praqmatizm sözü azərbaycan dilində

praqmatizm

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • praqmatizm • 92.6606%
  • Praqmatizm • 7.3394%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Praqmatizm
Praqmatizm – həqiqətin meyarı kimi praktikaya əsaslanan fəlsəfi cərəyan. XIX əsrdə amerikalı filosof Çarlz Sanders tərəfindən əsası qoyulmuşdur. Praqmatizm XIX əsrin 70-ci illərində Kembricdə (ştat Massaçusets) toplaşan və Pirs tərəfindən "Metafizik klub" adlandırılan kiçik bir elmi işçilər qrupunun fəaliyyəti nəticəsində meydana gəlmişdir. Pirsin yuxarıda adlarını göstərdiyimiz məqalələri işıq üzü görəndə diqqətdən kənar qaldılar. Praqmatizm təliminin əsasları ABŞ filosofu Çarlz Pirs (1839-1914) tərəfindən qoyulmuşdur. O, bu cərəyanın proqramını formulə edib onun adını təklif etmişdir. Pirsə görə, praqmatizm real həyatla bağlı olan alim, tədqiqatçı üçün səciyyəvi olan "laboratoriya ruhu"nun ifadəsinə xidmət göstərməlidir. Onun başlıca məqalələrinin ("Əqidənin möhkəmləndirilməsi" və "Əqidələrimizi necə aydın edək") əsas mövzusu bilik, əqidə və hərəkətlərin bir-birinə qarşılıqlı münasibətləridir. Praqmatizm yarandığı andan özündən əvvəlki fəlsəfənin bir sıra başlıca ideyalarından imtina edib fəlsəfi təfəkkürün tamamilə yeni tipini təklif etmişdi. Fəlsəfi təfəkkürün bu yeni tipi insanın hərəkətlərinə yeni tərzdə yanaşır.

praqmatizm sözünün leksik mənası və izahı

  • 1 [yun. pragma – iş, praktika] 1. Müasir fəlsəfədə geniş yayılmış subyektiv idealist cərəyan (uzun müddət ABŞ-ın mənəvi həyatında hökmran olmuş, yalnız müharibədən sonra öz mövqelərini neopozitivizmə və dini konsepsiyalara vermişdir). Praqmatizm fəlsəfəsinin mərkəzində biliyin məzmununu onun praktik, əməli nəticələri ilə müəyyən edən “praqmatizm prinsipi” durur. 2. Tarix elmində: inkişafın obyektiv qanunlarını açıb göstərmədən tarixi hadisələrin xarici əlaqə və ardıcıllığını izah etməklə kifayətlənən cərəyan.

    Azərbaycan dilinin izahlı lüğəti / praqmatizm
  • 2 \ – düzgünlüyü və həqiqəti təktərəfli olaraq ancaq doğurduğu hərə-kətlərin nəticələri və uğurları ilə dəyərləndirilən fəlsəfi təlim. müasir fəlsəfədə geniş yayılmış subyektiv idealist cərəyan

    Fəlsəfə terminlərinin izahlı lüğəti / praqmatizm
  • 3 1) subyektiv idealist fəlsəfi təlim; 2) idealist fəlsəfədə reallığın obyektiv qanunlarının dərk edilməsi zərurətini inkar edən və yalnız praktiki faydalı nəticələr verəni həqiqət kimi qəbul edən istiqamət; 3) tarix elmində hadisələri yalnız ardıcıllıqla təsvir etməklə kifayətlənən (onların inkişaf qanunauyğunluqlarını açmadan) istiqamət.

    Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / praqmatizm

praqmatizm sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. прагматизм: 1. течение в современной западной философии, считающее истинным то, что даёт практически полезные результаты 2. в истории – направление, характеризующееся изложением событий в их последовательности без вскрытия объективных законов исторического развития

    Azərbaycanca-rusca lüğət / praqmatizm

Oxşar sözlər

#praqmatizm nədir? #praqmatizm sözünün mənası #praqmatizm nə deməkdir? #praqmatizm sözünün izahı #praqmatizm sözünün yazılışı #praqmatizm necə yazılır? #praqmatizm sözünün düzgün yazılışı #praqmatizm leksik mənası #praqmatizm sözünün sinonimi #praqmatizm sözünün yaxın mənalı sözlər #praqmatizm sözünün əks mənası #praqmatizm sözünün etimologiyası #praqmatizm sözünün orfoqrafiyası #praqmatizm rusca #praqmatizm inglisça #praqmatizm fransızca #praqmatizm sözünün istifadəsi #sözlük