psixologiyası sözü azərbaycan dilində

psixologiyası

Yazılış

  • psixologiyası • 98.5106%
  • Psixologiyası • 1.4894%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aviasiya psixologiyası
Aviasiya və ya havaçılıq — hava məkanından insanın hava gəmisi vasitəsilə istifadə etməsinə və bunun üçün lazımi şəraitin yaradılmasına yönəldilən fəaliyyət və təsisatlar məcmusu. == Sənayesi == Təyyarə, vertolyot, planer, aviasiya mühərriki, cihazı, həmçinin aviasiya texnikası üçün bort və yerüstü avadanlıq istehsal edən maşınqayırma sənayesi XX əsrin əvvəllərində yaranmış, iri sənaye sahəsi kimi isə Birinci Dünya müharibəsi illərində inkşafa başlamışdır. Rusiyada ilk aviasiya müəssisələri 1910–1912-ci illərdə yaranmışdır. 1917-ci ilə qədər təqribən 15 kiçik aviazavod var idi. Sovet hökumətinin 28 iyun 1918-ci il tarixli dekreti ilə aviazavodlar milliləşdirilmiş və həmin il Mərkəzi Aerohidrodonika İnstitutu yaradılmışdır. SSRİ-də aviasiya sənayesi əslində ölkənin sosialistcəsinə sənayeləşdirilməsi prosesində, birinci beşillik dövründə bir sıra iri təyyarəqayırma və mühərrikqayırma zavodlarının, habelə əlvan və qara metallurgiya müəssisələrinin tikilməsi ilə yaranmış, ikinci beşillikdə sürətlə inkişaf etmişdir. 1933–1938-ci illərdə istehsal həcmi 5,5 dəfə artmışdır. İkinci Dünya müharibəsi illərində sovet aviasiya sənayesi böyük rol oynamışdır. Cəbhə xəttindən ölkənin şərq rayonlarına köçürülən zavodlar qısa vaxtda bərpa edilmiş, genişləndirilmiş və Sovet Ordusunu yüksək keyfiyyətili döyüş və nəql, təyyarələri ilə təmin etmişdir. Sovet aviasiya sənayesi Nasist Almaniyasının avaiasiya sənayesini ötmüşdü.
Din psixologiyası
Din psixologiyası — insanlara xas olan dini həyatın müxtəlif aspektlərini araşdıran bir elm sahəsidir. Başqa sözlə, din psixologiyası dinin insan ruhundakı təməl xüsusiyyətləri və davranışında əks olunan təsir halları ilə əlaqədardır. Psixologiya duyğuların, düşüncələrin və davranışların elmi şəkildə araşdırılmasına yönəlmişdir. Din psixologiyası isə dini hisslərin, düşüncələrin və davranışların öyrənilməsinə yönəlmişdir. Din psixologiyası insanın dini həyatını bütün dərinliyi və genişliyi ilə dərk edib araşdırmaq, mənəvi hadisələrlə əlaqələrini göstərmək istəyir. Din psixologiyası dinin əmr və qadağalarını müzakirə etmir. Din psixologiyası yalnız dinin fərd üzərindəki təsirlərini araşdırır. Bu baxımdan dini hökmləri təsdiq və ya təkzib etmək məqsədi daşımır. Hadisələri elmi metodlarla mühakimədən uzaq bir şəkildə tədqiq edərək tənsif edir. Din psixologiyası normativ bir elm olmayıb, dini etiqad və həqiqətlərdə dəyər vəya mənəviyyat mülahizələrinə yol vermir.
Hüquq psixologiyası
Hüquq psixologiyası — psixologiyanın mühüm sahələrindən biri. İnsan tərəfindən hüquq normaları və davranış qaydalarının öyrənilməsini nəzərdən keçirir, hüquq sisteminin reallaşması ilə bağlı olan psixoloji məsələləri aydınlaşdırır. Onun məhkəmə psixologiyası, kriminal psixologiya, islah,əmək psixologiyası və s. bölmələri vardır. Psixologiya və hüquq elm sahəsi kimi 1960-cı illərdə yaranmağa başladı. Psixologiyanın prinsipləri və hüquqi tətbiqetməni özündə birləşdirən istənilən araşdırma hüquq psixologiyası sayılır. == Hüquq psixologiyasının predmeti == Hüquq psixologiyası iki mürəkkəb və çox sahəli elmlər sisteminin hüquq və psixologiya elmlərinin qovşağında meydana gəlmişdir.Bu elm sahələrini bir-birinə yaxınlaşdıran və qovuşduran ümumi cəhət onların hər ikisinin obyekti insanın rəftar və davranışı, daxili psixoloji aləmi fərdi psixoloji xüsusiyyətləri ilə əlaqədar olmasıdır. Elmin obyekti dedikdə, onun tədqiq etdiyi real gerçəklik nəzərdə tutulur.Lakin elmlər bir-birindən öyrəndikləri obyektə görə deyil predmentinə (mövzularına) görə fərqlənirlər.Bu cəhətdən hər bir elmin,o cümlədən insanı öyrənən elm sahələrinin elə özünəməxsus ayrıca predmeti var. Hüquq psixologiyası insanların psixi fəaliyyətinin hüquqla tənzim edilmə sahəsində qanunauyğunluqlarını və mexanizmlərini öyrənən elm sahəsidir. Əgər hüquq insanda hüquq pozma xassəsini əsas götürürsə, hüquq psixologiyası, ilk növbədə insanı hüquq pozuntusuna yol vermiş şəxs, şahid və zərərçəkmiş kimi tədqiq edir.
Millətlərin psixologiyası
Bugünkü gündə millətlərin psixologiyası ilə psixologiyanın "etnik psixologiya" adlanan xüsusi bölməsi məşğul olur. İlkin mərhələdə – müxtəlif xalqların mənəvi-mədəni xüsusiyyətlərini öyrənmək məqsədilə meydana çıxan bu psixologiya sahəsinin, XIX əsrin ikinci yarısından başlayaraq ilk ümumi terminləri meydana çıxmağa başlayır: "xalqların psixologiyası", "milli xarakter", "milli ruh", hətta "etnik (etnoqrafik) psixologiya" (Ribo T. – 1886) və s. kimi. Bunlara paralel olaraq etnopsixologiyanın nəzdində fəlsəfi-psixoloji xətt də inkişaf edir (X. Şteyntal, M. Lasarus, V. Vundt, Q. Lebon və b.). Ümumi olaraq, həmin dövr üçün əsas tədqiqat metodu – dildə, adət-ənənələrdə, əsatirlərdə, bir sözlə, müxtəlif xalqların mənəvi həyatında insani ruhların təzahürünün analizindən ibarət idi. Bugünkü gündə etnopsixologiya – ayrıca individ və ya insan qruplarının etnik və mədəni mənsubiyyəti ilə əlaqədar olan, şüuri və qeyri-şüuri səviyyədə təzahür edən müxtəlif psixoloji xüsusiyyətləri öyrənən psixologiya bölməsi kimi tanınır . XX əsrin 30-cu illərindən başlayaraq Qərbdə bu təlimin özünün də nəzdində differensasiya gedərək, etnik psixologiya özü də iki fərqli qola – psixoloji antropologiya və krosskultur psixologiya qollarına ayrıldı. Bunlardan birincisi – insanların müxtəlif mədəniyyət şəraitdə necə düşünüb, hiss edib, reaksiya verib, hərəkət etməsini (başlıca nümayəndələri R. Benedikt, M. Mid, K. Klakxorn, R. Linton, K. Dyubua və b.); ikincisi isə – fərqli etnik və mədəni qruplara məxsus individlərin psixologiyasındakı oxşarlıq və fərqləri, həmçinin, sosio-mədəni, ekoloji və bioloji xüsusiyyətlərindəki psixoloji fərqlərin əlaqəsini və zaman keçdikcə bu fərqlərdə yaranan dəyişiklikləri öyrənməklə məşğul olur (bu sonuncusu həm də müqayisəvi-mədəni psixologiya adı ilə də tanınır). Postsosialist ölkələrinin psixologiyasında bunların hər ikisi etnopsixologiya və ya etnik psixologiya çərçivəsində öyrənilir (Etnopsixologiya – insanların etnik (mədəni) mənsubiyyəti ilə onların psixologiyası arasındakı əlaqəni öyrənən psixologiya sahəsidir). Haşiyə kimi qeyd edək ki, millətlərin psixologiyasının öyrənilməsinə belə böyük maraq həm də siyasi motivlərlə əlaqədardır.
Musiqi psixologiyası
Musiqi psixologiyası (ing. Music psychology) — Musiqişünaslığın bir bölməsi olub, musiqi dilinin və musiqi əsərlərinin quruluşunun müxtəlif aspektlərinin öyrənilməsi üzrə akademik dissiplinlər toplusu olmaqla yanaşı, eyni zamanda musiqini psixoloji qavramanın qanunauyğunluqlarını və onun insan psixikasının müxtəlif struktur komponentlərinə təsirini tədqiq edir. Buna görə musiqi psixologiyası araşdırmaları sahəsinə , o cümlədən , müxtəlif profilli sahələrdə, məsələn, Musiqi akustikası , Psixoakustika, Qavrayış Neyropsixologiyası , Qavrayış və Hərəkətin psixofiziologiyası, Estetika, Kulturologiya və s. sahələrdə tədqiqatlar da aid edilə bilər. Musiqi psixologiyası sahəsində elmi tədqiqatların əsas istiqamətləri aşağıdakılardır : Musiqi qabiliyyətlərinin psixologiyası; Musiqi duyumunun psixologiyası; Musiqi qavrayışının psixologiyası; Musiqi yaradıcılığının psixologiyası; Musiqi hadisələrinin psixoloji aspektləri. Musiqi psixologiyasının problematikası özü-özlüyündə erkən antik dövrlərdən başlayaraq, musiqi incəsənətinin bütün inkişaf dövrlərində nəzərdən keçirilmişdir. Musiqi psixologiyası nöqteyi-nəzərindən ən vacib marağı Barokko dövrünün musiqisində yaranmış Affektlər Nəzəriyyəsi kəsb etmişdir ki, onun da araşdırmaçıları İohann İoahim Kvants , Maren Mersen , Afanasi Kirxer, İohann Qotfrid Valter , Klaudio Monteverdi , İohann Mattezon , Ciovanni Battista Bononçini, və Xristian Henrix Şpis olmuşlar. Affektlər nəzəriyyəsinə görə, bəstəkar yaradıcılığının məqsədi affektləri oyatmaq, cuşa gətirməkdir ki, onların qrupları arxasında da müəyyən musiqi üslubları və bəstəkarlıq yazısının digər vasitələri birləşirdilər.Affektlər nəzəriyyəsi təsvir olunurdu Afanasi Kirxerin "Musurgia universalis" (Səs və Musiqi haqqında) risaləsində fikrinə görə, affektlərin ötürülməsi hər hansı peşə texnikasına aid edilmirdi, əksinə, "simpatiya"nı idarə edən hansısa magik, sehrli hərəkət idi ki, o da, "insan ilə musiqi arasında" yaranırdı. Bununla əlaqədar, qeyd etmək lazımdır ki, o dövrün bir çox bəstəkarları , o cümlədən, Klaudio Monteverdi xüsusi olaraq, magiyanı öyrənirdi. Lakin məhz müstəqil elmi dissiplin qismində musiqi psixologiyası XIX əsrin ortalarından formalaşmağa başladı.
Məhəbbət psixologiyası
Məhəbbət – emosional keçid mərhələlərində insanların biri-birinə isinişməsidir. Məhəbbət – müxtəlif emosional halların birgə yaşanması nəticəsində meydana çıxıb, mexanizmi – əsasən beyinin assosiativ funksiyasına əsaslanır. Belə ki, burada davamlı emosional kontaktın (transferin) meydana gəlməsi üçün emosiyanı qıcıqlandıran müxtəlif xarici təsirlərin mövcudluğu zəruri şərtdir, məsələn, təbiət mənzərələrinin birgə seyri, birgə musiqi dinlənilməsi, müxtəlif həyəcanlı, sevincli situasiyaların, rəngarəng epizodların, lirik anların birgə yaşanması və s. kimi. Alınan təəssüratın qüvvəsi gələcəkdə yaranacaq emosional kontaktın (transferin) qüvvəsini xarakterizə edir ki, sonradan bu kontaktın qırılması müxtəlif psixi travmalara gətirib çıxarır. Ümumi halda, insanlar arasında davamlı emosional kontaktın ("cazibənin") meydana çıxması üçün onların bioloji (bədən quruluşu, boy, səs amplitudası, köklük, dərinin, saçın, gözün və s. rəngi...) və emosional (temperament) xüsusiyyətlərinin kontrastlılığı (biri-birini tamamlaması); intellektual (dünyagörüş, etik və estetik normalar sistemi, həyata baxış, bilik əmsalı...) və iradi (stereotiplər sistemi ilə əlaqədar) xüsusiyyətlərinin uyğunluğu zəruri şərtlərdəndir. Həmçinin, tərəflərin biri-birinə (birtərəfli məhəbbətdə biri digərinə) isinişə bilməsi, vərdiş edə bilməsi üçün onların vaxtaşırı görüşməsi, biri-birlərini müxtəlif epizodlarda seyr edə bilməsi, tərəflərin bir-birinin (birtərəfli məhəbbətdə biri digərinin) rifah və təhlükəsizliyinin qarantı olması və s. kimi faktorlar xüsusi əhəmiyyətlidir. Burada, həmçinin ilkin təəssüratda formalaşan gələcək rəftar modeli də, münasibətin sonrakı inkişafına aktiv təsir göstərən amillərdəndir.
Sürü psixologiyası
Sürü psixologiyası (ing. Bandwagon Effect) ifadəsi 1848-ci ildə Amerikanın siyasi sistemində istifadə edilməyə başlandı. Dan Rays adında bir təlxək o zamanların orkestr avtomobilini (Bandwagon) istifadə edərək siyasi turlara qatılmışdı. Orkestr avtomobili həvəsli musiqilərlə turlara çıxır və "orkestra qatıl" şüarıyla insanların diqqətini çəkirdi. Bunun sayəsində əldə etdiyi məşhurluğuna görə seçkilərdə böyük bir müvəffəqiyyət qazanmışdır. Bu ifadənin təməlində bu hadisə dayanır və buna görə sürü psixologiyası ingilis dilində "Bandwagon Effect" (Orkestr maşını təsiri) olaraq adlandırılır. İngilis alimlər bundan illər əvvəl bir araşdırma edir. Yığdıqları qoyun sürülərini bir məkana həbs edib üzərlərində təcrübə aparırlar. Aralarından seçdikləri 10 qoyunu digər qoyunların içindən ayırıb tək istiqamətə dönmələrini təmin edirlər. Təkrar digər qoyunların içinə buraxılanda qoyunlar sürü halında, başdakı 10 fərqli qoyuna ayaq uydurmağa başlayır.
Tibb psixologiyası
Tibb psixologiyası - Psixologiyanın xüsusi sahələrindən biridir. Tibb psixologiyası həkimin fəaliyyətinin və xəstənin davranışının, onun gigiyena, profilaktika, diaqnostika, müalicə, ekspertiza və reablitasiyasının psixoloji aspektlərini öyrənir. Tibb psixologiyası özünə klinik psixologiya, patopsixologiya, neyropsixologiya, somatopsixologiya, ümumi tibb psixologiyası, psixiatriya, psixoprofilaktika və psixogigiyena, psixokorreksiya və s. bölmələrini daxil edir. Ümumi psixologiya. Prof. S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin elmi redaktorluğu ilə.
Yaş psixologiyası
Yaş psixologiyası - Psixologiya elminin pedaqoji psixologiya ilə sıx bağlı olan digər mühüm bir sahəsidir. Yaş psixologiyası insanda anadan olandan ömrünün axırına qədər psixi inkişafın dinamikasını, qanunauyğunluqlarını, şəxsiyyətin psixi prosesləri və xassələrinin ontogenezdə inkişaf xüsusiyyətlərini öyrənir. İnsanın psixiki inkişafının hərəkətverici qüvvələri, şərati və qanunauyğunluqları təşkil edir. Psixi inkişafın hərəkətverici qüvvələri anlayışı altında insanın psixi inkişafına təkan verən, onu müəyyən istiqamətə yönəldən səbəblər başa düşülür. Uşağın psixi inkişafının hərəkətverici qüvvələri, hər şeydən əvvəl, fəaliyyətdə yaranan yeni tələbatlarla bu tələbatları ödəmə imkanları arasındakı dialektik ziddiyyətdən ibarətdir. Bu ziddiyyət yalnız kiçik yaş deyil, bütün yaş dövrləri üçün xarakterikdir. Lakin həmin ziddiyyətlər özünü göstərdikdə yaşdan asılı olaraq müəyyən spesifik xüsusiyyətə malik olurlar. Psixi inkişafın şəraiti adı altında daima təsir edən elə daxili və xarici amillər nəzərdə tulur ki, onlar hərəkətverici qüvvələr olmasalar da, inkişafa təsir göstərir, inkişafın gedişini istiqamətləndirir. Psixi inkişafın qanunauyğunluqlarına gəldikdə, onlar ümumi və xüsusi qanunauyğunluqlardan ibarətdir. Həmin qanunauyğunluqların köməyi ilə insanın psixi inkişafını qeyd etmək və bunun köməyi ilə həmin inkişafı idarə etmək mümkündür.
Ailə psixologiyası
Ailə psixologiyası— bəşər cəmiyyətinin böyük sosial kəşflərindən və təsisatlarından biri olan ailə insanlar arasındakı qarşılıqlı münasibətləri əks etdirən mənəvi-psixoloji və sosial birliyin spesifik formasıdır. Sosial sistem kimi ailənin sabitliyi cəmiyyətdə onun yalnız spesifik instutsional funksiyasını yerinə yetirməsi ilə yanaşı, həm də özünün daxili psixoloji iqlimindən, mənəvi dəyərlərdən, emosiyalardan, iqtisadi maraq və s. kimi digər amillərdən də asılıdır. == Ailə psixologiyasının predmeti və vəzifələri == Elmlər bir-birindən obyektinə görə yox, predmetinə (mövzusuna) görə fərqlənirlər. Elmin obyekti dedikdə, onun tədqiq etdiyi real gerçəklik nəzərdə tutulur. Bu baxımdan insanları və heyvanları öyrənən bütün elmlərin obyekti eynidir. Elmin predmeti dedikdə, onun öz obyektindən ayırd etdiyi, seçdiyi cəhətlərə hansı baxımdan, hansı nəzəri və ya praktik aspektdə yanaşması nəzərdə tutulur. Məlumdur ki, ailə sferası – insanın şəxsiyyət kimi formalaşması və psixi inkişafını müəyyən edən güclü mənbədir. Ailə psixologiyasının tətbiq edilməsi aktuallığı ailənin həyat fəaliyyətinin optimallaşdırılması, nikah və valideyn-övlad münasibətlərinin effektivliliyinin artması, ailədə uşaqların tərbiyəsi problemlərinin həlli və s. ilə əlaqədardır.
İdman psixologiyası
İdman psixologiyası — idman fəaliyyətində müxtəlif psixoloji mexanizmlərin formalaşması və təzahürünün qanunauyğunluqlarını öyrənən psixoloji elm sahəsi. İdman psixologiyası, psixologiyanın ayrıca bir sahəsi kimi, 1960-cı illərin əvvəllərindən bəri həqiqətən fəaldır. Eyni zamanda, ilk vaxtlarda diferensial psixologiya adlanan, yəni idmançılar arasında fərdi xüsusiyyətlərə görə fərqlərin öyrənilməsinə diqqət yetirilirdi. Bundan əlavə, idmançının stress altında hərəkət etmək imkan və bacarıqları , məşqin effektivliyinin artırılması yolları öyrənilib. Bir az sonra idman psixologiyasının öyrəndiyi məsələlərin əhatə dairəsi nəzərəçarpacaq dərəcədə genişləndi. İdmançıların təkcə fərdi qabiliyyətlərinin deyil, həm də konkret idman növünün xüsusiyyətlərini nəzərə alaraq proqramlar hazırlanmağa başlandı. Bu zaman ümumi, pedaqoji, sosial və inkişaf psixologiyasının nailiyyətlərindən (idmançı ilə fərdi iş, kollektiv məşqlər və s.) istifadə edilmişdir. İdmançıların əqli və fiziki hazırlığını, onların etik, emosional-iradi və kollektivist hazırlığını artırmaq üçün müvafiq məşq komplekslərinin proqramları hazırlanırdı. İdmançıların təkcə yarışlarda iştirakı zamanı deyil, həm də məşq zamanı həvəsləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib. İdmançılarda yüksək ixtisaslaşmış qavrayışların formalaşdırılması yolları və vasitələri — məsafə hissi, zaman hissi, hərəkət edən bir obyektin sürətindəki dalğalanmalar, "top hissi", "su hissi", hadisələrin inkişafının gözlənilməsi.
Şəxsiyyət psixologiyası
Şəxsiyyət psixologiyası psixologiyanın elə bir sahəsidir ki, şəxsiyyəti və fərdlər arasındakı fərqlilikləri araşdırır. Şəxsiyyət psixologiyası insanların fərdi olaraq necə fərqləndiklərini psixoloji qüvvələr vasitəsilə göstərməyi hədəfləyir. Onun diqqət mərkəzində olan sahələr bunlardır: Şəxsiyyət psixologiyasının diqqət mərkəzində olan sahələr bunlardır: Şəxsiyyətlərin necə inkişaf etdiyini sənədləşdirmək Şəxsiyyətin mental proseslərini və bu proseslərin fəaliyyətə necə təsir etdiyini izah etmək Fərdləri başa düşmək üçün bir çərçivə təqdim etmək "Şəxsiyyət" fərdin sahib olduğu dinamik və təşkilatlanmış xüsusiyyətlər toplusudur ki, bu da onun mühitə, düşüncələrinə, emosiyalarına, motivasiyalarına və müxtəlif vəziyyətlərdəki davranışlarına özünəməxsus təsir göstərir. "Şəxsiyyət" sözü Latın dilindəki "persona" sözündən əmələ gəlib və bu, "mask" mənasını verir. Şəxsiyyət həmçinin zamanla davamlı olaraq nümayiş olunan düşüncə, duyğu, sosial uyğunlaşma və davranışların nümunələrini əhatə edir və bu, şəxsin gözləntilərinə, özünü qiymətləndirmələrinə, dəyərlərinə və münasibətlərinə güclü təsir göstərir." Şəxsiyyət həmçinin insanların digər insanlara, problemlərə və stressə reaksiyalarını proqnozlaşdırır. Gordon Allport (1937) iki əsas şəxsiyyət tədqiqatı metodunu təsvir etmişdir: nomotetik və idioqrafik. Nomotetik psixologiya çoxlu fərqli insanlara tətbiq oluna biləcək ümumi qanunları araşdırır, məsələn, özünü həyata keçirmə prinsipi və ya ekstrovaziya xüsusiyyəti. Idioqrafik psixologiya xüsusi bir fərdin unikal aspektlərini başa düşməyə çalışır. Şəxsiyyətin tədqiqi psixologiyada geniş və müxtəlif bir tarixə malikdir və çox sayda nəzəri ənənələri əhatə edir. Əsas nəzəriyyələrə disposisional (xüsusiyyət) perspektivi, psixodinamik nəzəriyyə, humanistik nəzəriyyə, bioloji nəzəriyyə, davranışçı nəzəriyyə, evrim nəzəriyyəsi və sosial öyrənmə perspektivi daxildir.

"psixologiyası" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#psixologiyası nədir? #psixologiyası sözünün mənası #psixologiyası nə deməkdir? #psixologiyası sözünün izahı #psixologiyası sözünün yazılışı #psixologiyası necə yazılır? #psixologiyası sözünün düzgün yazılışı #psixologiyası leksik mənası #psixologiyası sözünün sinonimi #psixologiyası sözünün yaxın mənalı sözlər #psixologiyası sözünün əks mənası #psixologiyası sözünün etimologiyası #psixologiyası sözünün orfoqrafiyası #psixologiyası rusca #psixologiyası inglisça #psixologiyası fransızca #psixologiyası sözünün istifadəsi #sözlük