pozuntu sözü azərbaycan dilində

pozuntu

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • pozuntu • 97.1537%
  • Pozuntu • 2.8463%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bipolyar pozuntu
Bipolyar pozuntu — (bipolyar — bi — latınca iki, polyar-qütblü deməkdir.) Emosiyaların iki əks qütblü dəyişiklikləri ilə səciyyələnən xəstəlikdir. Ümumiyyətlə, əhvali-ruhiyyənin dəyişməsi sağlam insan üçün də təbii hesab olunur. Bipolyar pozuntudan əziyyət çəkən insanlarda emosional dəyişikliklər özünü çox güclü şəkildə büruzə verir və maniakal, yaxud depressiv vəziyyətlərə çatır (əvvəllər bu xəstəliyi "maniakal-depressiv pozuntu" adlandırırdılar). Bir qayda olaraq, bipolyar pozuntu zamanı insan emosiyalarının "kənar qütblərində" uzun müddət (həftlələrlə və ya aylarla) qalır. Bipolyar pozuntu insanın əhval-ruhiyyəsinə, enerji səviyyəsinə və gündəlik funksiyalarına təsir edən ciddi bir psixi pozuntu vəziyyətidir. Bu pozuntu maniya (yüksək əhval-ruhiyyə və enerjinin çox olduğu dövrlər) və depressiya (aşağı əhval-ruhiyyə və enerjinin az olduğu dövrlər) epizodları ilə xarakterizə olunur. Bipolyar pozuntunun iki əsas növü vardır: Bipolyar I və Bipolyar II. Bipolyar I pozuntusunda maniya epizodları daha şiddətli və uzunmüddətli olur. Bipolyar II pozuntusunda isə daha yüngül maniya epizodları (hipomaniya) və daha ciddi depressiya epizodları baş verir. Bu pozuntu müalicə edilə bilər və müalicə ilə insanların əhval-ruhiyyə dəyişikliklərini idarə etmələrinə və daha normal bir həyat sürmələrinə kömək edilə bilər. Statistik məlumatlara əsasən, bipolyar pozuntu ilə xəstələnmək riski 1–1,5% təşkil edir.
Psixi pozuntu
Psixi pozuntu (mental pozuntu, ruhi xəstəlik) — geniş mənada normal, sağlamdan fərqli bir psixi vəziyyət. Hüquq, psixiatriya və psixologiya kimi sahələrdə bu terminin daha özəl mənası var. Psixi pozğunluğun əksi psixi sağlamlıqdır. Həyat şəraitinə uyğunlaşa bilən, həyat problemlərini həll edə bilən insanlar adətən psixi cəhətdən sağlam qiymətləndirilir. Əgər bu qabiliyyətlər məhduddursa və insan şəxsi, ailə həyatında və ya işdə gündəlik işlərinin öhdəsindən gələ bilmirsə, şəxsi məqsədlərinə nail ola bilmirsə, onda bu və ya digər dərəcədə psixi pozğunluqdan danışmaq olar. Psixi pozğunluq hisslər, düşüncələr, davranışlar sahəsində dəyişikliklərə və pozğunluqlara səbəb olur və bununla yanaşı, bəzi ifadələrə görə, demək olar ki, həmişə bədənin somatik funksiyalarında dəyişikliklər olur. Uğurlu psixoloji və dərman müalicəsinin yaradılması tibb və psixologiyanın əməkdaşlığı və psixi pozğunluqları müxtəlif perspektivlərdən nəzərdən keçirməklə mümkündür. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər dördüncü-beşinci insan psixi və ya davranış pozğunluğuna malikdir. Bir çox psixi pozğunluqların səbəbləri tam başa düşülmür. Bir sıra əlamətlər var ki, onlar görünəndə mütəxəssislər peşəkarlardan kömək istəməyi tövsiyə edirlər.
Psixoloji pozuntu
Psixi pozuntu (mental pozuntu, ruhi xəstəlik) — geniş mənada normal, sağlamdan fərqli bir psixi vəziyyət. Hüquq, psixiatriya və psixologiya kimi sahələrdə bu terminin daha özəl mənası var. Psixi pozğunluğun əksi psixi sağlamlıqdır. Həyat şəraitinə uyğunlaşa bilən, həyat problemlərini həll edə bilən insanlar adətən psixi cəhətdən sağlam qiymətləndirilir. Əgər bu qabiliyyətlər məhduddursa və insan şəxsi, ailə həyatında və ya işdə gündəlik işlərinin öhdəsindən gələ bilmirsə, şəxsi məqsədlərinə nail ola bilmirsə, onda bu və ya digər dərəcədə psixi pozğunluqdan danışmaq olar. Psixi pozğunluq hisslər, düşüncələr, davranışlar sahəsində dəyişikliklərə və pozğunluqlara səbəb olur və bununla yanaşı, bəzi ifadələrə görə, demək olar ki, həmişə bədənin somatik funksiyalarında dəyişikliklər olur. Uğurlu psixoloji və dərman müalicəsinin yaradılması tibb və psixologiyanın əməkdaşlığı və psixi pozğunluqları müxtəlif perspektivlərdən nəzərdən keçirməklə mümkündür. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər dördüncü-beşinci insan psixi və ya davranış pozğunluğuna malikdir. Bir çox psixi pozğunluqların səbəbləri tam başa düşülmür. Bir sıra əlamətlər var ki, onlar görünəndə mütəxəssislər peşəkarlardan kömək istəməyi tövsiyə edirlər.
Obsessiv-kompulsiv pozuntu
Obsessiv-kompulsiv pozuntu və ya qısaca OKP , həmçinin sarışan hallar nevrozu — narahatıq yaradan sarışan fikirlərin (obsessiyalar) meydana çıxması və həmin fikirlərin öz növbəsində müəyyən sarışan hərəkətləri (kompulsiyalar) təkrarlamağa vadar etməsi ilə xarakterizə olunur. OKP yetişkin insanlarda görünən ən yayılmış psixiki pozuntudur. Nevrozun bu növündə sarışan fikirlər psixoloji diskomfort varadır, ondan xilas olmaq üçün insan müəyyən sarışan hərəkətlər edir və bu daxili gərginliyin müvvəqəti azalmasına gətirir. Lakin vəziyyətin bu cür yüngülləşməsi çox davam etmir və sarışan fikirlər yenidən qayıdır. Beləliklə hisslərin və hərəkətlərin "qüsurlu dövranı" yenidən işə düşür. Bu nevrozun müalicəsində iki əsas üsuldan istifadə edilir: dərman müalicəsi və psixoterapiya.
Autizm spektr pozuntulu uşaqlar üçün Bərpa Mərkəzi
Diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu
Diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu (abbr. DÇHP, ing. attention deficit hyperactivity disorder, abbr. ADHD) — neyroinkişaf pozuntusu. == Simptomları == Diqqətsizlik, hiperaktivlik (yetkinlərdə isə istirahətsizlik), pozucu davranış və impulsivlik DÇHP-nın əsas simptomlarıdır. Uşaq böyüyəndə, bariz hiperaktvlik yox olan birinci simptomlardan ola bilər. Halbuki o, həmçinin daha az aşkar formalara da keçə bilər. Məsələn, DÇHP ilə yeniyetmələr qurdalana, ayaqnan taqqıltı edə bilər. Həmçinin, DÇHP ilə yeniyetmələr istirahətsiz, uzun zaman ərzində bir yerdə otura bacarmayan və sakit yox, enerjili fəaliyyətinə üstülük verən ola bilər. Hiperaktivlikdən başqa olan simptomlar daha uzun ömürlü ola bilər.
Duyğu və qavramanın pozuntuları
== Duyğu == Duyğu - cisim və hadisələrin duyğu orqanlarına təsiri nəticəsində əmələ gələn və ya cism və hadisələrin ayrı-ayrı xassələrinin inikasından ibarət olan ən sadə psixi proses. Xarici aləm haqqında bütün məlumatları insan duyğu orqanları vasitəsi ilə əldə edir. Duyğu orqanlarına analizatorlar da deyilir. Bu analizatorlara görmə, eşitmə, qoxu, dad və orqanizmin daxilində və xaricində yerləşən ümumi hissiyat reseptorları aiddir. Duyğu vasitəsi ilə insan soyuğu, istini, işığı, qaranlığı, acını, şirini, ağrını və s. hiss edir. Duyğu bizi əhatə edən varlığın, ümumiyyətlə, bütün biliklərimizin başlanğıcı, ilkin mərhələsidir. === Duyğunun pozulması === Duyğu prosesinin pozulması nəticəsində senestopatiyalar baş verir. Senestopatiyalar - göynəmə, dartılma, təzyiq, qıdıqlama, sancma, soyuqluq və digər xoşa gəlməz hisslərin əzabverici və davamlı olması ilə özünü göstərir və bədənin müxtəlif yerlərində rast gəlinə bilər. Senestopatiyalar zamanı əksər psixi pozuntular kimi orqanizmdə heç bir patomorfoloji dəyişiklik baş vermir.
Müəlliflik hüququ pozuntusu
Müəllif hüquqlarının pozulması müəllif hüququ təsdiqlənmiş hər hansı bir mülkiyyətdən hüquq sahibinin icazəsi olmadan müəllif hüququ təsdiqlənmiş mülkiyyətin və ya işin təkrar istehsal, dəyişiklik edilmə kimi xüsusi haqlarını pozmaqla istifadəsini nəzərdə tutur. Elektronik və audio-visual məhsulların icazəsiz təkrar istehsalı və yayılmasının ümumi adı piratlıq olaraq qəbul olunmuşdur(bu ifadənin tarixi ilk dəfə Daniel Defoenin 1703-cü ildə True-born Englishman əsərində "Bu Piratlar tərəfindən təkrarən çap olunurdu"cümləsini işlətməsilə başlanmışdır). Bu mənada qayda pozuntularınının "piratlıq"olaraq adlandırılması müəllif hüququnun yaranmasından bir qədər daha əvvəl baş vermişdir. Belə ki,1709-cu ildə yaranan və müəllif hüququyla bağlı ilk sayılan "Statue of Anne" fərmanına qədər 1557-ci ildə Stationer’s Company of London şirkətinin Kral Lisenziyası alması nəşriyyat sahəsində bu şirkətə inhisar imkani yaratmışdı. 1603-cü ildə bu lisenziyadan kənardakı bütün fəaliyyətlər piratlıq olaraq tanınırdı. Bu anlayışın istifadəsinin hüquqi bazasının yaranma tarixi elə həmin dövrlərə dayanır və günümüzə qədər daimi olaraq istifadə olunmaqdadır. Bir çox tənqidçilər bu tərz fəaliyyətlərin "piratlıq"adlandırılmasının aşağılayıcı oldugunu və haqsız olaraq onun bir çox daha ağır və pis əməllərlə bir tutulmasına qarşı olsalar da məhkəmələrdə müəllif hüquqlarının pozulması və "piratlıq"bir birini əvəz edə biləcək terminlər kimi işlədilir. Əqli mülkiyyət hüquqlarının qorunması tək Azərbaycan üçün deyil, bütün dünya ölkələri üçün prioritet istiqamətlərdən biridir. Hazırda piratlıq bütün dünya üzrə silah alveri və narkomaniyadan sonra üçüncü yerdə durur. Piratlıqdan gələn gəlir beynəlxalq illik ticarətin 200 milyard ABŞ dollarını təşkil edir.
Paranoid şəxsiyyət pozuntusu
Paranoid şəxsiyyət pozuntusu — kənar şəxslərin nəzərində, adətən, qapalı, qeyri–səmimi həmişə özündən razı şəxs kimi tanınırlar. Eqoistlik və başqalarının fikri ilə razılaşmamaq meyli də bu xüsusiyyətə aiddir. Onların görüş dairəsi şəxsi keyfiyyətləri çərçivəsindən kənara çıxmır. Şəxsi həyatları mənəvi cəhətdən kasad olur, insanlarla yaxınlığa meyil etmirlər. Tənha yaşamağa çalışırlar. Başqalarının fikirlərini daim inkar edirlər, tənqidləri qəbul etmirlər. Onlar üçün tək həqiqət şəxsi fikirlərinin doğruluğudur. Fikirlərini qəbul etməyən şəxslərə düşmən gözü ilə baxırlar. Qannuşkin (1875–1933) fanatiklər olaraq qəbul etdiyi bir sinfi də paranoidlərə aid edir. Bu sinif öz maddi maraqları uğrunda deyil, qarşıya qoyduğu məqsəd uğrunda mübarizə aparırlar.
Posttravmatik stress pozuntusu
Posttravmatik stress pozuntusu (PTSP) — bir və ya bir neçə son dərəcə təhlükəli və ya fəlakət xarakterli stress hadisəsi və ya vəziyyəti nəticəsində inkişaf edir. PTSP boşanma, iş yerinin itirilməsi və ya imtahandan kəsilmə kimi ümumi disstress situasiyalar nəticəsində, adətən, inkişaf etmir. PTSP- istənilən yaş qrupuna daxil olan şəxsdə rast gəlinə bilər. Tədqiqatlara əsasən əhalinin 39-90%-i ömründə ən az bir dəfə travmatik hadisə yaşayır. Zərərçəkənlər arasında aparılan tədqiqatlarda ən geniş yayılmış psixotravmatik faktorlara ağır somatik travmalar (9,4%), fiziki təzyiq (8,3%), başqasının ağır yaralanması və ya ölümünə şahid olma (7,1%), yaxınlarının qəfləti ölümü və ya ağır xəstələnməsi xəbəri (5,7%), seksual zorakılıq (2%) aiddir. Kesslerə görə travmatik hadisədən sonra PTSP-nin yaranma ehtimalı kişilərdə 8,1%, qadınlarda 20,4%-dir. Nisbətən gənc şəhər populyasiyasında bu göstərici daha yüksəkdir; kişilər üçün 13%, qadınlar üçün 30,2%. Çoxsaylı araşdırmalardan aşağıdakı ümumi nəticələr meydana çıxmışdır. yetkin (orta yaşlı) kişilər qadınlara nisbətdə daha az travmatik hadisə ilə üzləşirlər cinslərarası müxtəlif travmatik hadisələrin müqayisəli analizi göstərir ki, kişilər daha çox fiziki təzyiq və yol-nəqliyyat qəzası, qadınlar isə seksual zorakılıqla üzləşirlər Tarix boyu PTSP daim mübahisələr mövzusu olmuşdur. Bir çoxları üzvi səbəbdən şübhələnirdilər.
Sükut pozuntusu (film, 2014)
"Sükut pozuntusu" — rejissor Qüdrət Həmidovun 2014-cü ildə "Nərimanfilm" kinostudiyasında ekranlaşdırdığı film. Yaşlı qadın (Nuriyyə Əhmədova) oğlunun ölümündən sonra sükut içinə qapanır və cəmiyyətdən özünü ayırır. Sükut onun ən yaxın dostuna çevrilir. Onun həyatında hər şey elə səssiz olur ki, anidən gələn bir telefon zəngi onun sükutunu pozur. Bir neçə zəngdən sonra o, aydınlaşdırır ki, onun telefon nömrəsi səhvən bir qəzet elanında yazılıb. Telefon bir dəqiqə susmur, hamı qəzetdəki elana görə zəng edir. Yaşlı qadın bir tərəfdən gələn zənglərə sevinir başqa bir tərəfdən isə sükuta xəyanət etmək istəmir. Ona görə də o, hər gələn telefon zənginə cavab verir və özü-özü ilə mübarizə aparır. Lakin sükut xəyanəti sevmir, ya sükutun dostu ol ya da o sənin düşmənin olacaq. Filmdə Akif İslamzadənin ifasında "Ötən günlər" mahnısından istifadə edilmişdir.
Təşviş (Həyəcan) Pozuntuları
Şizoid şəxsiyyət pozuntusu
Şizoid şəxsiyyət pozuntusu — belə şəxslərin cəmiyyətdə özünü aparması, geyimləri, mimikası, jestləri və.s özünəməxsus olur. Çox danışmağı sevmirlər, mimika və jestlərlə cavab verirlər. Uşaq yaşlarından həmyaşıdları ilə əlaqədə olmurlar. Ona görə də yaş artdıqdan sonra yaxın saya biləcəkləri insanlar olmur.
Şəxsiyyət pozuntuları
Şəxsiyyət pozuntuları — uzunmüdətli, güclü və müqavimətli düşüncə və davranış qəliblərilə xarakterizə olunmuş pozuntular sinfidir. Şəxsiyyət pozuntularının aşkarlanması və təsnif edilməsi çoxpilləli və çətin prosesdir. Pozuntuların mənbəyi filogenetik inkişaf prosesi tərkibində — genetik və ya ontogenetik inkişaf çərçivəsində formalaşa bilir. Bəzi hallarda isə həm irsi, həm də ontogenetik mənbəyə sahib ola bilər. Şəxsiyyət pozuntularının aşkara çıxarılmasında fərdin tərkibində formalaşdığı mədəni və sosial mühit ən əsas faktordur. Bir vəziyyətə şəxsiyyət pozuntusu kimi diaqnoz qoyulması üçün insanın şəxsi və sosial həyatında çox ciddi surətdə bir problemə yol açan deviant davranış silsiləsi mövcud olmalıdır. Şəxsiyyət pozuntuları fərdin aid olduğu mədəni normaların xaricində olan davranış tərzi və daxili təcrübələrdir. Bu cür davranış tərzləri elastiklikdən uzaq və qarşıqoyulmazolur. Yeniyetməlikdə və ya gənclik dövründə üzə çıxır və fərdin həyatında ciddi problem və zədəyə yol açır. Tədqiqatçılar hələ də şəxsiyyət pozuntularının səbəbləri barədə dəqiq məlumata malik deyil.
Somatizasiya pozuntusu
Somatizasiya pozuntusu — somatik simptomlarla bağlı təkrarlanan, çoxsaylı və cari, klinik cəhətdən əhəmiyyətli şikayətlərlə xarakterizə edilən psixi və davranış pozuntusu. Xəstəliklərin Beynəlxalq Statistik Təsnifatının ən son versiyası olan BST-10 hələ də somatizasiya sindromunu ehtiva edir. DSM-5-də bu pozuntunun adı somatik simptom pozuntusu (SSP) olaraq dəyişdirilib və əsasən somatik şikayətləri olan SSP (əvvəllər somatizasiya pozuntusu adlanırdı) və ağrı xüsusiyyətləri olan SSP (əvvəllər ağrı pozuntusu kimi tanınır) daxildir. PPDS-ın diaqnostik kriteriyaları bunlardır: 30 yaşından başlayaraq bir neçə il ərzində somatik şikayətlər tarixi. Bu cür simptomlar ümumi tibbi vəziyyət və ya psixoaktiv maddələr istifadəsi ilə tam izah edilə bilməz və ya əlaqəli tibbi vəziyyət olduqda, somatik simptomlar nəticəsində yaranan pozuntular ümumiyyətlə gözləniləndən daha ağırdır. Şikayətlər yalançı və ya saxta pozuntuluqda olduğu kimi saxtalaşdırılmır. Simptomların hamısı eyni vaxtda yox, lakin pozuntu zamanı baş verə bilər. Somatizasiya pozuntusunun özü xroniki, lakin dəyişkəndir, nadir hallarda tamamilə həll olunur. Müəyyən edilmiş şikayət sahələrinin hərtərəfli fiziki müayinəsi somatizasiya pozuntusunun diaqnozu üçün çox vacibdir. Tibbi müayinə şəxsin subyektiv şikayətlərinin obyektiv sübutunu təmin edir.
Qidalanma pozuntusu
Qidalanma pozuntusu — insanın fiziki və ya zehni sağlamlığına mənfi təsir göstərən anormal yemək vərdişləri ilə təyin olunan zehni bir xəstəlikdir. Bunlara qısa müddət ərzində çox miqdarda yemək yemə; çəki artması qorxusu səbəbiylə çox az yemə və beləliklə bədən çəkisinin aşağı düşdüyü nevrotik anoreksiya; bulimia nervoza — çox yemək yemə və sonra yediklərini qaytarmağa çalışmaq; pika — qeyri-ərzaq məhsulları yemə; qidaya marağının olmaması halında ehtiyatlı / məhdudlaşdırıcı qida qəbulu pozğunluğu (ARFID — avoidant/restrcitive food intake disorder); və digər bir qrup qidalanma / yemək pozuqluqları nümunələri çəkmək olar. Qidalanma nizamsızlığı olan insanlar arasında anksiyete pozuqluğu, depressiya və narkotik vasitələrdən asılılıq yayğındır. Obezlik qidalanma nizamsızlığı deyildir. Qidalanma nizamsızlığının səbəbləri tam bəlli olmur. Həm bioloji, həm də ətraf mühit amilləri yemə pozuqluğunda iştirak edə bilər. İncəliyin/arıq olmağın bir çox cəmiyyətdə idealizasiyasının bəzi yemək pozğunluqlarına töhfə verdiyinə inanılır. Qidalanma nizamsızlığı rəqslə məşğul olan insanların təxminən 12 faizinə təsir göstərir. Cinsi istismara məruz qalan insanlarda da çox meydana çıxır. Pika və ruminasiya pozuqluğu kimi bəzi problemlər əqli qüsurlu insanlarda daha tez-tez baş verir.
Narsistik şəxsiyyət pozuntusu
Narsistik şəxsiyyət pozuntusu — bir insanın digər insanlardan özünəməxsusluğuna, xüsusi statusuna, üstünlüyünə, böyüklüyünə inamı ilə səciyyələnən şəxsiyyət pozğuntusu; istedad və nailiyyətlər haqqında şişirdilmiş fikir; öz uğurları haqqında fantaziyalarla məşğul olmaq; başqalarından qeyd-şərtsiz yaxşı münasibət və şübhəsiz itaət gözləmə; öz unikallığını və əhəmiyyətini təsdiqləmək üçün başqalarının ona heyranlığını axtarmaq; empatiya göstərə bilməmək; başqalarının onlara həsəd apardığı aqqında fikirlər. Narsistik insanlar daima başqalarının onlar haqqında fikirlərini idarə etməyə çalışırlar. Onlar özlərini əlaqələndirdiklərini ideallaşdırarkən, dünyada demək olar ki, ətraflarında olan hər şeyi dəyərsizləşdirməyə meyllidirlər. Bu xəstəliyin adı bir çayın sularında əks olunduğuna heyran olmağı seçən və nimfa Exonun sevgisini rədd edən gözəl və gənc Narsiss haqqında olan qədim yunan mifindən irəli gəlir. Bunun cəzası olaraq o, öz əksini sevməyə məhkum olmuş və sonda onun adını daşıyan çiçəyə çevrilmişdir.
Sərhəd şəxsiyyət pozuntusu
Sərhəd şəxsiyyət pozuntusu və ya Sərhəd xətti şəxsiyyət pozuntusu (emosional qeyri-sabit şəxsiyyət pozğunluğu, sərhəd tipi, qıs. SŞP) — impulsivlik, aşağı özünə nəzarət, emosional qeyri-sabitlik, yüksək narahatlıq və ciddi sosiallaşma səviyyəsi ilə xarakterizə olunan şəxsiyyət pozğunluğu. DSM-5 və ICD-10-a daxildir (sonuncuda emosional qeyri-sabit şəxsiyyət pozğunluğunun alt növü hesab olunur). Çox vaxt təhlükəli davranış və özünə zərər vermə ilə müşayiət olunur. Belə insanlar həm də boşluq hissi və ehtiyac duyulmamaq qorxusu ilə mübarizə apara bilər. Pozuntunun simptomları zahirən adi həyat hadisələrinə cavab olaraq görünə bilər. Ağrılı davranış adətən yeniyetməlik dövründə başlayır və müxtəlif vəziyyətlərdə baş verir. Maddələrdən sui-istifadə, depressiya və yemək pozğunluqları çox vaxt bu pozğunluqla əlaqələndirilir. SŞP olan insanların təxminən 10% -i intihar nəticəsində ölür. SŞP-nin səbəbləri tam aydın deyil, lakin genetik faktorların əhəmiyyətli bir töhfə verdiyi məlumdur.
Təşviş həyəcan pozuntusu
Təşviş pozuntuları — təşviş və qorxu hissləri ilə müşayiət olunan müxtəlif növ nevrozlar adlanır. Bu əsəb pozuntularına ümumi təşviş pozuntusu, sosial fobiya, aqorafobiya, spesifik fobiyalar, vahimə (panik) pozuntusu və digər psixi pozuntular aiddir. Təşviş və qorxu hissləri ilə müşayiət olunan müxtəlif növ nevrozlar təşviş pozuntuları adlanır. Bu əsəb pozuntularına ümumi təşviş pozuntusu, sosial (ictimai) fobiya, aqorafobiya, spesifik fobiyalar, vahimə (panik) pozuntusu, obsessiv-kompulsiv pozuntu (sarışan hallar nevrozu), posttravmatik stress pozuntusu aiddir. Müxtəlif təşviş pozuntularından əhalinin 15–18%-i əziyyət çəkir. Əsəb xəstəlikləri arasında, yayılmasına görə, təşviş pozuntuları yalnız depressiyadan geri qalır. Qorxu və təşviş insanın təbii emosional reaksiyalarıdır. İnsanın həyatına təhlükə yarandıqda bu hisslər hər bir fərddə meydana çıxır və onun fəaliyyətini təhlükədən qurtarmağa yönəldir. Lakin hər hansı situasiyaya qarşı həddən artıq güclü qorxu və təşviş yaranarsa, yaxud bu hisslər əsassız meydana çıxarsa, belə vəziyyət təşviş pozuntuları adını almış əsəb xəstəliklərinin əlaməti kimi qiymətləndirilir. Bu bölmədə müxtəlif təşviş pozuntularının qısa təsviri verilmişdir.

"pozuntu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#pozuntu nədir? #pozuntu sözünün mənası #pozuntu nə deməkdir? #pozuntu sözünün izahı #pozuntu sözünün yazılışı #pozuntu necə yazılır? #pozuntu sözünün düzgün yazılışı #pozuntu leksik mənası #pozuntu sözünün sinonimi #pozuntu sözünün yaxın mənalı sözlər #pozuntu sözünün əks mənası #pozuntu sözünün etimologiyası #pozuntu sözünün orfoqrafiyası #pozuntu rusca #pozuntu inglisça #pozuntu fransızca #pozuntu sözünün istifadəsi #sözlük