prospekti sözü azərbaycan dilində

prospekti

Yazılış

  • prospekti • 99.2447%
  • Prospekti • 0.7404%
  • PROSPEKTİ • 0.0150%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Andraşi prospekti
Andraşi prospekti (və yaxud Andarşşi, mac. Andrassy út) — Macarıstanın parad prospekti. Onun möhtəşəm zərif görünüşünə görə, prospekt, Budapeştin Yelisey bağları adlanır. Avstriya-Macarıstan Xarici İşlər naziri Dyüla Andraşının adını daşıyır. Andraşi prospektində, kontinental Avropanın ən qədim metrosunun ilk xətti çəkilmişdir. Andrassi prospekti, 1896-cı ildə memar Mikloş İblin möhtəşəm layihəsinə əsasən, Edön Lexner də daxil olmaqla, həmin dövrün bir çox görkəmli memarlarının iştirakı ilə, vətənlərinin Macarlar tərəfindən əldə edilməsinin minilliyin qeyd olunması ilə əlaqədar olaraq inşa edilmişdir. 1956-cı ilin inqilabi ilində Molodezinin prospektinə çevrilib, sonra 1989-cu ilədək Xalq Cəbhəsi adlandırıldı. 2002-ci ildə Andrassi prospekti UNESCO-nun Dünya İrs Siyahısına yazılmışdır. == Əsas görməli yerləri == Macar dövlət opera teatrı Dreksler sarayı Paris univermağı Terror muzeyi Ferens List adına Memorial və Araşdırma Mərkəzi Budapeşt kukla teatrı == Ədəbiyyat == Венгрия. Издательство "Вокруг света", 2009 ISBN 978-5-98652-226-5 Михаэль Херл.
Emissiya prospekti
Emissiya prospekti — (ing. Prospectus)- Müəyyən qiymətli kağızın yeni buraxılışı (emissiyası) zamanı qiymətli kağızlar bazarının buraxılışının tənzimləməsi üzrə səlahiyyətli quruma təqdim edilən, emitent və buraxılan kağız haqqında məlumatlar əks olunan sənəd.
Mərdəkan Prospekti
Mərdəkan prospekti — Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən ən uzun prospekt. Prospekt öz başlanğıcını Heydər Əliyev prospektinin sonundan götürür və Mərdəkan qəsəbəsinə qədər uzanır. Prospektin uzunluğu 8.40 km,eni isə 30 m-dir. Bəzi yerlərdə prospektin eni 55m-ə qədər genişlənir.
Mətbuat prospekti
Mətbuat prospekti — Bakı şəhərinin Yasamal rayonunda prospekt. Prospektdə Azərbaycan nəşriyyatı (əvvəlki Kommunist nəşriyyatı) yerləşdiyindən belə adlandırılmışdır. Mətbuat prospekti Abbas Mirzə Şərifzadə və Zahid Xəlilov küçələrinə paraleldir. Mətbuat prospekti Mikayıl Müşfiq küçəsindən başlayır və Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişmədə bitir. Yasamal parkında bitən prospektin davamı olaraq Həsən bəy Zərdabi küçəsi başlayır. Seyfəddin Dağlı küçəsi Abbas Mirzə Şərifzadə küçəsi Ayna Sultanova küçəsi Məmməd Rahim küçəsi Bəxtiyar Vahabzadə küçəsi İsfəndiyar Zülalov küçəsi Şəhriyar küçəsi № ? — Yasamal qəbiristanlığı № ? — Azərbaycan nəşriyyatı № 23 — Beynəlxalq Mətbuat Mərkəzi № 25 — Kaspi Təhsil Mərkəzi № ? — Bakı Dövlət Universitetinin yataqxanaları № ?
Neftçilər prospekti
Neftçilər prospekti — Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən, iki istiqamətli 5 zolaqlı küçədir. Küçə öz başlanğıcını Azneft meydanından götürür, Bakı bulvarı boyunca uzanaraq, Yusif Səfərov küçəsi səviyyəsində Nobel prospektinə keçir. Küçənin uzunluğu 3,3 km-dir.
Paulista prospekti
Avenida Paulista və ya Paulista prospekti (port. Avenida Paulista) — Braziliyanın San-Paulu şəhərinin məşhur prospekti.
Rustaveli prospekti
Rustaveli prospekti (gürc. რუსთაველის გამზირი) — keçmişdə Qolovin küçəsi kimi bilinən, daha sonralar isə orta əsr gürcü şairi olmuş Şota Rustavelinin xatirəsinə adlandırılan Tbilisinin mərkəzi prospektidir. Prospekt Azadlıq meydanından başlayır və təxminən 1.5 km Kostava küçəsinə kimi uzanır. Rustaveli tez-tez Tbilisinin bir çox hökumət, ictimai, mədəni və biznes binalarının yerləşdiyi hissəyə çıxış üçün əlverişli ara yol hesab edilir. Gürcüstanın keçmiş Parlament binası, Gürcüstan milli Opera Teatrı, Rustaveli teatrı, Gürcüstan milli Elmlər Akademiyası, Kaşveti kilsəsi, Gürcüstan dövlət muzeyi (Gürcüstan milli muzeyinin bir hissəsi) və Tbilisi Biltmor hoteli məhz Rustavelidə yerləşir. 1989-cu ildə on minlərlə gürcü parlament binasından öncə məhz Rustavelidə toplandı. Sovet spetsnaz qüvvələri tərəfindən hücuma məruz qalmış etirazçıların bir hissəsi 9 Aprel faciəsində burada qətlə yetirilmişdir. 2007 və 2011-ci illərdə prospekt anti-hökumət etirazlarının mərkəzi olmuşdur. Tiflis metropoliteni və avtobuslarla buraya gəlmək mümkündür. Bura Tbilisinin ikinci tarixi hissəsi sayılan — Aqmaşenebeli prospektindən sadəcə 1 metro stansiya aralıda yerləşir.
Tbilisi prospekti
Tbilisi prospekti — Bakıda prospekt. Moskva prospektindən Bakıxanov küçəsinə kimi uzanır. == Tarix == Bakı Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1963-cü ilin 13 sentyabrında verdiyi qərara əsasən Saray şossesinin adı dəyişdirilib Tbilisi prospekti oldu. Bakı şəhərinin icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 2004-cü il 14 iyun tarixində imzaladığı 125 nömrəli sərəncama əsasən prospektin bir hissəsinin adı dəyişdirilərək Moskva prospekti olmuşdur. 1990-cı ildə yanvarın 20-də sovet ordusunun tankları Tbilisi prospekti ilə irəliliyərək yüzlərlə insanı öldürmüşdürlər. Ölənlərin çoxu 20 yanvar dairəsində həlak olmuşdurlar. 2024-cü ildə avtobuslar üçün nişanlanma və yol nişanlarının quraşdırıldığı xüsusi zolaq yaranıb. == Mühüm tikililər və heykəllər == Mehdi Hüseynzadənin heykəli. Heydər Əliyev adına idman-konsert kompleksi. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin binası == Ədəbiyyat == Qara Məşədiyev, "Bakı küçələri: adlar və talelər", Bakı: "Elm və təhsil", 2013.
Heydər Əliyev prospekti
Heydər Əliyev prospekti — Bakı şəhərində ən uzun və geniş prospekt. Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin adını daşıyan prospektin əvvəlki adı Moskva prospekti olmuşdur. == Haqqında == Heydər Əliyev prospekti Bakı şəhərində ən uzun və geniş prospekt olaraq paytaxtın giriş qapısı sayılır. Bir sıra dövlət qurumlarının, böyük şirkətlərin inzibati binaları, həmçinin Heydər Əliyev Mərkəzi bu prospektdə yerəşir. Prospektə Ulu Öndərin adı 14.04.2004-cü il tarixli, 124 nömrəli sərəncama əsasən verilmişdir. Prospektin keçmiş adı Moskva olmuşdur. 1990-cı illərin əvvəllərində prospektin uzunluğu 4 kilometr olan cənub hissəsi (Qədirbəyov küçəsinə qədər) Xətai prospekti adlandırıldı. 2004-cü ildə prospekt Heydər Əliyevin şərəfinə adlandırıldı ("Moskva prospekti" adı şəhərin başqa hissəsində Tbilisi prospektinin bir hissəsinə verildi). 2007-ci ildən bəri prospekt dəfələrlə təchiz edilmiş və genişləndirilmişdir - bir çox qəzalı yaşayış binaları sökülüb və işləməyən sənaye obyektləri ləğv edilib, prospektin eni əvvəllər 32 metr, sonra 45-ə, bəzi yerlərdə isə 55 metrə qədər (10 zolaq) genişləndirildi. 2013-cü ildə prospektin yenidən qurulması layihəsi təsdiq edilib.
Leksinqton prospekti (Manhetten)
Leksinqton prospekti (ing. Lexington Avenue) — Nyu-York şəhəri Manhetten borosunun İst Sayd rayonunda yerləşən birtərəfli uzun küçə. Küçənin cənub sərhədi 21-ci küçədəki Qramersi Parkda yerləşir, şimal sərhədi isə 131-ci küçədə. Leksinqton prospektinin uzunluğu 8,9 kilometr təşkil edir və o, Harlem, Karnegi Hill, Yuxarı İst Sayd, Midtaun və Marri Hill kvartal və rayonlarından keçir. Qramersi Parkdan cənubda, 14-cüdən 20-ci küçələrə qədər prospekt xətti boyunca kiçik, iki tərəfli İrvinq Pleys küçəsi yerləşir. == İctimai nəqliyyat == Leksinqton prospekti boyunca Nyu-York metropoliteninin Leksinqton Avenyu, Ay Ar Ti xətti keçir. Həmçinin küçədə Mərkəzi vağzal — 42-ci küçə (7), Leksinqton Avenyu — 63-cü küçə (7) və Leksinqton Avenyu — 59-cu küçə (N, Q, R) kimi stansiyaların çıxışı yerləşir. 2013-cü ilin iyun ayına olan vəziyyətə əsasən Leksinqton prospektində M98, M101, M102 və M103 avtobus marşrutları xidmət göstərirlər. İrvinq Pleys küçəsində ictimai nəqliyyat vasitəsi xidmət göstərmir.
Mira prospekti (Vladiqafqaz)
Mira (Oset. Сабырдзинады prospekti) - Rusiya, Şimali Osetiya, Vladiqafqaz şəhərinin mərkəzi prospektidir. Şəhərin tarixi və mədəni mərkəzidir. İriston Bələdiyyə Mahalında, Azadlıq Meydanından başlayır və şimaldan Kirov küçəsinə keçir. Mira prospekti, Qorki, Djanaev, Mayakovski və Nikitin küçələri ilə kəsişir. Mira prospekti qərb tərəfdən , Lenin meydanı ilə kəsişir və Stanislavski zolağı və Nekrasov küçəsində başa çatır. Mira prospektindən şərqə Sereteli, Butırina, Kuybışeva və Petrovski küçələri başlayır. Prospekt 19-cu əsrin birinci yarısında hərbi Vladiqafqaz bölgəsinin ilk rəisi və qalanın komendantı general-leytenant Pyotr Nesterovun səyləri ilə qurulmağa başladı. XIX əsrin 40-cı illərində, onun təşəbbüsü ilə Monplezir parkı təşkil edildi - bu gün prospektə bitişik olan Kosta Xetaqurov Mərkəzi Mədəniyyət və İstirahət Parkının bir hissəsidir. Sonradan küçə onun adını daşıyırdı - Nesterovski Bulvarı.
Mətbuat prospekti (Bakı)
Mətbuat prospekti — Bakı şəhərinin Yasamal rayonunda prospekt. Prospektdə Azərbaycan nəşriyyatı (əvvəlki Kommunist nəşriyyatı) yerləşdiyindən belə adlandırılmışdır. Mətbuat prospekti Abbas Mirzə Şərifzadə və Zahid Xəlilov küçələrinə paraleldir. Mətbuat prospekti Mikayıl Müşfiq küçəsindən başlayır və Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişmədə bitir. Yasamal parkında bitən prospektin davamı olaraq Həsən bəy Zərdabi küçəsi başlayır. Seyfəddin Dağlı küçəsi Abbas Mirzə Şərifzadə küçəsi Ayna Sultanova küçəsi Məmməd Rahim küçəsi Bəxtiyar Vahabzadə küçəsi İsfəndiyar Zülalov küçəsi Şəhriyar küçəsi № ? — Yasamal qəbiristanlığı № ? — Azərbaycan nəşriyyatı № 23 — Beynəlxalq Mətbuat Mərkəzi № 25 — Kaspi Təhsil Mərkəzi № ? — Bakı Dövlət Universitetinin yataqxanaları № ?
Neftçilər prospekti (Bakı)
Neftçilər prospekti — Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən, iki istiqamətli 5 zolaqlı küçədir. Küçə öz başlanğıcını Azneft meydanından götürür, Bakı bulvarı boyunca uzanaraq, Yusif Səfərov küçəsi səviyyəsində Nobel prospektinə keçir. Küçənin uzunluğu 3,3 km-dir.
Nobel prospekti (Bakı)
8 Noyabr prospekti — Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən ən uzun, iki istiqamətli 6 zolaqlı küçə. Küçə öz başlanğıcını Neftçilər prospekti ilə Yusif Səfərov küçəsinin kəsişdiyi nöqtədən götürür və Ramiz Quliyev küçəsi səviyyəsində Zığ şosesinə keçir. Küçənin uzunluğu 6,5 km-dir. Yolun sonu Nargilə dairəsində bitir. 12 aprel 2021-ci ildə prospektin adı "8 Noyabr" olaraq dəyişdirilmişdir.
Tbilisi prospekti (Bakı)
Tbilisi prospekti — Bakıda prospekt. Moskva prospektindən Bakıxanov küçəsinə kimi uzanır. Bakı Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1963-cü ilin 13 sentyabrında verdiyi qərara əsasən Saray şossesinin adı dəyişdirilib Tbilisi prospekti oldu. Bakı şəhərinin icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 2004-cü il 14 iyun tarixində imzaladığı 125 nömrəli sərəncama əsasən prospektin bir hissəsinin adı dəyişdirilərək Moskva prospekti olmuşdur. 1990-cı ildə yanvarın 20-də sovet ordusunun tankları Tbilisi prospekti ilə irəliliyərək yüzlərlə insanı öldürmüşdürlər. Ölənlərin çoxu 20 yanvar dairəsində həlak olmuşdurlar. Mehdi Hüseynzadənin heykəli. Heydər Əliyev adına idman-konsert kompleksi. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin binası Qara Məşədiyev, "Bakı küçələri: adlar və talelər", Bakı: "Elm və təhsil", 2013.
Yena prospekti (Paris)
Yena prospekti (fr. Avenue d'Iéna) — Parisin XVI arrondissmentinə aid küçələrindən biri. Azərbaycanın Fransadakı səfirliyi bu prospektdə yerləşir. Küçə 14 oktyabr 1806 cı ildə Yene yaxınlığında Napoleonun Prusiya qoşunu üzərindəki qələbəsinin şərəfinə adlandırılmışdır. Yena prospekti №6 ünvanında sənayeçi Emil Qimenin yaratmış olduğu Şərq mədəniyyətini sərgiləyən Qime muzeyi yerləşir. Yena prospekti №78 ünvanında Azərbaycanın Fransa səfirliyi yerləşir.
Şimal prospekti (İrəvan)
Şimal prospekti (erm. Հյուսիսային պողոտա, ing. Northern avenue) — prospekt olaraq piyada keçid zonasını təşkil edir. Belə ki, Opera və Balet teatrını Respublika meydanı ilə birləşdirir. Prospekt boyunca elit bina, restoran və ofislər yerləşir. Prospektin uzunluğu 1,5 km təşil edir Şimal prospektinin inşası fikiri 1900-cü ildə Aleksandr Oqanesoviç Tamanyan tərəfindən irəli sürülmüşdür. Sovet hakimiyyəti qurulduqdan sonra layihədən imtina edilmişdir. XX əsrin sonlarında prospektin salınması fikri yenidən ortaya çəxmışdır. İlk eskizlərə əsasən prospekt bir başa Respublika meydanıma uzanmalə idi. Ancaq bir müddət əvvəl burada inşa edilən Ermənistan milli qalereyası bunu etməyə imkan verməmişdir.
Azadlıq prospekti
Azadlıq prospekti (Rusiya)
Buyonnovski prospekti
Budyonnovski prospekti — Rostov-na-Donu şəhərində yerləşən mərkəzi prospektlərdən biri. Bolşoy Sadovaya küçəsi ilə kəsişərək, paralel şəkildə Voroşilov prospektinə çıxır. Əvvəllər müxtəlif cür adlandırılmışdır: Taqanroq yolu (XVIII əsr), Taqanroq küçəsi (XIX əsr), Taqanroq prospekti (XX əsr). == Tarixi == Küçə Semyon Mixayloviç Buyonnovskinin şərəfinə sdlandırılmışdır. O, sovet hərbi rəhbəri dövlət və partiya xadimi olmuşdur. Rusiyada baş vermiş vətəndaş müharibəsi zamanı 1-ci atlı ordusunun komandanı olmuşdur. Bolşoy Sadovnaya küçəsi ilə birləşən hissədə, ev 32 ünvanında barelyef qoyulmuşdur. Budyonnovski prospekti ilə Puşkinskaya küçəsinin kəsişməsində Budyonnovskiyə abidə ucaldılmışdır. == Coğrafiyası == Nömrələr cənubdan şimala doğru artır. Prospektdə yerləşir: Resker və Xosudovskinin gəlirli binası, Budyonnovski 10 (sökülmüşdür).
Şanzelize prospekti
Şanzelize prospekti və ya Şanzelize Bulvarı (Fransız dili: Avenue des Champs-Élysées; qısaca Şanzelize, Champs-Élysées), Fransanın paytaxtı Paris in məşhur bir prospektidir. Parisin ən gözəl prospekti olaraq göstərilməkdədir və Fransızlar aralarında dünyanın ən gözəl bulvarı deyə xitab edərlər. Adını Yunan mifologiyasında cənnət olaraq göstərilən Elysion düzənliklərindən götürmüşdür. Şanzelize Parisin şimal qərbində, 8. bölgəsində var. Luksor Obeliski tapıldığı Concorde Meydanından başlar və Arc da Triomphe abidəsinin tapıldığı Charles də Gaulle Meydanında bitər (köhnə adı Ulduz Meydanı). 1950 metr uzunluğundakı bulvarın ilk kilometri düz, ikinci kilometri isə yoxuşludur. Genişliyi isə 70 metrdir. Yol boyu düz xəttli olduğu üçün sırasıyla Louvre Sarayı, Arc da triomphe du Carrousel, Tuileries Bağçası və Luksor Obeliski və bir az qərbdə Paris xaricində qalan Arche də la Défense düzülər. Fransız səlahiyyətlilər bu düz xəttli yola Axe Historique adını vermişlər.
Şoloxov prospekti
Şoloxov prospekti — Rostov-na-Donu şəhərində, Rroletarnı və Pervomayski rayonlsrı arasında yerləşir. Rostov-na-Donu şəhərində uzunluğuna görə ikinci küçədir Enegetiklər meydanından başlayaraq Aksay prospektinə qədər davam edir. Buradan federal əhəmiyyətli М-4 Don avtomagistralına çıxır. Prodpektin uzunluğu 7,8 km təşkil edir. Bir başa avtomagistrala çıxışı onun yükünü artırır. Küçədən avtomobil və troleybus nəüliyyatı hərəkət edir. 3 iyul 1984-cu ildə SSRİ Nazirlər Sovetinin göstərişinə görə Oktyabrskaya küçəsinin adı böyük sovet yazıçısı Mixail Aleksandroviç Şoloxovun şərəfinə Şoloxov prospekti adlandırılmışdır. Rostov hava limanı. Köhnə avtovağzal - hazırda şəhər daxili məqsədlər üçün istifadə edilir. Sahəsinə görə şəhərin ən böyük parkı - Nikolay Ostrovski adına park, həmdə burada Aviatorlar parkı vardır.
Azadlıq Prospekti metrostansiyası
"Azadlıq Prospekti" metrostansiyası — Bakı metrosunda stansiya. == Xarakteristikası == "Azadlıq Prospekti" Azərbaycanda platforması sütunsuz olan ilk metrostansiyadır. "Azadlıq Prospekti"nin digər stansiyalardan əsas fərqi də bundan ibarətdir. Stansiyanın yerləşdiyi yer layının süxurları əsasən əhəng daşından ibarət olduğundan platformanı sütunsuz inşa etmək mümkün olub. 15 metr dərinlikdə yerləşir. Stansiyanın memarı Elbəy Qasımzadədir. Stansiyanın daxili sistemlərinin qurulmasında Türkiyə, Rusiya, Almaniya və digər ölkələrdən gətirilmiş avadanlıqlardan istifadə olunub. Stansiya 30 dekabr 2009-cu ildə istifadəyə verilmişdir. Açılışında prezident İlham Əliyev iştirak etmişdir.
Azadlıq prospekti (Bakı)
Azadlıq prospekti — Bakı şəhərinin Səbail, Nəsimi, Nərimanov və Binəqədi rayonlarında, Səməd Vurğun və Süleyman Rüstəm küçələrinə paralel prospekt. Prospekt 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra bu adı daşıyır. Əvvəlki adı Lenin prospekti olmuşdur. Prospekt Bakı şəhərində ən uzun küçələrdən biridir.[mənbə göstərin] Prospektin 200/36 ünvanında 19 may 2015-ci ildə yanğın baş vermiş, 15 nəfər həlak olmuş 50-dən çox sakin xəsarət almışdır == Kəsişdiyi küçələr == Prospekt Neftçilər prospektindən başlayaraq Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki dəmiryolu körpüsündə bitir. Neftçilər prospekti Zərifə Əliyeva küçəsi Üzeyir Hacıbəyov küçəsi Xəqani küçəsi Nizami küçəsi 28 May küçəsi Dilarə Əliyeva küçəsi Süleyman Rəhimov küçəsi Şamil Əzizbəyov küçəsi Salatın Əsgərova küçəsi Mikayıl Rəfili küçəsi Ruhulla Axundov küçəsi Bakıxanov prospekti Ənvər Qasımzadə küçəsi Vaqif prospekti Mirqasımov küçəsi Feyzulla Qasımzadə küçəsi Abbas Səhhət küçəsi Nəsibbəy Yusifbəyli küçəsi Möhsüm Sənani küçəsi Həsən Əliyev küçəsi Maqsud Əlizadə küçəsi Məmməd Araz küçəsi Ziya Bünyadov prospekti Səttar Bəhlulzadə küçəsi Əcəmi Naxçıvani küçəsi Cəfər Xəndan küçəsi Məsud Davudoğlu küçəsi Süleyman Suni Axundov küçəsi == Mühüm ünvanlar == № 1 — Park Inn by Radisson Azerbaijan Baku Hotel (en) № 1B — Гостиница Hilton Baku (ru) № 3A — Средняя школа № 143 (ru) № 9 — 160 saylı məktəb № 18 — Бакинский филиал АТиСО (ru) № 27 — "28 mall" ticarət mərkəzi № 38 — Azərbaycan Dövlət Neft Akademiyası № 72 — Ресторан «Бочка» (ru) № 75 — Pantomima teatrı № 79 — 99 saylı məktəb № 83 — ABŞ səfirliyi № 106 — Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu № 143 — Кинотеатр «Измир» № 185 — Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası. № 155 — AMEA-nın Genetik Ehtiyatlar İnstitutu № 183 — 115 saylı məktəb № ? — Bakı Dəmir Yolu Vağzalı № ? — Keçmiş Sabunçu Vağzalı № ?
Azərbaycan prospekti (Sumqayıt)
Azərbaycan prospekti — Sumqayıt şəhərində mərkəzi küçələrdən biri. 1991-ci ilə kimi Lenin küçəsi (rus. Улица Ленина) adlanıb. Prospektin ümumi uzunluğu 1.43 km olmaqla, onun Heydər Əliyev prospekti ilə kəsişməsinə qədər olan 1 km hissəsi 4 zolaqlı, qalan hissəsi isə 2 zolaqlıdır. == Kəsişdiyi küçələr == Şimaldan cənuba doğru: Səməd Vurğun küçəsi Nəriman Nərimanov küçəsi Nizami küçəsi Heydər Əliyev prospekti Bakı küçəsi Koroğlu prospekti Kimyaçılar küçəsi (Azərbaycan prospektinin qurtardığı yerdən Kimyaçılar küçəsi başlayır) == Önəmli ünvanlar == № 9 — Sumqayıt şəhər İcra Hakimiyyəti № 21 — Sumqayıt Dövlət Dram Teatrı № 15 — Sumqayıt şəhər Mərkəzi Poçt Şöbəsi № 103 — Sumqayıt şəhəri təbiət elmləri təmayüllü gimnaziya № 9/20 — Serafim Sarovski məbədi (Rus kilsəsi) № 22 — Cəfər Cabbarlı adına mədəniyyət evi № 184 — Sumqayıt şəhəri Rayonlararası Narkoloji Dispanser № ?
David Aqmaşenebeli prospekti
David Aqmaşenebeli prospekti (gürc. დავით აღმაშენებლის გამზირი) — Tbilisidə Çuqureti rayonunda, Saarbrücken meydanından Tsabadze küçəsinə qədər olan prospekt. Prospekt şəhərin əsas küçələrindən biri sayılır. == Tarixi == Prospektin ilk adı Mixaylovski Prospekti (1851) olmuşdur. Rusiya imperatoru I Nikolayın oğlunun şərəfinə, Avlabar qapısından keçən köhnə Avçal yoluna paralel olaraq salınmışdır. 1735-ci il şəhərin baş planında müasir Vaxuşti Baqrationi prospektinin əvvəlində Axalsopeli kəndi göstərilir. 1800-cü il baş planında kilsəsi olan Kukia kəndi bu yerdə göstərilir. Üstəlik ərazi qala ilə əhatə olunmuş və divarları, ətrafında geniş bir şəxsi bağ mövcud idi. 1818-ci ildə, burda əsasən kənd təsərrüfatı ilə məşğul olan, tərəvəz bağları üçün sahə şumlayan, hətta suvarma kanalı çəkən Vürttemberg alman kolonistlərinin Aleksanderdorf (Rusiya monarxı I Aleksandrın şərəfinə adlandırılan) qəsəbəsi yarandı. 1853-cü ildə ərazi şəhər sərhədlərinin bir hissəsi oldu.
8 Noyabr prospekti (Bakı)
8 Noyabr prospekti — Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən ən uzun, iki istiqamətli 6 zolaqlı küçə. Küçə öz başlanğıcını Neftçilər prospekti ilə Yusif Səfərov küçəsinin kəsişdiyi nöqtədən götürür və Ramiz Quliyev küçəsi səviyyəsində Zığ şosesinə keçir. Küçənin uzunluğu 6,5 km-dir. Yolun sonu Nargilə dairəsində bitir. 12 aprel 2021-ci ildə prospektin adı "8 Noyabr" olaraq dəyişdirilmişdir.
Heydər Əliyev prospekti (Bakı)
Heydər Əliyev prospekti — Bakı şəhərində ən uzun və geniş prospekt. Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin adını daşıyan prospektin əvvəlki adı Moskva prospekti olmuşdur. == Haqqında == Heydər Əliyev prospekti Bakı şəhərində ən uzun və geniş prospekt olaraq paytaxtın giriş qapısı sayılır. Bir sıra dövlət qurumlarının, böyük şirkətlərin inzibati binaları, həmçinin Heydər Əliyev Mərkəzi bu prospektdə yerəşir. Prospektə Ulu Öndərin adı 14.04.2004-cü il tarixli, 124 nömrəli sərəncama əsasən verilmişdir. Prospektin keçmiş adı Moskva olmuşdur. 1990-cı illərin əvvəllərində prospektin uzunluğu 4 kilometr olan cənub hissəsi (Qədirbəyov küçəsinə qədər) Xətai prospekti adlandırıldı. 2004-cü ildə prospekt Heydər Əliyevin şərəfinə adlandırıldı ("Moskva prospekti" adı şəhərin başqa hissəsində Tbilisi prospektinin bir hissəsinə verildi). 2007-ci ildən bəri prospekt dəfələrlə təchiz edilmiş və genişləndirilmişdir - bir çox qəzalı yaşayış binaları sökülüb və işləməyən sənaye obyektləri ləğv edilib, prospektin eni əvvəllər 32 metr, sonra 45-ə, bəzi yerlərdə isə 55 metrə qədər (10 zolaq) genişləndirildi. 2013-cü ildə prospektin yenidən qurulması layihəsi təsdiq edilib.
Heydər Əliyev prospekti (Gəncə)
Heydər Əliyev prospekti — Gəncə şəhərində ən uzun və geniş prospekt. Prospekt Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyır. Əvvəlki adı Булатовскую улицу sonra Lenin prospekti Şah İsmail Xətai prospekti 28 May prospekti olmuşdur. == Haqqında == Baş Meydan bu prospektə yerləşdiyi üçün şəhər qədim yerlərindən biridir. Şah Abbas məscidi bu prospektə yerləşir. Bu küçə Zərrabi məhəlləsi ilə baslıyir Dörtyol məhəlləsi ile gedirdi.Gəncədə Dəmir yolu tikilməyə başlandıqdan sonra Şəhər şərqə doğru uzanmağa Başlanmış Və 20 əsrin sonunda prospekt indiki formasını alamağa başlamışdır. == Kəsişdiyi küçələr == Heydər Əliyev prospekti Zərrabi küçəsindən başlayır və Zülfü Hacıyev ilə kəsişmədə bitir.
Hüseyn Cavid prospekti (Bakı)
Hüseyn Cavid prospekti — Bakı şəhərinin Yasamal rayonunda prospekt. Prospekt Azərbaycan şairi, yazıçı və dramaturqu Hüseyn Cavidin adını daşıyır. Hüseyn Cavid prospekti Mətbuat prospekti və Zahid Xəlilov küçəsinə paraleldir. == Haqqında == Prospektin əvvəlki adı Nərimanov prospekti olmuşdur. Prospektdə Akademiya bağı və onun qarşısında Hüseyn Cavid bağı yerləşir. Bakı şəhərinin görməli yerlərindən hesab edilir. == Kəsişdiyi küçələr == Hüseyn Cavid prospekti Space TV-nin yaxınlığındakı dairədən başlayır və Həsən Məcidov küçəsi ilə kəsişmədə bitir. Seyfəddin Dağlı küçəsi Ayna Sultanova küçəsi Məmməd Rahim küçəsi Bəxtiyar Vahabzadə küçəsi Lətif İmanov küçəsi Mehdi Məmmədov küçəsi Əbdürrəhim bəy Haqverdiyev küçəsi == Mühüm ünvanlar == № ? — Respublika İncəsənət Gimnaziyası № ? — Space TV № ?
Həsən bəy Zərdabi prospekti (Bakı)
Həsən bəy Zərdabi küçəsi — Bakı şəhərinin Yasamal rayonunda küçə. Küçə Azərbaycanın görkəmli ziyalısı Həsən bəy Zərdabinin adını daşıyır. Həsən bəy Zərdabi küçəsi Abbas Mirzə Şərifzadə və Zahid Xəlilov küçələrinə paraleldir. == Haqqında == == Kəsişdiyi küçələr == Həsən bəy Zərdabi küçəsi Əbdürrəhim bəy Haqverdiyev küçəsindən (Musabəyov parkından) başlayır və 20 Yanvar dairəsində (Tbilisi prospekti) bitir. Həsən Məcidov küçəsi Akim Abbasov küçəsi Əbdülvahab Salamzadə küçəsi Talıblı küçəsi Həmidov küçəsi Məhəmməd Xiyabani küçəsi Heydər Hüseynov küçəsi == Mühüm ünvanlar == № ? — Zərgərlik zavodu № ? — 13 saylı uşaq poliklinikası № 53 — Nəsirəddin Tusi adına Klinika № 68/70 — Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsi № 74/4 — Azpetrol № 78 — Nurlar nəşriyyatı № 78 — Qismət nəşriyyatı № 79b — Milli Onkologiya Mərkəzi № 80 — Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu № 84,86 — Şəfa klinikası № 88a — Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti № 88a — Bakı Biznes Universiteti № 92a — ASP MKT (Melissa Park office, yaşayış binaları) № 183 — Baku mall № ?
Marşal Baqramyan prospekti (İrəvan)
Marşal Abramyan prospekti (erm. Մարշալ Բաղրամյան պողոտա) — İrəvan şəhərinin mərkəzində yerləşən prospekt. Prospektin böyük bir qismi şəhərin mərkəzi inzibati dairəsi əeazisində yerləşir. Bir hissəsi isə Arabkir inzibati dairəsinə daxildir. Prospekt milliyyətcə erməni olan sovet sərkərdəsi İvan Xristovoroviç Baqramyanın şərəfinə adlandırılmışdır. 1970–1995-ci illərdə Dostluq prospekti olaraq adlandırılırdı == Maraqlı fakt == Marşal Baqramyan rospekti İrəvan şəhərinin mərkəz hissəsinin əsas arteriya xəttini təşkil edir. Pospekt Fransa meydanından başlayaraq Dostluq meydanına qədər uzanır. Fransa meydanında isə A. A. Spendrionov adına erməni akademik opera və balet teatrı yerləşir. Ermənistan Respublikası prezidentinin rezidensiyası və Ermənistan Respublikasının Milli Məclisinin binasının bu prospektdə yerləşməsi səbəbindən burada tez-tez mitiqlər təşkil edilir. 2015-ci ildə tsrif qiymətlərinin qaldırılması ilə əlaqədar olaraq təşkil edilən kütləvi mitinqlərdə prospekt bir necə həftə nəqliyyatın üzünə bağlı qalmışdır.
Mixail Naqibin prospekti (Rostov-na-Donu)
Mixail Naqibin prospekti — Rostov-na-Donu ərazisində yerləşən küçə. İnzibati cəhətdən ərazisin böyük hissəsi Voroşilov rayonu ərazisində yerləşir. Bəzi hissələr isə Oktyabrski və Kirovski rayonları ərazisinə düşür. Tekuçev küçəsindən başlayaraq Nərimanov küçəsi ilə kəsişdikdən sonra Pliyeva küçəsi və Olxovski xiyabanına keçir. Qaqarin meydanından başlayaraq cənubdan şimala, Lelin meydanından isə şimal-şərqə istiqamətlənir. Prospektin uzunluğu 6 km-dur 1967-ci ilə qədər Şimal prispekti olaraq adlandırılırdı. Sonradan Oktyabrski prospekti olaraq adlandırılır. 2000-ci ildə ildə Mixail Naqibin prospekti adını alır. XX əsrin 40-cı illərinin sonlarından 50-ci illərinin əvvəllərindən Rostov-na-Donu şimal istiqamətində inkişaf etməyə başlamışdır. 50-ci illərin əvvəllərində buradan tramvay xətti çəkilmişdir.
Heydər Əliyev prospekti (dəqiqləşdirmə)
Heydər Əliyev — Azərbaycan siyasi və dövlət xadimi. Azərbaycanın 3-cü Prezidenti (1993–2003). Heydər Əliyev həmçinin bu mənaları ifadə edə bilər: == Şəxslər == Heydər Əliyev (İlham Əliyevin oğlu) — Hazırkı Azərbaycan Prezidenti İlham Əliyevin ən kiçik övladı və yeganə oğlu. == Prospektlər == Heydər Əliyev prospekti — Bakıda prospekt.

"prospekti" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#prospekti nədir? #prospekti sözünün mənası #prospekti nə deməkdir? #prospekti sözünün izahı #prospekti sözünün yazılışı #prospekti necə yazılır? #prospekti sözünün düzgün yazılışı #prospekti leksik mənası #prospekti sözünün sinonimi #prospekti sözünün yaxın mənalı sözlər #prospekti sözünün əks mənası #prospekti sözünün etimologiyası #prospekti sözünün orfoqrafiyası #prospekti rusca #prospekti inglisça #prospekti fransızca #prospekti sözünün istifadəsi #sözlük