problemi sözü azərbaycan dilində

problemi

Yazılış

  • problemi • 98.8313%
  • Problemi • 1.1377%
  • PROBLEMİ • 0.0207%
  • problemİ • 0.0103%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bazel problemi
Bazel problemi — Pyetro Menqoli tərəfindən 1644-cü ildə ortaya atılan və 1735-ci ildə Leonard Eyler tərəfindən həll edilən məşhur riyazi problemdir. Dövrünün riyaziyyatçılarını üzərində xeyli məşğul etmiş problem Eyleri 28 yaşında böyük şöhrət sahibi etmişdir. Problem adını Eylerin və Bernulli ailəsinin yaşadığı şəhər olan Bazeldən almışdır. Bazel problemi aşağıdakı şəkildə ifadə edilir: ∑ n = 1 ∞ 1 n 2 = lim n → + ∞ ( 1 1 2 + 1 2 2 + ⋯ + 1 n 2 ) {\displaystyle \sum _{n=1}^{\infty }{\frac {1}{n^{2}}}=\lim _{n\to +\infty }\left({\frac {1}{1^{2}}}+{\frac {1}{2^{2}}}+\cdots +{\frac {1}{n^{2}}}\right)} Ardıcıllıq təxminən 1.644934-ə bərabərdir.
Dnestryanı problemi
Dnestryanı problemi — Moldova ilə tanınmamış Dnestryanı dövləti arasında davam edən dondurulmuş münaqişə. Münaqişənin ən aktiv olduğu dövr Dnestryanı müharibəsi dövrüdür. Bu dövrdə Rusiya dəstəkli Dnestryanı zəfəri ilə nəticələnmişdir. Münaqişəni həll etmək üçün bir neçə dəfə cəhd edildi, lakin heç biri uğurlu olmadı. Düşünmək olar ki, münaqişə 1990-cı il sentyabrın 2-də Dnestryanı birtərəfli qaydada Moldovadan (o vaxt Sovet İttifaqının tərkibində idi) müstəqilliyini elan etdikdən sonra başlayıb.
Kəşmir problemi
Kəşmir münaqişəsi — Pakistan və Hindistan arasında tarixi Kəşmir vilayəti üstündə həll olunmamış problem. 1947-ci ilin avqustunda yaradılan müstəqil Hindistan dövləti Kəşmiri öz ərazisinə qatmağa çalışır. Hal-hazırda Kəşmirin şimal-qərbi Pakistanın, qalan hissəsi isə Hindistanın (1949) nəzarəti altındadır. 1956-cı ildə Kəşmir "Hindistan İttifaqının tərkib hissəsi" elan edildi. Hindistanla Pakistan arasında bir neçə dəfə hərbi münaqişə baş versə də bu problem hələ də öz həllini tapmamışdır. Azərbaycan bu münaqişədə Pakistanı dəstəkləməkdədir.
Moro problemi
== İstinadlar ==
Transformasiya problemi
Transformasiya problemi — əmək dəyər nəzəriyyəsi ilə müxtəlif sənaye sahələrində mənfəət nisbətinin bərabərləşdirilməsi meyli arasında ziddiyyət təşkil edən marksist siyasi iqtisad və iqtisad elminin mərkəzi problemlərindən biridir. Dəyərin əmək nəzəriyyəsi əməyin dəyər və izafi dəyər (və ya mənfəət) mənbəyi olduğunu, mənfəətin əməyin miqdarından asılı olduğunu nəzərdə tutur. Lakin eyni zamanda, "kapital tutumlu" sənayelərdə gəlir dərəcəsi "əmək tutumlu" sənayedən daha yüksəkdir. Marks bu ziddiyyəti bir çox iqtisadçının uzanma hesab etdiyi “mənfəət dərəcəsinin bərabərləşdirilməsi” ilə izah etməyə çalışdı. == Transformasiya probleminin həlli tarixi == Karl Marks “Kapital”in üçüncü cildində istehsalın qiyməti konsepsiyasını təqdim edərək, əmək dəyər nəzəriyyəsinə uyğun olaraq: ümumi mənfəət norması izafi dəyərin ölkə iqtisadiyyatına qoyulmuş ümumi kapitala nisbəti ilə müəyyən edilir: r = s / ( c + v ) {\displaystyle r=s/(c+v)} hər bir sənayedə orta mənfəət ümumi gəlir dərəcəsinin və hər bir sahəyə qoyulmuş kapitalın hasili ilə müəyyən edilir: p = r ( c + v ) {\displaystyle p=r(c+v)} hər bir sahə üzrə məhsulların qiyməti hər bir sənaye üzrə istehsal xərclərinin cəmi (sabit və dəyişkən kapitalın cəmi) və hər bir sənaye üzrə orta mənfəətlə müəyyən edilir: p p = ( c + v + p ) {\displaystyle pp=(c+v+p)} ,burada (c) — daimi kapital, (v) — dəyişən kapitaldır. == Ədəbiyyat == Перевозов Д. Конец «проблемы трансформации» стоимости в цену производства Левина И. Проблема трансформации: сравнительно-исторический анализ подходов и решений // Вопросы экономики, № 9, 2008. Bortkiewicz L. Value and Price in the Marxian System. — International Economic Papers 2, 1952, pp. 5-60 Duménil G. Beyond the Transformation Riddle: A Labor Theory of Value. — Science and Society 47 (4).
Şantaj problemi
Şantaj problemi – müqavilə nəzəriyyəsində, bir tərəf ilə əlaqə qurmaq və ya saxlamaq üçün xüsusi sərmayələri zəruri etdikdə, digər tərəfə isə investisiya qoyulmamışdan əvvəl mövcud olan şərtlərdən daha yaxşı şərtlərlə şantaj etmək imkanı verildikdə, iki iqtisadi agent arasında yaranan problem. İnvestisiyaların spesifik xüsusiyyəti ondan ibarətdir ki, onlardan imtina etmək və/və ya alternativ şəkildə istifadə etmək çətindir. Yatırılan investisiyalar tərəflərin danışıq qabiliyyətini dəyişdirir ki, bu da şantaj ehtimalına gətirib çıxarır. Şantaj problemi müqavilələr nəzəriyyəsində və sənaye bazarları nəzəriyyəsində öyrənilir. == Problemin təsviri == Tutaq ki, komponentlərin alıcısı hansısa yeni məhsulun istehsalında maraqlıdır. Bunun üçün ona bazarda olmayan konkret komponentlər lazımdır. Komponentlərin tədarükçüsü onların istehsalını təşkil edə bilər, lakin bunun üçün ona investisiya lazımdır. Əgər son məhsulun qiyməti zəmanətlə hər iki firmanın xərclərini ödəmək üçün kifayət qədər yüksəkdirsə, o zaman ortaq layihəyə başlamaq üçün kifayət qədər qazanc əldə edəcəklər. Bununla belə, bütün layihənin həyata keçirilməsi üçün təchizatçı xüsusi investisiyalar qoymalıdır. Məsələn, layihənin həyata keçirilməsi üçün xüsusi avadanlıq almaq.
Şər problemi
Pislik və ya şər problemi — din fəlsəfəsində mütləq yaxşı olan bir Tanrı varlığının necə uyğunlaşması məsələsidir. Epikür əvvəlcə problemi məntiqi bir düsturla təqdim etdi və o vaxtdan bəri demək olar ki, hər kəsin, fəlsəfə ilə əlaqəsi olmayan insanlardan tutmuş filosoflara qədər düşüncələrini tutdu. === Təqdimat və problemin versiyaları === M.Ş. II. 18-ci əsrdə yaşamış bir kilsə atası Laktantyusun (e.ə 360) nəqlinə görə, Epikür pislik problemini bir dilemma şəklində ifadə etmişdir: Allah ya pisliyi aradan qaldırmaq istəyir, ya da yox; ya da ola bilər, amma istəmir; ya nə çıxarmaq istəmir, nə də çıxara bilmir; ya da hər ikisini də çıxarmaq istəyir və çıxara bilər. Əgər məhv etmək istəyirsə və edə bilmirsə, O, hər şeyə qadir deyil; bu, Allahın xarakterinə ziddir; ləğv edə bilər, amma ləğv etmək istəmirsə, zərərlidir; bu da Allaha uyğun deyil; nə aradan qaldırmaq istəsə, nə də edə bilməzsə, o da zərərli və hər şeyə qadir deyil; bu vəziyyətdə o Allah deyil; əgər hər ikisi aradan qaldırmaq istəyirsə və yalnız Allaha uyğun olanı edə bilərsə, pisliyin mənbəyi nədir? Yoxsa onları niyə aradan qaldırmır? Epikuros Problemin başqa bir təqdimatı əsrlər sonra David Hume tərəfindən Dinlə Dialoqlarında Filonun ağzı ilə edildi: Allah pisliyin qarşısını almaq istəyir və buna qadir deyil? Sonra zəifdir. Yoxsa pisliyi dayandıra bilmir? Buna görə də yaxşı niyyətdə deyil. Həm güclü, həm də yaxşı olsaydı, bu qədər pislik necə mövcud idi?
Şandun problemi
Şandun sualı (山東問題, Santo monday) və ya Şandun problemi – 1919-cu ildə Paris Sülh Konfransından sonra Şandun yarımadasının kimə aid olması haqqında Çinlə Yaponiya arasında baş vermiş münaqişə. Problem 1922-ci ildə Çinin xeyrinə həll edilmişdir. == Arxa plan == Çinin şimal-şərqində yerləşən Şandun yarımadası XIX əsrdə xarici güclərin diqqətini cəlb etmişdir. Xüsusilə, Almaniya Asiyada möhkəmlənmək üçün bu yarımadadakı Sindao limanına nəzarət etmək istəyirdi. 1896-cı ildə ərazidə yaşayn iki alman missionerin öldürülməsindən istifadə edən Almaniya donanması bölgəyə nəzarəti ələ keçirmiş və limanı tutmuşdur. Növbəti il burada 400 kilometr uzunluğunda dəmiryolu inşa etdirmək icazəsi almış, yarımadanı öz mülkünə çevirmişdir.Şandun yarımadasında maraqları olan digər ölkə Yaponiya idi. 1911-ci ildə Çində baş vermiş inqilabdan sonra Yaponiya ordusunun və Yaponiya Xarici İşlər Nazirliyinin bir neçə üzvü Yaponiyanın təsir sahəsini Şandun yarımadasına qədər genişləndirmək istəyirdilər. 1914-cü ildə başlayan Birinci dünya müharibəsində Yaponiya Britaniya ilə müttəfiq olmuş və Almaniyaya müharibə elan etmişdir. Britaniyanın tövsiyəsinə baxmayaraq, Yaponiya 1914-cü ilin sentyabrında Sindaonu işğal etmiş və Tsinan–Sindao dəmiryolunu ələ keçirmişdir.Yaponiya almanların Şandun yarımadasındakı bütün imtiyazlarının onlara transfer edilməsi üçün Çinə tələb yollamışdır. Bu, Çinə göndərilmiş İyirmi bir tələbdən biri olmuşdur.
Tramvay problemi
Tamvay problemi — etika və psixologiyada daha çox sayda insanı xilas etmək üçün bir nəfəri qurban verib-verməmək kimi dilemmaların ələ alındığı təcrübələr silsiləsi. Bu situasiya adətən, irəliləyən tramvayın və ya trolleybusun yolda bir neçə nəfərlə (ənənəvi olaraq beş nəfər) toqquşaraq onları öldürməsi ssenarisi ilə başlayır və sürücü və ya ətrafdakı hər hansı bir şəxsin müdaxilə edərək yalnız bir nəfəri öldürəcəyi halda müvafiq nəqliyyatı başqa yola yönləndirərək onları xilas etməsi seçimi irəli sürülür. Bu problem daha sonralar irəliləyən başqa bir nəqliyyat vasitəsi və ya başqa analoji ölüm-dirim dilemmaları kimi də ortaya qoyulmuşdur.
Dörd boya problemi
Dörd boya problemi — 1852-ci ildə Frensis Qutri tərəfindən təklif edilmiş riyazi məsələdir, hansı ki, aşağıdakı formada tərtib edilir:
Kuril adaları problemi
Monti Hall problemi
Monti Hall problemi — Amerika istehsalı olan "Let's Make a Deal" (azərb. "Gəlin razılaşaq"‎) adlı və daha sonra aparıcın şərəfinə "Monty Hall" (azərb. "Monti Hall"‎) adlandırılmış oyun şousunda irəli sürülən ehtimal problemi formasında beyin yoran tapmacadır. Bu problem 1975-ci ildə Stiv Selvin tərəfindən "The American Statistician" (azərb. "Amerikalı Statist"‎) jurnalına göndərdiyi məktubda izah (həll) edilmişdir. Bu, 1990-cı ildə "Parade" jurnalındakı Meriln vos Savantın "Ask Marilyn" (azərb. "Merilndan soruş"‎) bölməsində sitat kimi verilmiş oxucu məktubundan götürülmüş bir sual kimi məşhurlaşmışdır: Vos Savantın cavabına görə iştirakçı öz seçimini dəyişərək digər qapını seçməlidir. Standart fərziyyələrə əsasən seçimini dəyişən iştirakçıların maşın qazanma şansı 2/3 olarkən öz əvvəlki seçimlərində sabit qalan iştirakçıların bu uduşu qazanma şansı yalnızca 1/3-dir. Təqdim olunmuş ehtimallar aparıcı və iştirakçının qapıları necə seçəcəyinə əsaslanan xüsusi fərziyyələrdən asılıdır. Burada (bu standart şərtlər altında) həlledici məqam iştirakçının ən başda 1 nömrəli qapını seçdiyi zamanla müqayisədə indi 2 və 3 nömrəli qapılar haqqında daha çox məlumat vardır: aparıcının məqsədli şəkildə edilmiş hərəkəti iştirakçının seçmədiyi qapıya əlavə dəyər əlavə edir, lakin iştirakçının ən başda seçdiyi qapının dəyərini dəyişmir.
Monti Holl problemi
Monti Hall problemi — Amerika istehsalı olan "Let's Make a Deal" (azərb. "Gəlin razılaşaq"‎) adlı və daha sonra aparıcın şərəfinə "Monty Hall" (azərb. "Monti Hall"‎) adlandırılmış oyun şousunda irəli sürülən ehtimal problemi formasında beyin yoran tapmacadır. Bu problem 1975-ci ildə Stiv Selvin tərəfindən "The American Statistician" (azərb. "Amerikalı Statist"‎) jurnalına göndərdiyi məktubda izah (həll) edilmişdir. Bu, 1990-cı ildə "Parade" jurnalındakı Meriln vos Savantın "Ask Marilyn" (azərb. "Merilndan soruş"‎) bölməsində sitat kimi verilmiş oxucu məktubundan götürülmüş bir sual kimi məşhurlaşmışdır: Vos Savantın cavabına görə iştirakçı öz seçimini dəyişərək digər qapını seçməlidir. Standart fərziyyələrə əsasən seçimini dəyişən iştirakçıların maşın qazanma şansı 2/3 olarkən öz əvvəlki seçimlərində sabit qalan iştirakçıların bu uduşu qazanma şansı yalnızca 1/3-dir. Təqdim olunmuş ehtimallar aparıcı və iştirakçının qapıları necə seçəcəyinə əsaslanan xüsusi fərziyyələrdən asılıdır. Burada (bu standart şərtlər altında) həlledici məqam iştirakçının ən başda 1 nömrəli qapını seçdiyi zamanla müqayisədə indi 2 və 3 nömrəli qapılar haqqında daha çox məlumat vardır: aparıcının məqsədli şəkildə edilmiş hərəkəti iştirakçının seçmədiyi qapıya əlavə dəyər əlavə edir, lakin iştirakçının ən başda seçdiyi qapının dəyərini dəyişmir.
Monty Hall problemi
Monti Hall problemi — Amerika istehsalı olan "Let's Make a Deal" (azərb. "Gəlin razılaşaq"‎) adlı və daha sonra aparıcın şərəfinə "Monty Hall" (azərb. "Monti Hall"‎) adlandırılmış oyun şousunda irəli sürülən ehtimal problemi formasında beyin yoran tapmacadır. Bu problem 1975-ci ildə Stiv Selvin tərəfindən "The American Statistician" (azərb. "Amerikalı Statist"‎) jurnalına göndərdiyi məktubda izah (həll) edilmişdir. Bu, 1990-cı ildə "Parade" jurnalındakı Meriln vos Savantın "Ask Marilyn" (azərb. "Merilndan soruş"‎) bölməsində sitat kimi verilmiş oxucu məktubundan götürülmüş bir sual kimi məşhurlaşmışdır: Vos Savantın cavabına görə iştirakçı öz seçimini dəyişərək digər qapını seçməlidir. Standart fərziyyələrə əsasən seçimini dəyişən iştirakçıların maşın qazanma şansı 2/3 olarkən öz əvvəlki seçimlərində sabit qalan iştirakçıların bu uduşu qazanma şansı yalnızca 1/3-dir. Təqdim olunmuş ehtimallar aparıcı və iştirakçının qapıları necə seçəcəyinə əsaslanan xüsusi fərziyyələrdən asılıdır. Burada (bu standart şərtlər altında) həlledici məqam iştirakçının ən başda 1 nömrəli qapını seçdiyi zamanla müqayisədə indi 2 və 3 nömrəli qapılar haqqında daha çox məlumat vardır: aparıcının məqsədli şəkildə edilmiş hərəkəti iştirakçının seçmədiyi qapıya əlavə dəyər əlavə edir, lakin iştirakçının ən başda seçdiyi qapının dəyərini dəyişmir.
Ruh-bədən problemi
Ruh-bədən və ya nəfs-bədən problemi (ing. mind-body problem) — fəlsəfi fikir tarixinin əsas problemlərindən biridir. Hazırda zehin fəlsəfəsi daxilində müzakirə olunan ruh-bədən probleminin əsasında maddi olmayan ruh və ya nəfslə maddi olan bədən arasındakı əlaqənin keyfiyyətinin öyrənilməsi dayanır. Bu problemi insanın nəliyi ilə bağlı fəlsəfi arayışlar doğurmuşdur. İnsan nədir? Adi maddi bir tərkibdən ibarətdir, yoxsa mental bir tərəfə, ruha da sahibdir? Əgər mental tərəfimiz də varsa o şey nədir? İnsan əslində nədir, bir ruha sahib bədən, yoxsa bir bədəni olan ruhdur? Ruh bədən problemində bu iki substansiya arasında əlaqəni müəyyənləşdirməzdən əvvəl həll edilməli olan iki problem ruh və bədənin nəliyi məsələsidir. Ruh və bədən haqqında suallara verilən cavablar bu problemə berilən cavabı böyük ölçüdə təmin etmiş olur.
Səkkiz vəzir problemi
Səkkiz vəzir problemi — Şahmat taxtasında səkkiz vəzirin bir-birini vurmadan necə yerləşdiriləcəyini müzakirə edən problemdir. Səkkiz vəzir problemi daha ümumi olan n vəzir probleminin xüsusi halıdır. n vəzir problemi nxn ölçülü şahmat taxtasında n sayda vəzirinin bir-birini vurmadan necə yerləşdirilməsi haqqında olan problemdir. == Tarixi == Bu problem ilk dəfə 1848-ci ildə şahmat oyunçusu Maks Bezzel tərəfindən ortaya atılmışdır. Daha sonra Qauss, Qeorq Kantor tərəfindən haqqında araşdırmalar aparılmışdır. Məsələnin ilk həlli 1850-ci ildə F.Nauck tərəfindən verilmişdir. Həmçinin Nauck məsələni daha qlobal bir şəkilə nxn halına salmışdır. == Məsələnin həlli == Səkkiz vəzir probleminin 92 həll yolu vardır. Digər həllər yuxarıdakı on iki həllin simmetrik çevrilməsi nəticəsində yaradılmışdır. N vəzir problemi hələlik 26-a kimi həll edilmişdir.
Şərq dənizi problemi
Koreyanın Üç Krallığının Tarixi kimi fərqli mənbələrdə göstərildiyi kimi “Şərq Dənizi” adı Koreyada 2000 ildən çoxdurki istifadə olunur. (三國史記) "Yaponiya Dənizi" adı ilk dəfə 1602-ci ildə Mateo Ricci tərəfindən istifadə edilmişdir və müxtəlif tarixi qeydlər yaponların özlərinin dəniz sahəsini uzun müddət "Yapon Dənizi" adlandırmadıqlarını göstərir. Yaponiya, "Yapon Dənizi" adının 19-cu əsrdə köhnə qərb xəritələrində 19-cu əsrdə "Yaponiya Dənizi" adının daha çox istifadə edildiyini ifadə edərək geniş yayılmış olduğunu israr edir. 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində Yaponiyanın Asiyada güclü bir dövlət olaraq yüksəlməsi ilə dünya xəritələri indiki xəritələrə bənzər şəkildə tərtib edildiyi zaman, Koreya Yarımadası ilə Yapon Arxipelaqı arasındakı dəniz sahəsi geniş olaraq "Yaponiya dənizi" adı ilə məşhur oldu. "Yaponiya Dənizi" adının istifadəsi daha da artdı, Koreyanın Yapon müstəmləkəçilik dövründə, xüsusən də Beynəlxalq Hidrografik Təşkilatı (IHO) nəşr etdiyi dövrdə "Şərq Dənizi" adının beynəlxalq ictimaiyyətə qanuniliyini iddia etmək fürsəti tapmadı. Müharibə bitdikdən sonra və administrasiyasının bərpası ilə Koreya "Şərq Dənizi" adının qanuniliyini bərpa etmək üçün əzmlə səy göstərdi. Məsələn, Koreya ilə Yaponiya arasında 1965-ci ildə Balıqçılıq Müqaviləsi üzrə aparılan danışıqlar prosesi zamanı, iki ölkə dəniz sahəsinin adı ilə bağlı bir razılığa gələ bilmədikləri üçün Müqavilənin hər bir mətnində öz adlarını saxlamağa razı oldular. - yəni Koreya versiyasında "Şərq Dənizi" və Yapon versiyasında "Yapon Dənizi". Koreya özəl sektor da dünya xəritələrində "Şərqi dəniz" adını bərpa etmək üçün davamlı olaraq çalışdı. Bunun fonunda, Koreya hökuməti 1991-ci ildə Birləşmiş Millətlər Təşkilatına tam üzv qəbul edildikdən dərhal sonra 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının Coğrafi Adların Standartlaşdırılması Konfransında rəsmi olaraq məsələ qaldırdı.
"Dil yoxsa dialekt" problemi
"Dil yoxsa dialekt" problemi — hər hansı bir idiomun statusunun müəyyənləşdirilməsi ilə bağlı yaranan sual.
100-cü il problemi
100-cü il problemi — Tayvanın kompüter sistemlərində gözlənilən problem. Bu onunla bağlı idi ki, Tayvanda rəsmi məqsədlərdə Minqo təqvimindən istifadə olunur. Bu təqvimdə tarixin başlanğıcı Çin respublikasının qurulmasından – 1911-ci ildən götürüldüyündən, 2011-ci ildə Minqo təqvimi ilə 100-cü il olur. Nəticədə tarixləri saxlamaq üçün yalnız iki rəqəmin istifadə olunduğu kompüter sistemlərində problem gözlənilirdi. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
10000-ci il problemi
10000-ci il problemi — ilin göstərilməsi üçün 4 rəqəmdən istifadə olunduğu proqram təminatında 9999-cu ildən 10000-ci ilə keçid zamanı yarana biləcək problem. Bu problem haqqında ötən əsrin sonlarında 2000-ci il probleminin yaxınlaşdığı vaxt mətbuatda danışılmağa başlandı. Dərc olunmuş yazıların əksəriyyəti parodiya-yumor janrında idi, çünki indi istifadə olunan hansısa proqramın 10000-ci ilədək "yaşayacağı" o qədər də inandırıcı görünmür. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
2000-ci il problemi
Y2K problemi, Y2K qorxusu, minillik səhvi, Y2K xətası, Y2K səhvi, və ya sadəcə Y2K kimi tanınan 2000-ci il problemi — 2000-ci ildən sonra təqvim məlumatlarının formatlanması və saxlanması ilə bağlı ortaya çıxmış kompüter xətası. Bir çox proqramlar dörd rəqəmli illəri yalnız son iki rəqəmlə göstərirdi və bu da onu 2000-ci ili 1900-cü ildən fərqləndirməz hala gətirirdi. Kompüter sistemlərinin tarixləri düzgün ayırd edə bilməməsi kompüterdən asılı sənayelər üçün dünya miqyasında infrastrukturu çökdürmək potensialına malik idi. Əsrin əvvəlinə (minilliyə) gedən illərdə ictimaiyyət tədricən Y2K xətasından xəbərdar oldu və ayrı-ayrı şirkətlər səhvin vurduğu qlobal zərərin aradan qaldırılması üçün 400 milyon ilə 600 milyard dollar arasında bir şeyin lazım olacağını proqnozlaşdırdılar. Səhvlərin potensial təhlükələri ilə bağlı aydınlığın olmaması bəzilərini qida, su və odlu silah ehtiyatı toplamağa, ehtiyat generatorlar almağa və kompüterin yaratdığı apokalipsis ərəfəsində böyük məbləğdə pul çıxarmağa səbəb oldu.Yayılmış məlumatların əksinə olaraq, 2000-ci ildə bir neçə böyük səhv baş verdi. Y2K remediasiya səyinin tərəfdarları bunun ilk növbədə bir çox kompüter proqramçılarının və informasiya texnologiyaları mütəxəssislərinin qabaqlayıcı hərəkətləri ilə bağlı olduğunu müdafiə etdilər. Bəzi ölkələrdəki bəzi şirkətlər və təşkilatlar, problemi həll etmək üçün kompüter sistemlərini yoxlamış, təmir etmiş və təkmilləşdirmişdilər. Birləşmiş Ştatlarda zərəri minimuma endirmək üçün səylər təşkil edən ABŞ prezidenti Bill Klinton Y2K-nı "21-ci əsrin ilk çağırışı uğurla qarşılandı" kimi qeyd etdi və hadisə ilə bağlı retrospektivlər, adətən, gözlənilən fəlakətin qarşısını almaq üçün çalışan proqramçıları təriflədi.
2038-ci il problemi
2038-ci il problemi — hesablama texnikasında 19 yanvar 2038-ci ildə müəyyən proqram təminatlarında baş verməsi gözlənilən ciddi bir proqramlaşdırma xətası. Bu problem zamanın POSIX standartı (UNIX-zaman) ilə təsvir olunduğu proqram və sistemlərdə baş verəcək. Xəta, sistem zamanını 1 yanvar 1970-ci il tarixindən bəri saniyə əsasında hesablayan və 32-bitlik UNIX sistemlərdə 19 yanvar 2038-ci il çərşənbə axşamı günü saat 03:14:07-də sayğacın başa dönməsi ilə sistem tarixinin 13 dekabr 1901-ci il 20:45:52-i göstərməsi ilə ortaya çıxacaq. Demək olar ki, Unix bənzəri bütün 32-bitlik əməliyyat sistemlərində bu problemin yaşanacağı gözlənilir. Bundan başqa 32-bitlik Windows əməliyyat sistemləri və MySQL verilənlər bazası ilə çalışan web-layihələr üçün eyni problem aktual xarakter daşıyır. Son illərdə bu xətanın aradan qaldırılması ilə bağlı bir çox təkliflər irəli sürülsə də heç biri faydalı olmamışdır. Mütəxəssislər qeyd edirlər ki, 32-bitlik prosessor və əməliyyat sistemləri üçün bu ehtimal olunan problemin sadə həlli mövcud deyil. Odur ki, yaxşı olardı ki, risk halıyla qarşılaşmadan 2038-ci ilə qədər 32-bitlik bu sistemlər 64-bitlik sistemlərlə əvəz edilsin. 2038-ci il problemi — (ing. Year 2038 problem, ru.
Dil yoxsa dialekt problemi
"Dil yoxsa dialekt" problemi — hər hansı bir idiomun statusunun müəyyənləşdirilməsi ilə bağlı yaranan sual.
Vahid, bölünməz Rusiya problemi
"Vahid, bölünməz Rusiya" — Paris Sülh Konfransında sülh danışıqlarının gedişatına təsir edən, yeni yaranmış bir çox dövlətlərin beynəlxalq ictimaiyyət tərəfindən tanınmasına mane olan əsas problem. == Arxa plan == Rusiyada bolşeviklərin hakimiyyəti ələ almasından sonra bir çox keçmiş çar generalı yeni hökuməti tanımadığını elan etdi. Nəticədə Rusiya vətəndaş müharibəsi başladı. Anton Denikin, Kolçak və s . kimi məşhur generalların başçılıq etdiyi bu müharibə müddətində 1919-cu ildə çar generalları mühüm qələbələr qazandılar. Avropada belə bir təsəvvür yarandı ki, Ağ qvardiyaçılar bolşevik hakimiyyətini devirəcəkdir. Bu səbəbdən də keçmiş Rusiya imperiyası ərazisində yaranmış yeni respublikalara qarşı münasibətlərini dəyişdilər. İngilis komandanı General Tomson Bakıya daxil olarkən bunu öz nitqində açıq-aşkar bildirmişdi: Lakin artıq 1920-ci ildə generalların bolşeviklərə qarşı uğur qazana bilməyəcəkləri bəlli oldu. Yalnız bundan sonra yeni yaranmış respublikaların tanınma prosesi başlandı. "Vahid, bölünməz Rusiya" problemindən əziyyət çəkən yeni yaranmış dövlətlərdən biri də Azərbaycan Xalq Cümhuriyyəti olmuşdur.
Azərbaycan-Ermənistan sərhəd problemi (2021)
Azərbaycan-Ermənistan sərhəd böhranı — Ermənistan və Azərbaycan arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası zamanı yaranan sərhəd anlaşılmazlığıdır. Ermənistan Azərbaycan Ordusunun Qaragöl istiqamətindən irəliləyərək 3,5 kilometr ərazini ələ keçirdiyini iddia edir. Azərbaycan isə çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə əlaqədar olaraq Azərbaycan sərhəd qüvvələrinin Azərbaycana aid mövqelərdə yerləşdirildiyini qeyd edir. == Zəmin == Birinci Qarabağ müharibəsində Azərbaycana aid olan Dağlıq Qarabağ bölgəsi və ətrafındakı 7 rayon Ermənistan tərəfindən işğal altına salınmışdı. Lakin 2020-ci ildə tərəflər arasında baş vermiş İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə bitmiş və Azərbaycan bölgəyə nəzarəti yenidən təmin etmişdir. Sovet dövründə ölkələr arasında sərhəddə elə də önəm verilməməsi və ardınca bölgənin Ermənistan tərəfindən işğal edilməsi səbəbindən ərazidəki sərhəd xətti indiyədək təyin olunmamışdır. == Hadisələr == === May 2021 === === İyul 2021 === İyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutmuşdur. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçu gizir Fərman Yaqublu Telman oğlu şəhid olmuşdur. Azərbaycan Ordusunun cavab zərbəsi nəticəsində qarşı tərəf susdurulmuşdur. === Avqust 2021 === === Sentyabr 2021 === === Oktyabr 2021 === === Noyabr 2021 === 16 noyabr 2021-ci ildə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 70.19 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 147.32
2003 •••••••••••••• 102.36
2004 •••••••••••••• 96.35
2005 ••••••••••••••••• 118.76
2006 ••••••••••• 80.86
2007 •••••••••• 69.98
2008 ••••••••• 62.37
2009 ••••••••••• 77.91
2010 •••••••••••• 84.06
2011 •••••••••••• 81.76
2012 ••••••••• 63.85
2013 •••••••••••••• 102.11
2014 •••••••••• 70.70
2015 •••••••••• 72.47
2016 •••••••• 53.97
2017 ••••••• 51.54
2018 •••••• 43.30
2019 ••••••• 44.93
2020 •••••• 44.16

"problemi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#problemi nədir? #problemi sözünün mənası #problemi nə deməkdir? #problemi sözünün izahı #problemi sözünün yazılışı #problemi necə yazılır? #problemi sözünün düzgün yazılışı #problemi leksik mənası #problemi sözünün sinonimi #problemi sözünün yaxın mənalı sözlər #problemi sözünün əks mənası #problemi sözünün etimologiyası #problemi sözünün orfoqrafiyası #problemi rusca #problemi inglisça #problemi fransızca #problemi sözünün istifadəsi #sözlük