Pretoriya
Pretoriya — Cənubi Afrika Respublikasının paytaxtı, Qautenq vilayətinin inzibati mərkəzidir. Ölkənin şimal-şərqində, Apis çayının sahilində yerləşir. Afrikanın ən müasir şəhərlərindən,CAR-ın üç paytaxtından biridir. Pretoriya - icra hakimiyyəti mərkəzlərinin, Keyptaun - qanunverici hakimiyyətin, Blumfonteyn - məhkəmə hakimiyyətinin yerləşdiyi şəhərlərdir.
Pretoriya Svan şəhər dairəsinə daxildir, ona görə də özü bir çox hallarda Svan, Tsvan, Tşvan adlandırılır. Şəhərin ad məsələsi indi də müzakirə mövzusudur. Şəhər ilk dövrdə "Pretoriya Filadelfiya" («Pretoriya qardaş məhəbbəti») adlanırdı.
Şəhər 1855-ci ildə Martinus Pretorius, bur köçkünlərinin baş komandanı Andris Pretoriusun oğlu tərəfindən salınıb və onun şərəfinə adlandırılıb. 1860-cı ildə Pretoriya bur Transvaal Respublikasının paytaxtı olur. (1899—1902) Ingilis-bur müharibəsindən sonra İngiltərə Transvaalı işğal edir və Pretoriya İngiltərə protektoratının mərkəzi olur.