Qurban Primovun Ev-Muzeyi
Qurban Pirimovun ev-muzeyi — XVIII əsr Qarabağın məşhur aşığı olan Aşıq Valehin nəticəsi, Azərbaycan tarzəni, Azərbaycanın ilk xalq artisti Qurban Primovun ev-muzeyi.
Muzeyin yaradılması ideyası Mədəniyyət Nazirliyi tərəfindən 1991-ci ilin sentyabrında irəli sürmüşdür. 9 nəfərlik ştat ilə təsdiq edilərək ilk direktoru Fəxrəddin Hacıyev təyin edilmişdir.
O dövrdə eksponatların toplanılması mürəkkəb vaxtda həyata keçirilmişdir. Qurban Pirimova aid şəxsi əşyalarının bir qismi Azərbaycan Musiqi Tarixi Muzeyində, bir qismi əhalidə, bir qismi isə saxlanırdı. Yaradılan müvafiq qrup Ağdam Mədəniyyət Şöbəsində tarzənin doğulduğu məscidə yaxın olan Abdal-Gülablıda kəndindəki mənzilinə baxmış, təzə binanın tikinitisinə qərar vermişdir. Həyətində uzunluğu 12 metr və eni 6 metr olmaqla yeni muzey binasının tikintisinə başlanır. Yeni bina Q. Primovun köhnə mənzilindən bir neçə metr aralıda idi. Tez bir zamanda yeni bina tikilərək, nazirliyin bərpaçı rəssamlar qrupuna, — başda Bəhram Əliyev olmaqla muzeydə tərtibat işlərini həyata keçirtmək üçün təhvil verilir. Giriş hissəsində Q. Primovun əlində tar olmaqla xüsusi detallardan şam fiquru hazırlanır.