Ptolemey sözü azərbaycan dilində

Ptolemey

Yazılış

  • Ptolemey • 93.5484%
  • PTOLEMEY • 6.4516%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ptolemey
Klavdi Ptolemey (yun. Κλαύδιος Πτολεμαῖος lat. Claudius Ptolomaeus; təq. 100[…], güm. Ptolemey Hermi[d], Roma Misiri[d], Roma imperiyası – təq. 170[…], güm. İsgəndəriyyə, Roma Misiri[d], Roma imperiyası) və ya Bətləmius (az-əbcəd. بطلمیوس‎) — antik yunan riyaziyyatçısı, coğrafiyaçısı, astronomu, astroloqu və filosofu. Klavdi Ptolemeyin adı öz dövründə yaşamış tarixçilərin əsərlərində çəkilmir. Onu çox vaxt Ptolemey şahlarının sülaləsinə aid edirlər.
III Ptolemey
III Ptolemey (e.ə. 284, Kos, Cənubi Egey adaları – e.ə. 222) — Ptolemeylər sülaləsindən Misir fironu.
II Ptolemey
II Ptolemey (e.ə. 308, Kos, Cənubi Egey adaları – e.ə. 246, İsgəndəriyyə) — Ptolemeylər sülaləsindən olan Misir kralı. Eradan əvvəl 285-246/5-ci illərdə hökmranlıq etmişdir. I Ptolemey və I Berenikin oğludur.
IV Ptolemey
IV Ptolemey (e.ə. 244 – e.ə.
I Ptolemey
I Ptolemey (yun. Πτολεμαίος Σωτήρ — "Xilaskar Ptolomey"; lat. Ptolemaeus; ən tezi e.ə. 367 və ən geci e.ə. 366, Makedoniya İmperiyası – ən tezi e.ə. 283 və ən geci e.ə. 282, İsgəndəriyyə) — Makedoniyalı İsgəndərin sərkərdəsi və silahdaşı, Misirin ellinizm dövrünün əvvəlcə diodoxlardan biri sonra firon hökmdarı (e.ə. 323 — e.ə. 283), ptolomeylər sülaləsinin yaradıcısı. E.ə.
VII Ptolemey
VII Ptolomey Neos Filipator (yun. Πτολεμαῖος Νέος Φιλοπάτωρ; e.ə. 162 – e.ə. 144) — VI Ptolomeyin və II Kleopatranın ikinci oğlu, bir neçə ay müddətində atası ilə müştərək, ölümündən sonra anasının himayəsi altında təkbaşına hökmranlıq etmiş. VIII Ptolomey II Evergetlə ittifaq bağladığına görə onların toyundaca qətlə yetirilmişdir.
VI Ptolemey
VI Ptolemey Filometor (yun. Πτολεμαίος Στ' Φιλομήτωρ; e.ə. 184 – e.ə. 145, Suriya) — Ptolemeylər sülaləsindən ellinizm dövrünə aid firon hökmdar, V Ptolemey Epifananın böyük oğlu, VIII Ptolemey II Everqatın qardaşı, bacısı II Kleopatra ilə ilk nigahdan olan VII Ptolemey və III Kleopatranın atası.
V Ptolemey
V Ptolemey (9 oktyabr e.ə. 210 – e.ə. 180) — Ptolemeylər sülaləsindən Misir fironu.
XV Ptolemey
XV Ptolemey Filopator Flometor Sezar və ya XV Ptolemey Sezarion (Balaca Sezar) (23 iyun e.ə. 47, İsgəndəriyyə – e.ə. 30, İsgəndəriyyə) — Ptolemeylər sülaləsinin və Misirin son fironu, Kleopatranın və Sezarın (?) oğlu. Oktavian Avqust tərəfindən öldürülmüşdür.
Coğrafiya (Ptolemey)
Coğrafiya (q.yun. Γεωγραφικὴ Ὑφήγησις : Γεωγραφικὴ Ὑφήγησις, Geōgraphikḕ Hyphḗgēsis, lit. ("Coğrafi Rəhbərlik"), Latın adları ilə də Geographia kimi tanınır və Cosmographia Klaudi Ptolemey tərəfindən təxminən eramızın 150-ci ilində İsgəndəriyyədə yunan dilində yazılmışdır. Onun 9-cu əsrdə ərəb və 1406-cı ildə latın dilinə tərcüməsi orta əsr xilafəti və İntibah Avropasının coğrafi biliklərinə və kartoqrafik ənənələrinə böyük təsir göstərmişdir.
II Ptolemey Filadelf
II Ptolemey (e.ə. 308, Kos, Cənubi Egey adaları – e.ə. 246, İsgəndəriyyə) — Ptolemeylər sülaləsindən olan Misir kralı. Eradan əvvəl 285-246/5-ci illərdə hökmranlıq etmişdir. I Ptolemey və I Berenikin oğludur.
XIII Ptolemey Teos Filopator
XIII Ptolemey Teos Filopator — e.ə. 51–47-ci illərdə Misir fironu. O, XII Ptolemeyin oğludur və öz bacısı VII Kleopatra ilə evlənmişdir. XIII Ptolemey Roma imperiyasında rəğbət əldə etmək üçün e.ə. 48-ci ildə Sezarın rəqibi Qney Pompeyi öldürtmüşdür, lakin buna baxmayaraq sonradan Sezara qarşı vuruşmuş və e.ə. 47-ci ildə Nil döyüşündə həlak olmuşdur. Onun yerinə qardaşı XIV Ptolemey (e.ə. 59–44-cü illər) keçmişdir. Бивен Э. Династия Птолемеев. История Египта в эпоху эллинизма / Пер.
Ptolemeylər sülaləsi
Ptolemeylər sülaləsi—Misirdə iqtidarda olmuş sülalə. Ptolemeylər sülaləsi Makedoniyalı İsgəndərin sərkərdələrindən biri tərəfindən yaradılıb. O, Makedoniyalı İsgəndərin ölümündən sonra onun yaratdığı imperiyanı parçalayıb. I Ptolemey Makedoniyalı yunan aristokratı Laqın oğludur. Makedoniyalı İsgəndərin ən sadiq silahdaşı, sərkərdəsi və eyni zamanda cangüdəni olmuşdur. İsgəndərin Əfqanıstan və Hindistan yürüşlərində fəal iştirak etmişdir. İsgəndərin əmri ilə e.ə. 324 cü ildə Şuşan şəhərində Əhəmənilər sülaləsinin hökmdarı II Ərdəşir/II Artakserksin nəvəsi fars aristokratı II Artobazın qızı Artakama evlənmişdir. V Ptolemey bizim eradan əvvəl 205-ci ildən 180-ci ilə qədər Misirə rəhbərlik edib. I Ptolemey (MÖ 305-MÖ 282) : Evli xanımı birinci olaraq Thais, ikinci olaraq Artakama, üçüncü olaraq Eurydice və dördüncü və sonucu olaraq Berenice I. II Ptolemey Filadelfus (MÖ 284-MÖ 246): Evli xanımı birinci olaraq I. Arsinoe ve ikinci olaraq II. Arsinoe Filadelphus.
Ptolemeyin xəritəsi
Ptolemeyin xəritəsi — qədim yunan alimi Klavdi Ptolemeyin “Coğrafiya” traktatına əlavə edilmiş dünya xəritəsi. Adı çəkilən traktat eramızın 150-ci ilində yazılmışdır. Xəritədə coğrafi koordinatları ilə birgə təxminən 8000 şəhər və yaşayış məntəqəsi göstərilir. İlkin xəritələr itsə də, traktatın özü XIII-XIV əsrlərin sonunda aşkar edilmişdir. Coğrafi kəşflər dövründən əvvəl Ptolemeyin xəritəsi avropalılar üçün əsas coğrafi məlumat mənbəyi kimi xidmət etmişdir. Məhz onun təsvirlərinə əsaslanaraq, İntibah dövrünün kartoqrafları dünyanın itirilmiş xəritəsini yenidən qurmağı bacarmışdılar.

Oxşar sözlər

#ptolemey nədir? #ptolemey sözünün mənası #ptolemey nə deməkdir? #ptolemey sözünün izahı #ptolemey sözünün yazılışı #ptolemey necə yazılır? #ptolemey sözünün düzgün yazılışı #ptolemey leksik mənası #ptolemey sözünün sinonimi #ptolemey sözünün yaxın mənalı sözlər #ptolemey sözünün əks mənası #ptolemey sözünün etimologiyası #ptolemey sözünün orfoqrafiyası #ptolemey rusca #ptolemey inglisça #ptolemey fransızca #ptolemey sözünün istifadəsi #sözlük