Prinq adası
Prinq adası (khm. កោះព្រីង) — Cənubi Çin dənizinə daxil olan, Siam körfəzində yerləşən ada. Ada Kamboca sahillərindən 64 km aralıda yerləşir. Adanın adını fransızlar qoymuşlar. Uzaq adalar qrupu adlandırılan adalara daxildir. Rəsmi olaraq burada yaşaış yoxdur. Yerləşməsinə görə neytral sularda yerləşir. Bununla belə adada Kamboca hərbi-dəniz domnanmasına aid baza vardır. Prinq, Damlonq, Muy, Piy və Tut, üstəlik yaxınlıqda yerləşən Tanq adası ilə birlikdə rus iş adamı Sergey Polonski tərəfindən icarəyə götürülmüşdür. O, «Arxipelaq» layihəsini və turizmi inkişaf etdirmək məqsədi ilə bu addımı atmışdır.