* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [lat. professor – tərbiyəçi] Ali məktəblərdə müstəqil kurs aparan ən ixtisaslı müəllimlərə, elmi tədqiqat müəssisələrində isə aspirantlara, elmi tədqiqat işlərinə rəhbərlik edən şəxsə verilən yüksək elmi ad, habelə belə adı olan şəxs. Qoca professor oğlanın gözlərini diqqətlə müayinə etdi. İ.Əfəndiyev.
Azərbaycan dilinin izahlı lüğəti / professor2 lat. professor – müəllim, rəhbər, tərbiyəçi, öyüd, nəsihət verən 1) ali məktəblərdə və elmi tədqiqat müəssisələrində elmi-tədqiqat işlərinə rəhbərlik edən şəxsə verilən ən yüksək elmi ad, vəzifə, adətən, doktorluq dissertasiyası müdafiə edən şəxslərə verilir. Lakin, bəzən yüksək elmi tədqiqat işləri, elmi əsərləri olan elmlər namizədlərinə də bu vəzifə verilir; 2) ali məktəbdə mühazirə oxuyan yüksək ixtisaslı mütəxəssis; 3) Azərbaycan Respublikasının məktəblərində elmi rütbə.
Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / professor1 Alman sözüdür və professiya kəlməsi ilə kökdaşdır. Mənası “öz peşəsi, tədris etdiyi fənn barədə açıq məlumat verən” deməkdir. İndi alimlərə verilən elmi adı bildirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / professor2 I сущ. профессор: 1. учёное звание, должность преподавателя высших учебных заведений. Professor vəzifəsi должность профессора 2. лицо, носящее это звание или занимающее должность профессора. Kafedranın professoru профессор кафедры 3. разг. о знатоке своего дела II прил. профессорский. Professor rütbəsi профессорское звание (звание профессора), professor maaşı профессорская зарплата
Azərbaycanca-rusca lüğət / professor