Yabanı növləri Peru, Ekvador və Çilidə tapılmışdır. Avropada XVI əsrin ortalarında meydana gəlmişdir. Rusiyada 1780-ci ildən mövcuddur. Pomidor cinsi üç növə bölünür: adi pomidor (Lycopersicon esculentum), Peru pomidoru (L. peruvianum) və tüklü pomidor (L. hirsutum). Adi pomidorun üç yarımnövü, təxminən 2000 sort və forması var. Yarpaqları təklələkvarı bölümlü, çiçəyi sarıdır.
Pomidor dolması
Pomidor dolması — Azərbaycanın milli mətbəxinə aid olan xörəkdir. Qoyun əti — 163 q. Pomidor — 300 q. Baş soğan — 20 q. Ərinmiş yağ — 20 q. Göyərti (reyhan, keşniş) — 15 q. Darçın — 0,2 q. Qatıq — 50 q. İstiot — 0,1 q. Duz Qoyun ətindən soğanla birlikdə qiymə hazırlanır, duz, istiot vurulur, arasıkəsilmədən qarışdırılaraq qızardılır.
Pomidor kababı
Pomidor kababı — kabab kimi bişirilmiş pomidor. Ət məhsullarından hazırlanmış kababların yanında qarnir kimi verilir. Həzm prosesinin sürətlənməsinə təsir göstərir. Bunun üçün bərk və yetişmiş pomidorlar seçilir. Yuyulur, yan tərəfdən şişə taxılır və manqalda qızardılır. Qızardılma zamanı şişdəki pomidorlara duzlu su çilənir. Süfrəyə verilən zaman üstünə duz, göyərti səpilir. Azərbaycan Kulinariyası Ensiklopediyası, səh.
Pomidor turşusu
Pomidor turşusu - sirkəyə (turşuya) və duza qoyulmuş pomidor. Azərabycan mətbəxində geniş istifadə olunur. Pomidor turşusu pomidor, duz, şəkər tozu, çətirli şüyüd, qara qarağat yarpağı, albalı yarpağı, xren kökü yaxud yarpağı, qara istiot və sudan hazırlanır. Yuyulmuş və saplaq tərəfdən deşilmiş zədəsiz, yetkin və böyüklükləri bənzər pomidorlardan hazırlanır. Bu ona görə edilir ki, pomidorların üzərinə qaynar su töküləndə, qabıqları partlamasın. Bundan sonra pomidorlar ədviyyatla birlikdə bankalara yığılır. Duzlu məhlul hazırlanır, qaynadılır, bankalara tökülür, qapağı qoyulmaqla 5 dəqiqə saxlanılır. Sonra bu məhlul bankalardan qazana tökülərək təkrar qaynadılır və yenidən bankalara doldurulur. Bankaların ağzı bağlanılır, baş üstə çevrilib, odeyalla örtülür. Məhsul adi temperaturda, anbarda saxlanır.
Pomidor üsulu
Pomidor üsulu, 1990-ci illərin əvvəlində, Françesko Kirillo tərəfindən təklif olunan zamanın idarəolunması üsuludur. Bu üsul, tapşırığın, "pomidor" adlanan, qısa fasilərlə müşahidə olunan, 25 dəqiqəlik aralıqlara bolünməsini təklif edir. Hər intervalın və umümiyyətlə üsulun "pomidor" adlandırılması, Kirillonun tələbə olduğu vaxtlarda işlətdiyi pomidor formasında taymerin şərəfinə idi . Pomidor üsulü növbəti mərhələrdən ibarətdir: İcra edəcəyiniz tapşırığı müəyyən edin və alt tapşırıqlara bölün. Hər bir alt tapşırığa 25 dəqiqəlik ara (pomidor) ayrılır Taymeri 25 dəqiqəyə qoyun. Taymer zəng çalana qədər fikrinizi yayındırmadan işləyin. Fikrinizi yayındıran amilləri vərəqdə qeyd edin və işləməyə davam edin. Hər 25 dəqiqəlik ara sonlananda, pomidoru bitirdiyiniz haqqda qeyd aparın və qısa fasilə verin (3-5 dəqiqə), Hər 4-cü pomidordan sonra uzun fasilə verin (15-30 dəqiqə). Planlaşdırma, izləmə, qeyd etmə, emal etmə və görüntüləmə üsulun əsaslarını təşkil edir . Planlaşdırma mərhələsində tapşırıqlar, onları tapşırıq siyahısında qeyd etməklə prioritetləşdirilir.
Pomidor şirəsi
Pomidor şirəsi — pomidordan hazırlanan şirə. Bu şirə ən çox asan əldə olunan və faydalı məhsullardandır. O, natrium, kalsium, kalium və maqnеzium ilə zəngindir. Pomidorda kifayət qədər çox miqdarda limon və alma turşusu və müəyyən qədər turşəng turşusu var. Bu turşular mübadilə prosеsini həyata kеçirmək üçün insan orqanizminə lazımdır və təzə dərilmiş pomidor bu maddələrin ən yaxşı mənbəyidir. Bu tərəvəzlərin tеrmiki təsirə məruz qoyulması arzu olunan dеyil, çünki, bu halda həmin turşular qеyri-üzvi maddələr çеvrilirlər və orqanizm üçün lazımsız olurlar. Əksər hallarda böyrəklərdə və sidik kisəsində daş əmələ gəlməsinin əsas günahkarı bişirilmiş və ya konsеrvləşdirilmiş pomidor və ya onun şirəsidir.
Heinz pomidor ketçupu
Heinz Pomidor Ketçupu HJ Heinz şirkətinin beynəlxalq səviyyədə tanınan brendidir. Bu brend yalnız Ketçup istehsal edir. İlk dəfə 1876-cı ildə istehsalına başlanılan Heinz Pomidor Ketçupu dünya üzrə ən çox satılan ketçup markası olaraq qalır. 1906-cı ildən başlayaraq konservantsız istehsal edilmişdir. 1907-ci ildə Heinz il ərzində 13 milyondan çox şüşə qablaşmada ketçup istehsal etməyə başladı və Hindistan, Avstraliya, Cənubi Amerika, Yaponiya, İndoneziya, Yeni Zelandiya, Cənubi Afrika və İngiltərə daxil olmaqla bütün dünyaya ketçup ixrac edir. Heinz ketçupu adətən ABŞ və Kanadada və bir çox başqa ölkələrdə restoranlarda ayrıca servis edilir. Kartof qızartması, kartof çipsiləri, hamburgerlər və sosiskalar da daxil olmaqla bir çox yeməklər üçün əlavə dadlandırıcı kimi Heinz ketçupu reklam kampanyalarında "Amerikanın Sevimli Ketçupu" şüarından istifadə edir. 2012-ci ilə aid olan məlumata görə hər il bütün dünyada 650 milyon şüşə Heinz Pomidor Ketçup satılır. Dünyada üzrə istehsal olunan Heinz pomidor ketçuplarının əksər hissəsi ABŞ-nin Ohayo ştatının Fremont şəhərindəki şirkətin əsas fabrikində istehsal olunur. Son aparılan araşdırmada 10,644 istehlakçının iştirak etdiyini Amerika Müştəri Məmnuniyyəti İndeksi sorğusunda HJ Heinz Co.
"Heinz" pomidor ketçupu
Heinz Pomidor Ketçupu HJ Heinz şirkətinin beynəlxalq səviyyədə tanınan brendidir. Bu brend yalnız Ketçup istehsal edir. İlk dəfə 1876-cı ildə istehsalına başlanılan Heinz Pomidor Ketçupu dünya üzrə ən çox satılan ketçup markası olaraq qalır. 1906-cı ildən başlayaraq konservantsız istehsal edilmişdir. 1907-ci ildə Heinz il ərzində 13 milyondan çox şüşə qablaşmada ketçup istehsal etməyə başladı və Hindistan, Avstraliya, Cənubi Amerika, Yaponiya, İndoneziya, Yeni Zelandiya, Cənubi Afrika və İngiltərə daxil olmaqla bütün dünyaya ketçup ixrac edir. Heinz ketçupu adətən ABŞ və Kanadada və bir çox başqa ölkələrdə restoranlarda ayrıca servis edilir. Kartof qızartması, kartof çipsiləri, hamburgerlər və sosiskalar da daxil olmaqla bir çox yeməklər üçün əlavə dadlandırıcı kimi Heinz ketçupu reklam kampanyalarında "Amerikanın Sevimli Ketçupu" şüarından istifadə edir. 2012-ci ilə aid olan məlumata görə hər il bütün dünyada 650 milyon şüşə Heinz Pomidor Ketçup satılır. Dünyada üzrə istehsal olunan Heinz pomidor ketçuplarının əksər hissəsi ABŞ-nin Ohayo ştatının Fremont şəhərindəki şirkətin əsas fabrikində istehsal olunur. Son aparılan araşdırmada 10,644 istehlakçının iştirak etdiyini Amerika Müştəri Məmnuniyyəti İndeksi sorğusunda HJ Heinz Co.
Pomidorun Yetişdirilməsi (1985)
Pomidorun yetişdirilməsi (film, 1985)

pomidor sözünün leksik mənası və izahı

  • 1 [ital. pomidoro] Quşüzümü ailəsinə mənsub bostan bitkisi. Pomidor şitil etmək. // Həmin bitkinin girdə qırmızı meyvəsi. Bazardan pomidor almaq. – [Məcid kişinin] qabağındakı ağ süfrənin üstündə göygöyərti, pendir, çörək, pomidor, bir kasa da qatıq vardı. İ.Məlikzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / pomidor

pomidor sözünün etimologiyası

pomidor sözünün rus dilinə tərcüməsi

  • 1 1. помидор, томат; 2. томатный;

    Azərbaycanca-rusca lüğət / pomidor
  • 2 I сущ. помидор, томат: 1. однолетнее овощное растение семейства паслёновых. Pomidorun növləri сорта помидоров 2. округлый красный плод этого растения. Pomidorun duza qoyulması засолка помидоров, pomidoru konservləşdirmək консервировать помидоры, təzə pomidor свежие помидоры II прил. помидорный, томатный: 1. относящийся к помидорам, томатам. Pomidor şitili помидорная рассада, pomidor ləkləri помидорные грядки 2. приготовленный из помидоров. Pomidor şirəsi помидорный (томатный) сок, pomidor püresi томатное пюре

    Azərbaycanca-rusca lüğət / pomidor

pomidor sözünün inglis dilinə tərcüməsi

pomidor sözünün fransız dilinə tərcüməsi

pomidor sözünün ləzgi dilinə tərcüməsi

pomidor sözünün türk dilinə tərcüməsi

"pomidor" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#pomidor nədir? #pomidor sözünün mənası #pomidor nə deməkdir? #pomidor sözünün izahı #pomidor sözünün yazılışı #pomidor necə yazılır? #pomidor sözünün düzgün yazılışı #pomidor leksik mənası #pomidor sözünün sinonimi #pomidor sözünün yaxın mənalı sözlər #pomidor sözünün əks mənası #pomidor sözünün etimologiyası #pomidor sözünün orfoqrafiyası #pomidor rusca #pomidor inglisça #pomidor fransızca #pomidor sözünün istifadəsi #sözlük