pulsar sözü azərbaycan dilində

pulsar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • pulsar • 63.6364%
  • Pulsar • 36.3636%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Pulsar
Pulsarlar(döyünən radio ulduz)-Qütblərindən radiodalğalardan rentgen şüalarına qədər böyük bir diapozonda şüalar yayan və öz oxu ətrafında yüksək sürətlə dövr edən neytron ulduzdur.Bu ulduzlar öz qütbləri ilə Yer kürəsinə tərəf döndükdə biz bu şüaları müşahidə edə bilirik. Bu obyektlər bir növ mayaka bənzəyirlər,yəni mayak çox istiqamətdə işıq saçır, lakin yalnız istiqaməti bizə tərəf olanda onu görürük.Pulsarlar yüksək sıxlığa və sürətli fırlanma perioduna malikdirlər.Onlar öz xəyali fırlanma oxları ətrafında bir saniyəyə bir neçə dövr edə bilərlər.Bəzi pulsarlar isə saniyəyə bir neçə yüz dövr edə bilirlər və belə pulsarları millisaniyə pulsarları adlandırırlar.Hesab olunur ki, pulsarlar yüksək və ultra-yüksək enerjili astrohissəciklərə namizəd ola bilərlər. Pulsarların dəqiq dövrləri onları faydalı edir. İkili neytron ulduzu sistemində pulsarın müşahidəsi dolayısı ilə qravitasiya dalğalarının mövcudluğunu təsdiq etmək üçün istifadə edilmişdir. İlk ekzoplanet PSR B1257 +12 pulsarının ətrafında kəşf edilmişdir. Pulsarların müəyyən növləri zamanı ən dəqiq ölçən atom saatlarına rəqib ola bilirlər. == Müşahidə tarixi == === Kəşf === İlk pulsar Cokelin Bell Bernell və Entoni Xyoiş tərəfindən 28 Noyabr 1967-ci ildə müşahidə edilmişdir. Onlar başlanğıcını səmanın eyni yerindən götürmüş və ulduz sutkasında saxlanmış bir-birindən 1.33 saniyə fərqlə ayrılmış iki döyünməni müşahidə edirdilər. İmpulslar üçün izah axtarır, qısamüddətli döyünmələr üçün ulduzlar kimi astrofiziki radiasiya mənbələrini istisna edirdilər və impulslar ulduz saatını izlədiyindən bu, texnogen radio tezlik müdaxiləsi də ola bilməzdi. Daha bir teleskopla aparılan müşahidələr şüalanma hadisəsini təsdiq etdi və hər hansı bir cihaz xətasının olmadığını göstərdi.Bu zaman Bernell və Xyoiş öz qeydlərində deyirdilər: "Biz həqiqətən də inanmırdıq ki, başqa bir sivilizasiyadan siqnalları qəbul etmişik, lakin açıq-aydın idi ki bizim ideyamız ağlımızı keçmişdi və bizdə bunun təbii radio dalğa şüalanması olmasına aid heç bir sübut yox idi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.07 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 0.79
2019 ••••••••••••••• 0.56
2020 ••••••• 0.27

Oxşar sözlər

#pulsar nədir? #pulsar sözünün mənası #pulsar nə deməkdir? #pulsar sözünün izahı #pulsar sözünün yazılışı #pulsar necə yazılır? #pulsar sözünün düzgün yazılışı #pulsar leksik mənası #pulsar sözünün sinonimi #pulsar sözünün yaxın mənalı sözlər #pulsar sözünün əks mənası #pulsar sözünün etimologiyası #pulsar sözünün orfoqrafiyası #pulsar rusca #pulsar inglisça #pulsar fransızca #pulsar sözünün istifadəsi #sözlük