Prisk sözü azərbaycan dilində

Prisk

Yazılış

  • Prisk • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Lusi Tarkvini Prisk
Lusi Tarkvini Prisk (lat. Lucius Tarquinius Priscus; e. ə. VII əsr – e.ə. 578, Roma) - Qədim Romanın V çarı. == Haqqında == Ank Marsinin ölümündən sonra Lusi Tarkvini Prisk Roma çarı olmuşdur. O, da latın, sabin və etrusk tayfalarına qarşı vuruşmuşdu. Çox ehtimal ki, Tarkvini Prisk Roma çarları içərisində etrusklar kimi şahlıq əlamətləri gəzdirən ilk padşah olmuşdu. O, atlı dəstələrin sayını artırmışdı. Tarkvini Prisk Roma şəhərini gözəl binalarla bəzəmək planını tərtib etmişdi və Kapitoli məbədinin tikilməsinə başlamışdı.
Qay Helvidi Prisk (konsul)
Qay Helvidi Prisk (lat. Gaius Helvidius Priscus; 55, Roma – 96) — Roma imperiyasının siyasətçisi, 87-ci ildə konsul-suffekt. == Həyatı == Qay Helvidi Prisk 55-ci ildə Romada, eyniadlı zadəganlar ailəsindən idi. O, stoaçı filosof və müxalifətçi Qay Helvidi Priskin oğlu olmuşdur. Yaxşı təhsil alan Prisk gəncliyində senator olmuşdur. O, 87-ci ildə Qay Bellisi Natal Tebanianla birlikdə konsul-suffekt təyin edilmişdir. Prisk sonradan siyasətdən əl çəkərək kənddə yaşamağa başlamışdır. O, hökuməti tənqid edən poetik bir kitabça tərtib etmiş və bu, imperator Domisianı qəzəbləndirmişdir. Helvidi 96-cı ildə həbs edilmiş və burada vəfat etmişdir. == Yaradıcılığı == Qay Helvidi Prisk mövzularını Roma və yunan miflərindən götürdüyü çoxsaylı faciələrin müəllifi olmuşdur.
Con Çarlz Prisku
Con Çarlz Prisku (tam adı: ing. John Charles Priscu; 20 sentyabr 1952, Las-Veqas, Nevada) — Montana Dövlət Universitetinin Torpaq ehtiyatları və ətraf mühit şöbəsinin professoru, Rumıniya-ABŞ alimi. O, Mak-Merdo quru vadilərinin uzunmüddətli ekoloji tədqiqat layihəsi üzrə əsas tədqiqatçı kimi çıxış edib.Con Çarlz Prisku Horizon sənədli filmində Vostok gölünün itirilmiş dünyası bölümündə çəkilib.
Priska
Priska (lat. Prisca; d.-?, ö-315-ci il) — Roma imperatoru Diokletianın həyat yoldaşı. Roma imperatorlarının həyat yoldaşları arasında xristian olduğu dəqiq təsdiqini tapmış ilk xanımdır. == Həyatı == Priskanın həyatı haqqında bizə çox az məlumat gəlib çatmışdır və bu məlumatların əsas mənbəyi Laktansinin “Təqibçilərin ölümləri haqqında” əsəridir. Diokletianın Roma imperatoru olmasına baxmayaraq Priska nə avqusta titulu, nə də digər titullar almamışdı. Onun adı heç vaxt sikkələrin üzərində yazılmamışdı. Ola bilsin ki, Priskanın xristian olması Diokletiana məlum idi və buna görə də, ona heç bir titul verilməmişdi. Diokletian yüksək təbəqələrə mənsub olmadığından və Priska Diokletiana ərə gedərkən onun hələ imperator olmadığını nəzərə alaraq güman etmək olar ki, Priska da yüksək təbəqələrə mənsub olmamışdır. Onların qızı Qaleriya Valeriya 293-cü ildə ərə getdiyindən, güman etmək olar ki Priska Diokletiana 280-ci ildən əvvəl ərə getmişdir. Kiçik Asiyada yerləşən Nikomediyada Diokletian Priska üçün bir saray tikdirmişdi və 303-cü ildəDiokletianın göstərişi ilə bu şəhərdə xristianların təqibi başlayanda Priska öz qızı Qaleriya Valeriya ilə xristianlıqdan üz döndərərək bütlərin xeyrinə qurban gətirməli olmuşdu.
Priskila Belfort
Priskila Viyera Belfort — Braziliya ictimai univeristetinin keçmiş tələbəsi. O, MMA döyüşçüsü Vitor Belfortun qardaşı və model Coana Pradonun baldızı, Bələdiyyə İdman və Rekreasiya bir dövlət qulluqçusu kimi işləmiş. Nahar üçün işdən çıxdıqdan sonra, 9 yanvar 2004-cü ildə 29 yaşında itkin düşdü. Onun realda harada olmağı bu gündə məlum deyil. Vitor və Coana onun tapılması üçün mediyadan istifadə etdi və 30 böyüdülmüş şəklin müxtəlif insanların sıx olduğu yerlərdə yerləşdirdilər. Öz saytlarının ana səhifəsində hələdə onun şəkli və əlaqə nömrələri yerləşdirilib. Priscila itkin düşdükdən sonra Braziliya polis orqanlarına çoxlu zənglər olsada nəticə etibarı ilə heç biri onun tapılması barədə deyildi. 2007-inci ilin avqust ayında Paiva adlı qadın Priscilanın oğurlanmasında iştirak etməsi barədə etiraf etdi, lakin onun harada necə şəraitdə saxlandığı barədə məlumatı olmadığın və onun tapılması üçün 3 milyon dollar istənildiyini söylədi .Braziliya polis orqanlarının axtarışı nəticəsində Priscilanın orqanlarının bir ağacın budağına taxılmış vəziyyətdə tapıldı və buna görə 3 nəfər mafiayaya bağlılığı olan şəxs saxlanıldı. Hələdə Belfort ailəsi buna inanmır və onun haralardasa sağ olub yaşamağı barədə ümid edirlər.Vitor Belfort uzun müddət keçməsinə baxmayaraq bacısının adını daşıyan saytda onun tapılması barədə yazışmalar edir.
Priskilla və Akila
Priskilla və Akila və ya Prisilla və Akvila (lat. Priscilla, Aquila) — Roma imperatoru Klavdinin fərmanı ilə Romadan qovulan, Korinfdə məskunlaşan və Həvari Pavelin səyləri nəticəsində xristianlığı qəbul edən yəhudi cütlük. Onların hər ikisi xristianlığın xeyrinə çalışmış və daha sonra Həvari Pavellə birlikdə Efesə köçmüş, burada xristian icması qurmuşdular. Əhdi-cədidin "Romalılara məktub" kitabında göstərilmişdir ki, cütlük yenidən Romaya qayıtmışdır.Ed Riçardson izah etmişdir ki, bu sürgün Roma sinaqoqlarında mövcud olan fikir ayrılıqları küçələrdə zorakılığa gətirib çıxarırdı, Klavdi isə zorakılığa səbəb olanları ölkədən qovmuşdu. baş verib və Klavdi məsulları qovmuşdu. Bu hadisə 47–52-ci illərdə Klavdinin Roma ayinlərini bərpa etmək və xarici kultları sıxışdırmaq məqsədilə apardığı kampaniya ilə üst-üstə düşürdü. Svetoni qeyd etmişdir ki, Klavdi 49-cu ildə "yəhudilər"i ölkədən qovmuşdur, lakin Riçardson bildirmişdir ki, bunlar "əsasən xristian missionerləri və xristianlığa keçənlər", yəni "Chrestus" adlanan yəhudi xristianlar idi. Romanın yəhudi icmasının tərkibində xristianlar da mövcud idi.

Oxşar sözlər

#prisk nədir? #prisk sözünün mənası #prisk nə deməkdir? #prisk sözünün izahı #prisk sözünün yazılışı #prisk necə yazılır? #prisk sözünün düzgün yazılışı #prisk leksik mənası #prisk sözünün sinonimi #prisk sözünün yaxın mənalı sözlər #prisk sözünün əks mənası #prisk sözünün etimologiyası #prisk sözünün orfoqrafiyası #prisk rusca #prisk inglisça #prisk fransızca #prisk sözünün istifadəsi #sözlük