Poseydonun sözü azərbaycan dilində

Poseydonun

Yazılış

  • Poseydonun • 81.8182%
  • poseydonun • 18.1818%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Poseydonun tridenti
Poseydonun tridenti və ya Poseydonun üç başlı nizə, Yunan mifologiyasındakı Poseidon və Roma mifologiyasında Neptunun istifadə etdiyi üç başlı nizə. Hind mifologiyasında Trişula adlanan Şiva tanrısının üç uclu nizəsi ilə də oxşardır (Sanskritcə: “üçlü nizə”). Yunan mifologiyasına görə, Poseidonun su qaynaqları və atlar yaratmaq üçün istifadə etdiyi nizədir. Poseidon dənizlərin tanrısı kimi qəzəbləndikdə, üç başlı nizəsi - Tridenti ilə yerə vurur, dənizləri silkələyir, zəlzələlər, sunamilər, dəniz fırtınaları yaradır, eləcə də yeni adalar meydana gətirirdi. Mifologiyaya görə, bu silah ona Pont və Gaianın və ya Tartar və Nemezidanın uşaqları olan Telchines adlanan Rodos yerlisi olan dəmirçi dəniz canlıları tərəfindən verilmişdir.
Abant (Poseydonun oğlu)
Abant ( q.yun. Ἄβας) —qədim yunan mifologiyasındakı personaj. Abantların eponimi. Poseydon və Aetusanın oğlu. Qanifin atası, Kanfın babası. Xalkodonun atası. Nəvəsi Elefenor tərəfindən təsadüfən öldürülmüşdür.
Ankey (Poseydonun oğlu)
Ankey (q.yun. Ἀγκαῖος) — qədim yunan mifologiyasında personaj Samos padşahı. Şair Asinin fikrinə görə, Poseydon və Astipaleyanın oğludur, leleqlər padşahı olmuşdur. Bir versiyaya görə arqonavt, bir versiyaya görə, sükançı idi. O, əlində tutduğu fincandan şərab içəcəyini iddia edərək falçıya istehza etmiş, lakin şərabı içmədən Kalidon ovuna getmiş və orada qaban tərəfindən öldürülmüşdür. Onun törəməsi Pifaqorun anası Pifayda idi.
Neley (Poseydonun oğlu)
Neley (q.yun. Νηλεύς, «mərhəmətsiz») — yunan mifologiyasında personaj, Poseydon və Tironun oğlu, Pelinin əkiz qardaşı, Messeniyada Pilosun qurucusu və padşahı, Nestor haqqında Homer şeirlərinin qəhrəmanı. Neleyin anası Tiro özünün qurduğu Elidadakı Salmoniya şəhərinin kralı Eol nəslindən olan Salmoneyin qızı idi. Ata tərəfdən o, Yelena və Prometeydən (müvafiq olaraq üçüncü və beşinci nəsillərdə), ana tərəfdən isə Arkadiya padşahlarının nəslindən idi. Salmoneyin ölümündən sonra Tiro Fessaliyadakı İolk şəhərinin kralı olan əmisi Krefey tərəfindən böyüdülmüşdür.

Oxşar sözlər

#poseydonun nədir? #poseydonun sözünün mənası #poseydonun nə deməkdir? #poseydonun sözünün izahı #poseydonun sözünün yazılışı #poseydonun necə yazılır? #poseydonun sözünün düzgün yazılışı #poseydonun leksik mənası #poseydonun sözünün sinonimi #poseydonun sözünün yaxın mənalı sözlər #poseydonun sözünün əks mənası #poseydonun sözünün etimologiyası #poseydonun sözünün orfoqrafiyası #poseydonun rusca #poseydonun inglisça #poseydonun fransızca #poseydonun sözünün istifadəsi #sözlük