Pulcuqlu latreya
=== Lathraea squamaria L. ===
Hündürlüyü 30 sm-ə qədər olan çoxillik bitkidir.
Kökümsovu çox vaxt çox uzundur, budaqlanmış
və ağımtıl rənglidir, lətli pulcuqlarla çox əhatə
olunmuşdur. Yerüstü hissəsi nisbətən pulcuqlarla
az örtülmüşdür.
== Çiçək ==
Çiçəkləri birtərəfli salxımşəkilli çiçək
qrupunda, inkişaf etməmiş xırda yarpaq
qoltuğunda, qısa saplaq üzərində toplanmışdır.
Tacın uzunluğu 14–17 mm olub,
borucuğabənzərdir, adətən solğun-bənövşəyi
və ya ağımtıl-çəhrayı rənglidir, çılpaqdır; üst
dodaq bütövdür; alt dodaq üçbölümlü, qısa,
küt dilimləri vardır.
== Meyvə ==
Qutucuq şarşəkillidir, kasacığa
bərabərdir.
== Çiçəkləməsi ==
Aprel-May
== Meyvə verməsi ==
May-İyun
== Azərbaycanda yayılması ==
Samur-Şabran
oval., Xəzəryanı, BQ (Quba), Qobustan, Kür-
Araz oval., KQ şimal, Lənk.dağ. Ovalıqdan
aşağı, nadir hallarda orta dağ qurşağına
qədər.
== Yaşayış mühiti ==
Meşələrdə və kolluqlarda
rast gəlinir; Corylus L. və Alnus L. cinslərinin
növləri üzərində parazitlik edir.