pəltək sözü azərbaycan dilində

pəltək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • pəltək • 76.9231%
  • Pəltək • 23.0769%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Pəltək (film, 2015)
"Pəltək" (ing. Stutterer) — ssenari müəllifi və rejissoru Benjamin Kliri olan qısametrajlı dram filmi. Filmin prodüserləri Serena Armitaj və Şan Kristofer Oqilviyedir. == Məzmun == Tənha həyat sürən mətbəəçi Qrinvud (Mettyu Nidem) bütün gücünü toplayıb danışığındakı qüsuru aradan qaldırmağa və eyni zamanda internetdə yazışdığı qızla sevgi münasibəti qurmağa çalışır. == Rollarda == Mettyu Nidem — Qrinvud Karsen Xloya Pirri — Elli Parks Erik Riçard — Qrinvudun atası Sofi Ellerbi — avtobus dayanacağındakı qız Riçard Meyson — avtobus dayanacağındakı əsəbi oğlan Kelam Sivayer Sofi Kotton — qatardakı qız == Qəbulu == "Pəltək" filmi 2016-cı ildə 88-ci "Oskar" mükafatının təqdimetmə mərasimində Ən yaxşı qısametrajlı bədii filmə görə nominasiyasının qalibi olub.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2010 •••••••••••• 0.09
2017 •••••••••••••••••••• 0.16

pəltək sözünün leksik mənası və izahı

  • 1 sif. Dilini dişlərinin arasına alaraq danışan, buna görə də “r”, “l” və s. səsləri düzgün tələffüz etməyən. Pəltək uşaq. – Pəltək oğlanın utandığını hiss edən Qüdrət, səsinə mehriban bir ifadə verdi… M.Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti / pəltək

pəltək sözünün etimologiyası

  • 1 1. Pəl sözünün bir mənası “dil” demək olub. Pəl qatmaq ifadəsi də sözlə (dillə) işə mane olmaq deməkdir. Pəltək, əslində, pəlyok (dili yox) kimi olub (mü­qayisə et: qolu şikəst adama çolaq deyirik, bunun əsli qolu yox kimi olub) və son­radan dəyişikliyə uğrayıb. İndi məna dəyişib: səsi düzgün tələffüz edə bil­məməklə bağlı işlədilir. Rus dilindəki немец sözü də немой sözündən törəyib rusla alman bir-birinin dilini başa düşməyib və rus almana “немой” (bizdən deyil və ya laldır) adını verib. Almanlara yalnız ruslar немец deyirlər. Güman edirəm ki, pəltək və ya pəlbaş sözlərinin hər ikisi pəlyok sözünün təhrifi ilə bağlıdır. Başqa yozum da mümkündür: fars dilində bu sözün yerinə kəltəzəban işlədirlər. Kəltə farsca “косой” deməkdir. Ehtimal ki, pəltək sözü ilə kəltə sözü eyni kökə malikdir. Bizdə kələ-kö­tür (əsli: kəltə-kötür) sözü əyri-üyrü anlamında işlədilir. Bu da kəltə sözü ilə bağlı ola bilər. Sözün biltək, kefkək variantı da olub. Biləkçə “связка” deməkdir. Biltək “dili bağlı” (dolaşan) kimi də anlaşıla bilər. 2. Bu sözün sinonimi kev kəlməsi olub, “gövşəmək”lə qohumdur. Görünür, pəltək və kövşək tarixən eyni söz olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / pəltək

pəltək sözünün sinonimləri (yaxın mənalı sözlər)

pəltək sözünün rus dilinə tərcüməsi

  • 1 1. заика; 2. косноязычный;

    Azərbaycanca-rusca lüğət / pəltək
  • 2 I сущ. 1. заика (тот, кто страдает заиканием) II прил. косноязычный (страдающий расстройством речи) 2. картавый (неправильно, нечисто произносящий звуки “р”, “л”)

    Azərbaycanca-rusca lüğət / pəltək

pəltək sözünün inglis dilinə tərcüməsi

pəltək sözünün fransız dilinə tərcüməsi

pəltək sözünün ləzgi dilinə tərcüməsi

pəltək sözünün türk dilinə tərcüməsi

"pəltək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#pəltək nədir? #pəltək sözünün mənası #pəltək nə deməkdir? #pəltək sözünün izahı #pəltək sözünün yazılışı #pəltək necə yazılır? #pəltək sözünün düzgün yazılışı #pəltək leksik mənası #pəltək sözünün sinonimi #pəltək sözünün yaxın mənalı sözlər #pəltək sözünün əks mənası #pəltək sözünün etimologiyası #pəltək sözünün orfoqrafiyası #pəltək rusca #pəltək inglisça #pəltək fransızca #pəltək sözünün istifadəsi #sözlük