proyektiv sözü azərbaycan dilində

proyektiv

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • proyektiv • 75.0000%
  • Proyektiv • 25.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Proyektiv həndəsə
Proyektiv həndəsə — həndəsənin proyektiv xassələrini, yəni müstəvinin (fəzanın) özünə bütün proyektiv çevirmələrində invariant qalan xassələrini öyrənən bölməsidir. Proyektiv həndəsə proyektiv çevirmələr qrupu ilə təyin olunan həndəsədir. Proyektiv həndəsənin mənbəyi proyeksiyallama üsuludur. Proyektiv həndəsə adı da buradan əmələ gəlmişdir. Proyektiv həndəsə əsas anlayışlarından biri “dörd nöqtənin mürəkkəb nisbəti” anlayışıdır. İkilik prinsipi də proyektiv həndəsənin əsas anlayışlarından biridir. Proyektiv həndəsə qeyri-evklid həndəsənin bölməsidir. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. "Fizika, riyaziyyat və informatika tədrisi" jurnalları, 2000-2012-ci illər,Bakı.
Proyektiv müstəvi
Proyektiv müstəvi - proyektiv həndəsədə qeyri-məxsusi (sonsuz uzaqlaşmış) elementlərlə tamamlanmış müstəvidir (Evklid müstəvisi). Hər bir düz xətt sonsuz uzaqlaşmış nöqtə ilə, bütün müstəvi isə sonsuz uzaqlaşmış düz xətlə tamamlanmışdır. Proyektiv müstəvidə paralel düz xətlər yoxdur. İstənilən iki düz xətt kəsişir. Proyektiv müstəvidə qeyri-məxsusi düz xətlə adı düz xətt arasında fərq yoxdur. 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2. "Fizika, riyaziyyat və informatika tədrisi" jurnalları, 2000-2012-ci illər,Bakı.
Proyektiv testlər
Proyektiv testlər - daxili proyeksiya dinamikası doğuran qeyri-müəyyən stimulların təqdimi əsasında yoxlananların şəxsiyyətini tamlıqda öyrənməyə imkan verən metodikadır. Bu cür testlərə Rorşarx testini, tematik apperseptiv testi (TAT) və s-ni aid etmək olar. Məsələn, TAT-ın tətbiqi zamanı yoxlanan adam ona təqdim olunan şəkildə baş verən hadisələri təsvir edir və bu zaman həmin hadisələrə öz daxili hiss və məramını ifadə edir (şəkillər elə tərtib olunur ki, onları müxtəlif şəkildə şərh etmək mümkün olsun) Ümumi psixologiya. Prof. S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin elmi redaktorluğu ilə.
Proyektiv fəza (riyaziyyat)
Proyektiv fəza-qeyri-məxsusi (sonsuz uzaqlaşmış) elementlərlə tamamlanmış Evklid fəzasından alınmış fəza: (qeyri-məxsusi nöqtə, qeyri-məxsusi düz xətt və qeyri-məxsusi müstəvi). Hər bir düz xətt təkcə bir qeyri-məxsusi nöqtə ilə, hər bir müstəvi təkcə bir qeyri-məxsusi düz xətlə, bütün fəza isə təkcə bir qeyri-məxsusi müstəvi ilə tamamlanır. Proyektiv fəzanın məxsusi (adi) elementi ilə qeyri-məxsusi (sonsuz uzaqlaşmış) elementi arasında heç bir fərq yoxdur: ixtiyari iki düz xətt kəsişir, ixtiyari düz xətt və müstəvi kəsişir, ixtiyari iki müstəvi kəsişir. Proyektiv fəza aksiomatik olaraq üç növ obyektdən (nöqtələr, düz xəttlər və müstəvilər) təşkil olunmuş çoxluq kimi təyin olunur. Onlar üçün aidolma və tərtib münasibətləri təyin olunur. Bu münasibətlər proyektiv həndəsənin müəyyən tələblərini ödəyir. 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2.

Oxşar sözlər

#proyektiv nədir? #proyektiv sözünün mənası #proyektiv nə deməkdir? #proyektiv sözünün izahı #proyektiv sözünün yazılışı #proyektiv necə yazılır? #proyektiv sözünün düzgün yazılışı #proyektiv leksik mənası #proyektiv sözünün sinonimi #proyektiv sözünün yaxın mənalı sözlər #proyektiv sözünün əks mənası #proyektiv sözünün etimologiyası #proyektiv sözünün orfoqrafiyası #proyektiv rusca #proyektiv inglisça #proyektiv fransızca #proyektiv sözünün istifadəsi #sözlük