Punk sözü azərbaycan dilində

Punk

Yazılış

  • Punk • 59.0909%
  • punk • 31.8182%
  • PUNK • 9.0909%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Daft Punk
Daft Punk — Tomas Banqalter və Gi-Manuel de Omem-Kristo tərəfindən 1993-cü ildə yaradılmış fransız elektron musiqi dueti. 1990-cı illərin sonlarına doğru Fransada haus musiqisinin inkişafı ilə əlaqədar böyük uğurlara nail oldular. Onlar elektro, haus, disko və sintipop musiqisinin elementlərini birləşdirərək özünəməxsus səslənmə üslubu yaratdılar. Daft Punk 2006-2007-ci illərdə iştirak etdiyi musiqi turundan sonra Alive 2007 adlı konsert albomunu buraxdı. 2009-cu ildə həm albom, həm də bu aboma daxil olan Harder Better Faster Stronger mahnısı Qremmi mükafatına layiq görüldü. 2013-cü ilin mayında Daft Punk özünün dördüncü studiya albomu olan Random Access Memories albomunu, bundan bir ay əvvəl isə həmin alboma daxil olan və sonradan hitə çevrilən Get Lucky mahnısını buraxdı. 26 yanvar 2014-cü ildə 56-cı Qremmi mərasimində həm mahnı, həm də albom ümumilikdə 5 nominasiyada Qremmi mükafatına layiq görüldü.
Post punk
Postpank (ing. Post-punk) — 1970-ci illərin ortalarından pank rokun məşhurlaşmasından sonra yaranmış rok musiqi hərəkatı.Hər nə qədər bu janrın kökü punk roka çıxsa da post pank daha içə dönük və eksperemental janrdır. Post pank indie musiqi və pankı məşhurlaşdırmış,alternativ rokun yaranması üçün zəmin yaratmışdır. Post pank həm də Yamayka dub musiqisindən (əsasən bas gitara istifadəsində) və Amerikan fankından təsirlənmiş, studiya işlərində eksperementallığı ön plana çıxarmışdır.
Lümbal punksiya
Lümbal punksiya az invaziv diaqnostika növüdür. Müalicəvi və ya diaqnostik məqsədlə punksiya aparılan zaman az miqdarda onurğa beyin maddəsi xaric olunur və yaxud da praparatlar lümbal sahəyə yeridilir. Lümbal punksiya anesteziya məqsədilə də istifafə olunur. Onurğa beyni mayesi-likvor rəngsiz və şəffaf maye olub, onurğa beyni və baş beyin üçün lazımlı maddələrin transportunu həyata keçirir. == Punksiyanın aparılmasına göstərişlər: == diaqnostika məqsədilə: neyroinfeksiyaya şübhə olduqda( meningit, ensefalit,neyrosifilis və başqa etiologiyada olan mərkəzi sinir sisteminin xəstəlikləri) müalicə məqsədilə: antibiotiklərin və kimyaterapiya maddələrinin qabıqaltı yeridilməsi üçün; xoş xassəli kəllə-beyin hipertenziyası və ya hidrosefaliyada təzyiqi aşağı salmaq üçün istifadə olunur. == Punksiyanın aparılmasına əks göstərişlər: == Onurğa beyninin dislokasiyası zamanı punksiyanın aparılması qəti əks göstərişdir.Çünki bu zaman orada təzyiq aşağı enərsə onda intrakranial ödem əmələ gələ bilər və ölümlə nəticələnə bilər. == Ağırlaşmaları: == Punksiyanın aparılma texnikasında yanlışlıqlar olduqda onurğa beyninin postpunksionar xolestiatoması əmələ gələ bilər.Çünki onurğa beyninjğin epitelial hüceyrələri destruksiyaya uğrayır. Xolestiatoma tırkibində ölmüş epitelial hüceyrələrdən və başqa maddələrdən(xolesterin kridtalları,keratin toplusu) ibarət olan fibroz kapsuladır. == Metodikası: == Bu manipulyasiyanı xəstə oturmuş və ya uzanmış vəziyyətində aparılır. Uzanmış vəziyyətdəki punksiya bərk stol üzərində xəstə yana çevrilmiş formada aparılır.
Punktuasiya
Punktuasiya — dilçiliyin durğu işarələrindən bəhs edən bölməsi. Ümumiləşmiş şəkildə punktuasiya (latınca punktum sözündən olub, nöqtə deməkdir) adlanır. Punktuasiya durğu işarələrindən istifadə qaydalarının cəmi olub, orfoqrafiya və kalliqrafiya ilə birlikdə yazı qaydalarının nizama salınmasında xüsusi qiymətə malikdir. Punktuasiyanın əsaslarının izahında üç meyl, üç istiqamət vardır: bəziləri mənaya, bəziləri sintaktik quruluşa, bəziləri intonasiyaya əsaslanır. Birinci halda durğu işarələrinin işlədilməsi mətnin mənalı hissələrə bölünməsi ilə bağlı izah edilir; ikinci halda cümlənin sintaktik quruluşu, üçüncü halda nitqin ritmik-melodik axını, vurğu, fasilə və s. əsas götürülür. Durğu işarələrinin işlədilməsi qeyd edilən meyllərin hər üçü ilə - məna, sintaktik quruluş və intonasiya ilə əlaqədardır. Lakin aydındır ki, cümlənin quruluşu da, intonasiyası da müəyyən məqsədlə, mənanın ifadəsi ilə bağlıdır. Ona görə də durğu işarələrinin işlənməsində məna məsələsi həlledici amil sayılır. Əksərən üç cəhət birgə fəaliyyət göstərsə də, bəzən bunlardan biri digərinə nisbətən üstün mövqeyi ilə diqqəti cəlb edir.
Takvakor: İslami punkın doğuluşu (film, 2009)
Takvakor: İslami punkın doğuluşu (ing. Taqwacore: The Birth of Punk Islam) — 2009-cu ildə ABŞ-də istehsal olunmuş sənədli film. == İstinadlar == == Mənbə == İslamçı punklar.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.07 dəfə / 1 mln.
2012 •• 0.09
2014 •••••••••••••••••••• 1.03
2015 •••• 0.17

"punk" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#punk nədir? #punk sözünün mənası #punk nə deməkdir? #punk sözünün izahı #punk sözünün yazılışı #punk necə yazılır? #punk sözünün düzgün yazılışı #punk leksik mənası #punk sözünün sinonimi #punk sözünün yaxın mənalı sözlər #punk sözünün əks mənası #punk sözünün etimologiyası #punk sözünün orfoqrafiyası #punk rusca #punk inglisça #punk fransızca #punk sözünün istifadəsi #sözlük