Hava proqnozu
Hava proqnozu– İri miqyaslı atmosfer proseslərinin təhlili əsasında havanın gələcək vəziyyəti haqqında irəli sürülmüş elmi fikir. Qısamüddətli (bir ayadək və daha artıq) olur. Həm müəyyən ərazi (vilayət, ölkə, rayon, dəniz akvatoriyası və s.), həm də ayrı-ayrı yaşayış məntəqələri, aeroport, nəqliyyat yolları, otlaqlar və s. üçün tərtib
edilir. Xalq təsərrüfatının ayrı-ayrı sahələrinin işində çətinliklər törədən və onlara zərər vuran, həmçinin əhalinin təhlükəsizliyini qorxu altına alan təhlükəli hava
hadisələri (siklon, tufan, duman, çovğun, güclü külək, toz fırtınası, ayaz və s.) də xüsusi hava proqnozularına daxildir. Hava proqnozu sinoptik meteorologiyanın məlumatları
əsasında tərtib olunur.
== Çoxillik hava proqnozları ==
48 saatdan artıq müddətə tərtib edilən proqnozlara uzunmüddətli proqnozlar deyilir. Praktiki olaraq 3 gündən bir neçə ay müddətinə qədər tərtib edilən proqnozlar bura aid edilir. Bəzən atmosfer sirkulyasiyasının ümumi xüsusiyyətlərini və hava şəraitinin bir il, bir neçə il və yaxud bir- neçə onilliklər qabaqcadan müəyyənləşdirməyə cəhd edilir. Belə proqnozlar daha uzunmüddətli və yaxud ultrauzunmüddətli proqnozlar adlanır.