Dayanıqlığın pozulmasının ləğvi avtomatikası
Enerji sistemində dayanıqlığın pozulmasının ləğvi avtomatikası (DPLA) qəza zamanı dinamik dayanıqlığın pozulmasının qarşısının alınması və baxılan rayonun (şəbəkə) verilmiş hissəsi üçün statik dayanıqlığın qəzadan sonrakı şərtlərini təmin etmək məqsədilə nəzərdə tutulmuş ƏQA qurğularının cəmidir.
DPLA əks-qəza avtomatikası sisteminin enerjisistemin dayanıqlığını təmin edən birinci hissəsidir. Dayanıqlığın pozulması halında ARAL-ın yarımsistemi yenidən sinxronlaşdırma və ya elektrik şəbəkəsini ayırmaqla asinxron rejimin qarşısının alınmasını təmin edir.
DPLA sistemi mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş sistemlərə bölünür. Əksər hallarda DPLA mərkəzləşdirilməmiş təsir edən qurğuların köməyi ilə yerinə yetirilir. Lakin, ƏQA-nın inkişafı ilə mərkəzləşmiş komplekslər yaradılır və inkişaf etdirilir.
== Avtomatikanın növləri ==
DPLA yarımsistemi aşağıdakı avtomatika növlərini əhatə edir:
XAYA, DXAYA — bir və ya iki elektrik veriliş xəttinin açılması zamanı yükaçma avtomatikası
SİYA — EVX-nin statik ifrat yüklənməsi zamanı yükaçma avtomatikası
DİYA — EVX-nin dinamik ifrat yüklənməsi zamanı yükaçma avtomatikası
QQYA — yaxın və ya uzaq qısaqapanma zamanı yükaçma avtomatiaksı
GAYA — generatorların açılması zamanı yükaçma avtomatikası
TAD — təsirlərin avtomatik dozalaşdırılması
== İdarəedici təsirlər ==
DPLA-nın yarımsistemi tdemək olar ki, ƏQA-nın bütün mümkün idarəetmə təsirlərini yerinə yetirir:
GA — generatorların açılması
TQY, TUY — turbinin qısamüddətli (impuls) və uzunmüddətli yüksüzləşdirilməsi
YA — yüklərin açılması
TQ — hidroeneratorların tezliyə görə işə salınması və onların sinxron kompensator rejimindən aktiv rejimə keçirilməsi
GY — hidro və turbogeneratorların yüklənməsi
ET — aktiv müqavimətlərin qoşulması ilə aqreqatların elektriki tormozlanması
Effektivliyin az olması səbəbindən dayanıqlığın sərhədlərini yüksəltmək üçün əlavə aşağıdakı idarəedici təsirlər var:
RA — şuntlayıcı reaktorlarının açılması
KF — uzununa və eninə kompensasiya qurğularının forsirovkası
TF — təsirlənmənin forsirovkası
GQD — gərginliyə görə TAT-ın qoyuluş qiymətlərinin dəyişdirilməsi dəyişdirilməsi
== Ədəbiyyat ==
Окин А. А. Противоаварийная автоматика энергосистем. — М.: Издательство МЭИ, 1995. — 212 с.
Глускин И.З., Иофьев Б.И. Противоаварийная автоматика в энергосистемах.