pruss sözü azərbaycan dilində

pruss

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • pruss • 66.6667%
  • Pruss • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Avstriya-Prussiya-Danimarka müharibəsi
Danimarka müharibəsi, Avstriya-Prussiya-Danimarka müharibəsi (qərb tarixşünaslığında həm də İkinci Şlezviq müharibəsi və Danimarka-alman müharibəsi kimi tanınır) — 1864-cü ildə Prussiya krallığı və Avstriya imperiyası ilə Danimarka arasında baş vermiş hərbi münaqişə. Prussiya ətrafında Almaniyanın birləşməsi prosesində baş verən ilk müharibələrdən hesab olunur. == Müharibənin səbəbləri == XIX əsrin ortalarında, Danimarka ilə şəxsi uniyada olan Şlezviq və Holşteyn şahzadələri üstündə Danimarka ilə Prussiya arasında rəqabət yaranmışdı. 1848-ci ildə 1850-ci ilə qədər davam edən müharibə başladı. Tamamlandıqdan sonra 1850 və 1852-ci illərin London protokollarına əsasən şahzadələrin əvvəlki statusu böyük dövlətlər tərəfindən təsdiqləndi. Holşteynin əhalisi demək olar ki, bütünlüklə almanlardan ibarət idi. Şlezviqdə isə - danimarkalıların dörddə üçü məskunlaşmışdı. Almanlar Şlezviqin cənub hissəsində məskunlaşmışdılar, almanlar demək olar ki, bütün böyük torpaq mülkiyyətçiləri idi. Danimarkanın özündə "Danimarka Eyderə qədər" şüarı altında Şlezviqin ilhaqı və Holşteynin tərk edilməsi istəyi üstünlük təşkil etdi. Danimarka kralı VII Frederikin sonsuz olması Oldenburq sülaləsinin sonu demək idi.
Avstriya-Prussiya müharibəsi
Avstriya-Prussiya müharibəsi (Almaniya tarixində həm də Alman müharibəsi və Yeddihəftəlik müharibə, İtaliya tarixində isə Üçüncü istiqlaliyyət müharibəsi kimi tanınır) — 1866-cı ildə Prussiya krallığı və İtaliya ilə Avstriya imperiyası arasında baş vermiş hərbi münaqişə. Müharibədə ümumilikdə 29 dövlət bilavasitə iştirak etmiş, onlardan 13-ü Avstriya, 16-sı Prussiya tərəfində olmuşdur. Müharibə yeddi həftə davam etmişdir (15 iyun - 26 iyul 1866). Avstriya iki cəbhədə vuruşmaq məcburiyyətində qalmış, 1856-cı ildən bəri texnoloji çatışmazlığı və siyasi təcrid edilməsi onun bu müharibədə məğlubiyyətinə səbəb olmuşdur. 3 iyul 1866-cı ildə baş vermiş Sadova döyüşündə general-feldmarşal Moltkenin komandanlıq etdiyi Prussiya qoşunları Avstriya ordusunu darmadağın etdilər. Avqustun 23-də bağlanmış Praqa sülh müqaviləsinə görə, Avstriya Holşteyni Prussiyaya verdi və Alman Birliyini tərk etdi. 1866-cı il müharibəsinin siyasi nəticəsi Avstriyanın rəhbərliyi altında Alman dövlətlərini birləşdirməkdən imtina etməsi və Almaniyadakı hegemonluğunu Şimali Alman İttifaqına, yeni bir konfederativ dövlət quruluşuna rəhbərlik edən Prussiyaya keçməsi oldu.
Brandenburq-Prussiya
Brandenburq-Prussiya (alm. Brandenburg-Preußen‎) — 1618-ci ildə Brandenburq markqraflığı ilə Prussiya hersoqluğunun birləşməsi nəticəsində yaranmış alman knyazlığı. == Tarixi == Brandenburq hersoqluğunun başında Hohensollernlər sülaləsi (1411-dən) dururdu. Bu nəslin əsası Şvabiyadan gəlir. Bu nəslin əasa 2 qolu var: Nürnberq və Şvabiya. Brandenburqun yüksəlməsinə səbəb otuz illik müharibədən sonra Avropanın şimalının və Baltik dənizinin ticarət üçün əhəmiyyətinin artması olmuşdur. Paytaxtı Berlin şəhəri idi. Əkinçilik və qoyunçuluq yaxşı inkişaf etmişdir. Böyük kürfürüst adlanan Fridrix Vilhelm (1640–1688) Hollandiyada mükəmməl siyasət dərsi, tarix dərsi, hərb dərslər almışdı O, 30 illik müharibədən sonra ölkənin düşdüyü ağır vəziyyəti nəzərə alaraq, yalnız Brandenburqun qorunub saxlanması istiqamətində siyasət yeridirdi. "Membra unis kapitis" adlanan siyasət yeritdi.
Fransa-Prussiya müharibəsi
Fransa–Prussiya müharibəsi (almanca: Deutsch-Französischer Krieg, fransızca: Guerre franco-allemande de 1870) — 19 iyul 1870 – 10 may 1871-ci illər arasında II Fransa imperiyası ilə Prussiya krallığı arasında edilən müharibə. Fransada daha çox 1870-ci il müharibəsi olaraq qeyd olunur. == Tarixi == İkinci Fransa imperiyası və Prussiya arasında olmuşdur. Prussiya üzvü olduğu Şimali Alman Konfederasiyası və cənubi alman dövlətləri olan Baden, Vürtemburq və Bavariya tərəfindən dəstəklənmişdir. Prussiya və alman ittifaqının mütləq zəfəri Prussiya kralı I Vilhelmin rəhbərliyi altında Almaniyanın birləşməsini təmin etdi. Bundan əlavə III Napoleonun devrilməsinə və III Respublikanın qurulmasına səbəb olaraq II Fransız imperiyasının süqutuna yol açdı. Barışığın bir hissəsi olaraq Elzas bölgəsi və Lotaringiya torpaqlarının bir qismi Prussiyaya verildi. Bu torpaqlar I Dünya müharibəsinin sonunda Versal müqaviləsi ilə Fransaya təkrar verilənə qədər Almaniyanın bir parçası olaraq qaldı. İki dövlət arasındakı toqquşma pik nöqtəsinə II İzabelin 1868-ci ildə hakimiyyətdən devrilməsi zamanı Hohensollerlərin bir şahzadəsinin İspaniya taxtına namizəd olması ilə çatdı. Prussiya kralı və fransız səfiri arasındakı EMS teleqraf danışığı mümkün müharibəyə xalqin dəstəyini təmin etmək üçün hər iki tərəfdə də dəyişdirilərək dəfələrlə yayımlandırıldı.
II Fridrix (Prussiya kralı)
II Fridrix və ya Böyük Fridrix (alm. Friedrich II., Friedrich der Große, Alter Fritz‎; d. 24 yanvar 1712 – ö. 17 avqust 1786) — Prussiya kralı. == Fəaliyyəti == 1740-ci ildə 1 fridrix Vilhelmin vəfatından sonra oğlu II Fridrix (1740-1786) gəldi. II Fridrixin dövrü Prussiya krallığında “maarifçi-mütləqiyyət dövrü” adlanır. Hakimiyyətə gələn II Fridrix: sənaye və ticarətin inkişaf etdirilməsində maraqlı idi, kanallar, şose yolları salınır, himayəçilik, merkantilizm siyasəti yeridilirdi, mahudçuluq, silah istehsalı inkişaf etdirilirdi, xarici mallara yüksək gömrük rüsumu qoyulurdu, emal olunmamış yunun xaricə aparılması qadağan edilirdi, ordunun sayı 170 min nəfərə çatdırılır/ senzuranı ləğv etdi. Berlin ədibləri istənilən mövzu barəsində istənilən qədər yaza bilərlər, Onun əsas prinsiplərindən biri insanları qanun qarşısında bərabər olması nəzərdə tutulurdu. Ona görə də o, zadəgan təbəqəsinin həddən artıq imtiyazlarının yolverilməz olduğunu bəyan edirdi və onları məhdudlaşdırmağa başladı. 1740-ci ildə verilmiş ordonansa görə işgəncələr ləğv edildi.
Krallıq Prussiyası
Krallıq Prussiyası (pol: Prusy Królewskie; alm: Königlich-Preußen) və ya Polşa Prussiyası (Polyakca: Prusy Polskie; Almanca: Polnisch-Preußen), Polşa krallığının regionlarından biri olmuşdur. Mərkəzi Köniqsberq şəhəri olmuşdur.
Prussiya
Prussiya — Şərqi və Mərkəzi Avropada tarixi dövlət.
Prussiya krallığı
Prussiya krallığı (alm. Königreich Preußen‎) — 1701–1918-ci illərdə mərkəzi Avropanın şimal və şərq hissəsini əhatə edən ərazilərdə mövcud olmuş müstəqil dövlət. Bu krallığa daxil olan ərazilər: Baltik dənizi sahillərindəki ərazilərin bir qismi daxildir ki, orta əsrlərdə bu ərazilər Şərqi Prussiya adlanırdılar. Brandenburq ərazisini əhatə edən və 1701-ci ildən başlayaraq almanların hakimiyyəti altına keçir. == Yaranması == XVII əsrdə Brandenburq və ətraf ərazilərin Hohentsollernlərin əlinə keçdikdən sonra müasir Prussiya dövləti meydana çıxdı. Hohentsollernlər Brandenburqda 1417-ci ildən hökmranlıq edirdilər. 1618-ci ildə Brandenburq kurfyurstu vərəsə kimi Prussiya hersoqluğuna sahib oldu. Prussiya protestant reformasiyasına qədər tevton cəngavərlərinə məxsus idi, bir zamanlar Tevton ordeninin baş sahibi Hohentsollern ailəsinin üzvü olmuşdu və protestantlığa keçdikdən sonra ordenin torpaqlarını "dünyəviləşdirmiş", özünü isə irsi hersoq elan etmişdi. Hersoqluq Prussiyasının dili və mədəniyyəti alman dili və alman mədəniyyəti idi. == Ərazisi == Pomeraniya və Brandenburq Müqəddəs Roma imperiyasının şərq tərəfdəki axırıncı torpaqları idi.
Prusslar
Prusslar — Baltik dənizinin cənub sahilində, Visla və Neman çaylarının aşağı axarları arasında yaşamış tayfalar qrupu, xalq. Qədim prussların maddi mədəniyyətləri onlara dilcə qohum olan letto-litvalılar və slavyanların mədəniyyətinə oxşardır. Prussların adları mənbələrdə IX əsrdən çəkilir. Prusslar Polşa və Rusiya ilə ticarət əlaqələri saxlamışlar. 1283-cü ildə Roma papasının və alman feodallarının köməyi ilə Tevton ordeni prussların torpaqlarını işğal etdi. İşğalçılar prussların əksəriyyətini qırdılar, qalanları isə tədricən almanlaşdı. Prussiyanın adı prusslardan götürülmüşdür. == Mənbə == ASE, VIII cild, Bakı, 1984-cü il, səh.
Şərqi Prussiya
Şərqi Prussiya (alm. Ostpreußen‎, pol. Prusy Wschodnie, lit. Rytų Prūsija) — Prussiyanın tarixi vilayəti. Şimali Alman İttifaqının keçmiş üzvü. Almaniya imperiyasının aqrar bölgəsi. 1945-ci ildə Potsdam konfransının qərarı ilə Köniqsberq şəhəri daxlolmaqla ücdə bir hissəsi SSRİ-yə verildi, hal-hazırda Rusiyanın anklav vilayətidir. Şərqi Prussiyanın üçdə iki hissəsi həmin Potsdam konfransının qərarı ilə Litva və Polşa arasında bölünüb və hal-hazırda o dövlətlərin bir hissəsidir.
Şərqi Prussiya hücumu
Şərqi Prussiya hücumu - II. Dünya Müharibəsi Şərq Cəbhəsində, Qızıl Ordunun Alman qüvvələrinə qarşı həyata keçirdiyi strateji hücumdur. Sovet hücumu 13 Yanvar 1945-ci il tarixində başlamış, bəzi Alman qoşunları 9 May 1945-ə qədər müqavimətə davam etdisə də, 25 Aprel 1945 tarixində məqsədinə çatmışdı. Qızıl Ordunun parlaq qələbəsi ilə nəticələnən Köniqsberq döyüşü ümumi hücumun mühüm bir hissəsidir. Alman tarixçilər Şərqi Prussiya Hücumunu 2-ci Şərqi Prussiya Hücumu kimi adlandırırlar. Gumbinnen Hərəkatı kimi də tanınan Birinci Şərqi Prussiya Hücumu, əsasən 1-ci Pribaltika Cəbhəsinin Memel Hücumunun bir hissəsi olaraq General Çernyaxovskiy komandanlığı altındakı 3-cü Belarus Cəbhəsinin qüvvələri tərəfindən 16 - 27 Oktyabr 1944-cü il tarixləri arasında həyata keçirilmiş bir hərəkatdır. Bu hərəkatda Sovet qoşunları Şərqi Prussiya və Polşada 30 - 60 km. dərinlikdə irəlilədilər, amma ağır itkilərə məruz qaldılar. Bu halda döyüş, cəbhə xəttində daha geniş ehtiyatlar toplanana qədər təxirə salınıb.
Fransa–Prussiya müharibəsi
Fransa–Prussiya müharibəsi (almanca: Deutsch-Französischer Krieg, fransızca: Guerre franco-allemande de 1870) — 19 iyul 1870 – 10 may 1871-ci illər arasında II Fransa imperiyası ilə Prussiya krallığı arasında edilən müharibə. Fransada daha çox 1870-ci il müharibəsi olaraq qeyd olunur. == Tarixi == İkinci Fransa imperiyası və Prussiya arasında olmuşdur. Prussiya üzvü olduğu Şimali Alman Konfederasiyası və cənubi alman dövlətləri olan Baden, Vürtemburq və Bavariya tərəfindən dəstəklənmişdir. Prussiya və alman ittifaqının mütləq zəfəri Prussiya kralı I Vilhelmin rəhbərliyi altında Almaniyanın birləşməsini təmin etdi. Bundan əlavə III Napoleonun devrilməsinə və III Respublikanın qurulmasına səbəb olaraq II Fransız imperiyasının süqutuna yol açdı. Barışığın bir hissəsi olaraq Elzas bölgəsi və Lotaringiya torpaqlarının bir qismi Prussiyaya verildi. Bu torpaqlar I Dünya müharibəsinin sonunda Versal müqaviləsi ilə Fransaya təkrar verilənə qədər Almaniyanın bir parçası olaraq qaldı. İki dövlət arasındakı toqquşma pik nöqtəsinə II İzabelin 1868-ci ildə hakimiyyətdən devrilməsi zamanı Hohensollerlərin bir şahzadəsinin İspaniya taxtına namizəd olması ilə çatdı. Prussiya kralı və fransız səfiri arasındakı EMS teleqraf danışığı mümkün müharibəyə xalqin dəstəyini təmin etmək üçün hər iki tərəfdə də dəyişdirilərək dəfələrlə yayımlandırıldı.

"pruss" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#pruss nədir? #pruss sözünün mənası #pruss nə deməkdir? #pruss sözünün izahı #pruss sözünün yazılışı #pruss necə yazılır? #pruss sözünün düzgün yazılışı #pruss leksik mənası #pruss sözünün sinonimi #pruss sözünün yaxın mənalı sözlər #pruss sözünün əks mənası #pruss sözünün etimologiyası #pruss sözünün orfoqrafiyası #pruss rusca #pruss inglisça #pruss fransızca #pruss sözünün istifadəsi #sözlük