postmodernizm sözü azərbaycan dilində

postmodernizm

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • postmodernizm • 69.0722%
  • Postmodernizm • 30.9278%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Postmodernizm
Postmodernizm — XX yüzilliyin ikinci yarısında fəlsəfədə, incəsənətdə, ədəbiyyatda bütün formaları, qaydaları, ehkamları inkar edən, onları sintetik və qarışıq şəkildə təqdim edən cərəyandır. Müasir dünyada informasiya texnologiyaların inkişafı nəticəsində daha da inkişaf etmişdir və dünyanın aparıcı cərəyanına çevirilmişdir. Bir vaxtlar modernizm klassik, akademik dəyərləri inkar edib yeni bədii formalar yaratdığı kimi postmodernizm (almanca "moderndən sonra gələn") də modernizmi inkar edərək ədəbiyyatda xaos, elementlər müxtəlifliyi yaradır. Postmodernist amerika yazıçısı Con Bartın fikrincə, postmodernizm – keçmişin mədəniyyətindən şirə çəkən bədii təcrübədir. Postmodernizm nəzəriyyəsi məşhur filosof J.Liotarın, Jak Derridanın və digərlərinin fəlsəfi konsepsiyası əsasında yaranıb. Onun fəlsəfəsinə görə "dünya-mətndir", "mətn-reallığın yeganə mümkün modelidir". Postmodernizmin əsasında duran ideya mənbələrindən bri olan Poststrukturalizmin nəzəri əsaslarının hazırlanmasına filosof-kulturoloq Mişel Fukonun və başqalarının böyük rolu olmuşdur. C.Bart, T.Pinçon, C.P.Danlivi, D.Bartel ("Qara yumor məktəbi"nin nümayəndələri), D.Delillo, J.Dölöz, F.Qatari, U.Eko, U.Gibson,C.Barns, İ.Kalvino və b. postmodernizmin görkəmli nümayəndələri hesab olunurlar. XX yüzilliyin 2-ci yarısından başlayaraq öndər ölkələrdə modernizm böhran keçirmiş, postmodernizmə keçmişdir.
Postmodernizmin tənqidi
Postmodernizmin tənqidi bəhsi keçən fəlsəfənin əks yanaşmasıdır. Postmodernizm tənqidçiləri əsasən onun mənasız olduğu, obskurtanizmi təbliğ etdiyi və nisbilikdən istifadə etdiyi fikirlərini irəli sürürlər. Ümumilikdə, bu fəlsəfənin tənqidi postmodernlə əlaqəli müxtəlif hərəkatlara hərtərəfli hücum kimi başa düşülməməlidir. Mövzuya dair çıxışlar çox vaxt postmodern fəlsəfə, arxitektura və ədəbiyyat kimi fərqli ola biləcək xüsusi sahələrə istinad edir. Bu, həmçinin postmodernizmi post-strukturizm, mədəni relyativizm və "nəzəriyyə" kimi müəyyən tendensiyalarla məhdudlaşdıra bilər. Məsələn, bir filosof postmodern kinematoqrafiya haqda müsbət fikirdə olduğu halda Fransız postmodern düşüncəsini tənqid edə bilər. Bu sahədə məşhur tənqidçilərdən sayılan Eşbi ən yaradıcı postmodern əsərlərini geniş layihələrin bütün inventarlarına hücum etmədən tənqid edir. Filosof Noam Çomski postmodernizmin mənasız olduğunu iddia edir və düşünür ki, o analitik və ya ampirik məlumatlara heç bir şey əlavə etməz. Həqiqətən, onların nəzəriyyələrinin prinsipləri nədir? Hansı sübutlar əsasında qurulur?

Oxşar sözlər

#postmodernizm nədir? #postmodernizm sözünün mənası #postmodernizm nə deməkdir? #postmodernizm sözünün izahı #postmodernizm sözünün yazılışı #postmodernizm necə yazılır? #postmodernizm sözünün düzgün yazılışı #postmodernizm leksik mənası #postmodernizm sözünün sinonimi #postmodernizm sözünün yaxın mənalı sözlər #postmodernizm sözünün əks mənası #postmodernizm sözünün etimologiyası #postmodernizm sözünün orfoqrafiyası #postmodernizm rusca #postmodernizm inglisça #postmodernizm fransızca #postmodernizm sözünün istifadəsi #sözlük