pərdə sözü azərbaycan dilində

pərdə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • pərdə • 89.3190%
  • Pərdə • 10.2509%
  • PƏRDƏ • 0.4301%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Pərdə
Pərdə — qapı, pəncərə və digər yerlərdən asılan örtük və ya bir yeri iki hissəyə ayırmaq üçün istifadə edilən iri parça. == Tarixi == Qədim dövrlərdən üfüqi zolaqlardan ibarət ənənəvi naxışlarla bəzədilmiş uzun saçaqlı, ağ rəngli qalın yun parçadan hazırlanardı. Həyətdən evə və yaxud da çadır, alaçıqların giriş qapısının örtülməsi üçün Azərbaycanda istifadə edilərdi.Keçmiş zamanlarda bu məqsədlə kilim, cecim və s. kimi müxtəlif xovsuz xalçalardan, eləcə də tirmə parçalardan istifadə edirdilər. Orta əsrlərdə şah saraylarında qapıların üzərində pərdə əvəzi kimi xovlu xalçalar asılardı, bəzən elə bu xalçalar qapını əvəz edərdi. == Müasir pərdələr == Müasir pərdələrin otaqların ümumi görkəminə təsiri böyükdür. Onları da ən azından mövsümə görə dəyişmək lazımdır. Hər bir otağın xüsusiyyətindən asılı olaraq müxtəlif materiallardan hazırlanmış, müxtəlif rəngli pərdələr istifadə olunmalıdır. Qonaq otağı üçün isti rəngli, yataq otağına sadə, sakit, mülayim tonlu pərdələr, uşaq otağına əhval-ruhiyyəni yüksəldən rənglərdən olan pərdələr daha yaxşıdır. Mətbəx üçün ən uyğun pərdələr ağacdan hazırlanmış qatlanan pərdələrdir.
Dəmir pərdə
«Dəmir pərdə» — siyasi termin olub, Vinston Çörçill tərəfindən 5 mart 1946-cı ildə onun Fultondakı çıxışı zamanı işlədilmişdir. Çıxış, "soyuq müharibə"nin başlanğıcı üçün siqnal rolunu oynadı. Dəmir pərdə, ideoloji münaqişə idi və fiziki sərhəd, 1945-ci ildə İkinci dünya müharibəsinin sonundan 1991-ci ildə Soyuq müharibənin bitiminə qədər Avropanı 2 ayrı əraziyə bölürdü. Termin, SSRİ-nin özünü və peyk dövlətlərinin qərblə və sovetlərin nəzarətində olmayan ərazilərlə açıq əlaqədən məhrum etmək səylərini simvolizə edirdi. Dəmir pərdənin şərq hissəsində olan ölkələr, SSRİ-nin təsirində olan ölkələr idi. Dəmir pərdənin digər hissəsindəki dövlətlər isə özlərinin beynəlxalq iqtisadi və hərbi ittifaqlarını inkişaf etdirmişdi: Qarşılıqlı İqtisadi Yardımlaşma Şurası və Varşava Müqaviləsi Təşkilatına üzv ölkələr, aparıcı dövlət kimi SSRİ ilə Şimali Atlantika Müqaviləsi Təşkilatına üzv ölkələr və aparıcı dövlət kimi ABŞ iləDəmir pərdə, əsasən qitənin mərkəzində Avropa ölkələri arasında sərhəd müdafiələri formasını götürdü. Ən diqqətəlayiq sərhəd, Berlin divarı və bütünlüklə dəmir pərdənin simvolu kimi xidmət edən Çekpoynt Çarli ilə idi.Dəmir pərdəni dağıdan hadisələr, Polşada narazılıqla başladı və Macarıstan, Almaniya Demokratik Respublikası, Bolqarıstan, Çexoslovakiya və Rumıniyada davam etdi. Rumıniya, Avropada yeganə kommunist dövləti idi ki, zorla öz totalitar hökumətini devirmişdi. == Soyuq müharibə ifadəsinin işlədilməsi öncəsi == Vinston Çörçillin ifadəni söyləməmişdən öncə "dəmir pərdə" termininin müxtəlif işlədilmə formaları — Rusca: Железный занавес Zheleznyj zanaves; Almanca: Eiserner Vorhang; Çexcə: Železná opona; Slovakca: Železná opona; Macarca: Vasfüggöny; Rumınca: Cortina de fier; İtalyanca: Cortina di ferro; Serbcə: Гвоздена завеса Gvozdena zavesa; Estonca: Raudne eesriie; Bolqarca: Желязна завеса Zhelyazna zavesä. İfadə Traktote Sota 38b-nin "mechitza shel barzel", yəni dəmir maneə və ya ayırıcı kimi istinad etdiyi bizim eranın III və V əsrlərinə aid olan Talmuda gedib çıxır.
Pərdə sürəti
Pərdə sürəti ― fotoqrafiyada diafraqmadan keçən işığın nə qədər müddət senzorda qalacağını ifadə edən sistem. Başqa sözlə, pərdə sürəti şəkil çəkməyə sərf olunacaq vaxtı müəyyən edir.Professional fotoaparatlarda pərdə sürəti aralığı genişdir. Həvəskar, yaxud ucuz kameralar daha az pərdə sürəti aralığına sahibdir. == İstifadə formaları == Pərdə uzun müddət açıq qalarsa, hərəkət edən cisimlər fotoda bulanıq halda təsvir olunar. Bu isə hərəkət hissi verir. Məsələn, şəlalə, çay, hərəkətdə olan maşınlar və s. kimi obyektlər üçün istifadə olunur. Qısamüddətli pərdə sürəti isə anlıq hadisələr üçün təsvir olunur. Quşun qanad çalmağı, delfinin suyun üstünə tullanması və s. Qısamüddətli pərdə sürəti fotonun bulanıqlaşmasına səbəb olan kamera sarsıntısı ehtimalını azaldır.
Sonuncu pərdə
Sonuncu pərdə — 2019-cu ildə Emil Quliyev tərəfindən istehsal olunan rejissorun "Pərdə" sosial dram trillogiyasının üçüncü filmi. == Məzmun == Bəzən maddiyyat dostluqdan, vicdandan, insanlıqdan və hətta məhəbbətdən belə üstün olur. Hətta "yüz ilin" dostları belə, bir anın içində, hər şeyini tamahına qurban verib səhv yola addım atmış olur. Bəlkə də, bu kimlər üçünsə düzgün seçimdir. Yoxsa insani dəyərlər artıq dəyişib?
İkinci pərdə
İkinci pərdə — 2017-ci ildə Emil Quliyev tərəfindən istehsal olunan rejissorun "Pərdə" sosial dram trillogiyasının ikinci filmi. Filmin ssenarisini Emil Quliyev, filmin prodüseri Orxan Mərdan və ssenarist Pərviz Həsənli qələmə almışlar. Əsas rolları Hikmət Rəhimov, Günay Əhməd, Elşən Əsgərov, Qorqud Cəfərli və Ziya Ağa canlandırırlar. Film istehsal olunduğu tarixdən kinoteatrda baxışdan yanaşı, "YouTube"-də izlənilməsindən sonra bəyəni əldə etmiş, lakin tənqidlərə məruz qalmışdır. Tənqidlərə əsas səbəb kimi filmdə nalayiq ifadələrin işlənilməsi, bəzi açıq səhnələrin mövcudluğu göstərilmişdir. Ümumilikdə bu film, ictimai etirazlara baxmayaraq müsbət rəylərlə tamamlanmışdır. 72 dəqiqəlik filmin əsas süjet xətti yaxın dostların uzaqdan nə qədər yaxın görünsə də yaxından bir o qədər də uzaq görünməsi üzərində aparılmışdır. Səhnələrin bir çoxu gerçək yansıltmalar üzərində lentə alınmışdır. "İkinci pərdə" filmindən sonra trillogiyanın üçüncü "Sonuncu pərdə" filmi istehsal olunmuşdur. == Məzmun == Süjetin əsasını xəyanət motivi təşkil eləyir.
Pərdə (film, 2016)
Pərdə — Emil Quliyevin eyniadlı sosial dram trillogiyasının birinci filmi. == Məzmun == Bu yaxınlarda Lalənin atası onu evləndirir. Sevgilisi Emil Lalənin qardaşı Zaurdan ona evdən qaçıb, özü ilə gizləməyə kömək etməyə xahiş edir. == Heyət == === Rollarda === == Buraxılışı == Film 2016-cı ilin aprelin 21-də ayında üzə çıxıb. Hazırda o, megogo saytında mövcuddur.
Sonuncu pərdə (film, 2019)
Sonuncu pərdə — 2019-cu ildə Emil Quliyev tərəfindən istehsal olunan rejissorun "Pərdə" sosial dram trillogiyasının üçüncü filmi. == Məzmun == Bəzən maddiyyat dostluqdan, vicdandan, insanlıqdan və hətta məhəbbətdən belə üstün olur. Hətta "yüz ilin" dostları belə, bir anın içində, hər şeyini tamahına qurban verib səhv yola addım atmış olur. Bəlkə də, bu kimlər üçünsə düzgün seçimdir. Yoxsa insani dəyərlər artıq dəyişib?
İkinci pərdə (film, 2017)
İkinci pərdə — 2017-ci ildə Emil Quliyev tərəfindən istehsal olunan rejissorun "Pərdə" sosial dram trillogiyasının ikinci filmi. Filmin ssenarisini Emil Quliyev, filmin prodüseri Orxan Mərdan və ssenarist Pərviz Həsənli qələmə almışlar. Əsas rolları Hikmət Rəhimov, Günay Əhməd, Elşən Əsgərov, Qorqud Cəfərli və Ziya Ağa canlandırırlar. Film istehsal olunduğu tarixdən kinoteatrda baxışdan yanaşı, "YouTube"-də izlənilməsindən sonra bəyəni əldə etmiş, lakin tənqidlərə məruz qalmışdır. Tənqidlərə əsas səbəb kimi filmdə nalayiq ifadələrin işlənilməsi, bəzi açıq səhnələrin mövcudluğu göstərilmişdir. Ümumilikdə bu film, ictimai etirazlara baxmayaraq müsbət rəylərlə tamamlanmışdır. 72 dəqiqəlik filmin əsas süjet xətti yaxın dostların uzaqdan nə qədər yaxın görünsə də yaxından bir o qədər də uzaq görünməsi üzərində aparılmışdır. Səhnələrin bir çoxu gerçək yansıltmalar üzərində lentə alınmışdır. "İkinci pərdə" filmindən sonra trillogiyanın üçüncü "Sonuncu pərdə" filmi istehsal olunmuşdur. == Məzmun == Süjetin əsasını xəyanət motivi təşkil eləyir.
Fərid Pərdəşünas
Fərid Bayram oğlu Pərdəşünas () — Azərbaycanlı təşəbbüskar, jurnalist və texno-bloqqer. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın daimi və Azərbaycan Mətbuat Şurasının idarə heyətinin üzvü. Hazırda Technote Media Şirkətinin təsisçisi və rəhbəridir. == Həyatı == Fərid Pərdəşünas 1994-cü ildə Bakı şəhərində anadan olub. Pərdəşünas soyadını babası Cəfər Pərdəşünasdan alıb. Bu soyad vaxtilə baba və nənəsinin Cənubi Azərbaycandan, Şimali Azərbayancana məcburi köçürülməsi zamanı verilib. Babası Cəfər Pərdəşünasın əsas sənəti tar üzərinə pərdə çəkmək olduğu üçün, Şimali Azərbaycana keçid zamanı Sovet Ordusu Pərdəşünas soyadını məcburi tətbiq edib.Fərid Pərdəşünas 2011-ci ildə Bakı Dövlət Universitetinə qəbul olub və burada "Dünya İqtisadiyyatı" ixtisası üzrə təhsil alıb. 2015-ci ildə Bakı Dövlət Universitetini uğurla başa vurub və həmin ildə karyerasına Technote Media Şirkətini təsis edərək başlayıb. == Fəaliyyəti == Fərid Pərdəşünas 2015-ci ildə Azərbaycanda fəaliyyət göstərən Technote Media şirkətinin əsasını qoyur və "www.technote.az" veb saytı informasiya portalı olaraq fəaliyyətə başlayır. Elə həmin ilin oktyabrında Barama İnnovasiyalar Mərkəzinin inkubasiya proqramına qoşulan şirkət 2018-ci ildə proqramı uğurla bitirir.Fərid Pərdəşünas İkinci Qarabağ müharibəsi zamanı informasiya müstəvəsində könüllü kimi fəaliyyət göstərib.
Pərdələr
Pərdə — qapı, pəncərə və digər yerlərdən asılan örtük və ya bir yeri iki hissəyə ayırmaq üçün istifadə edilən iri parça. == Tarixi == Qədim dövrlərdən üfüqi zolaqlardan ibarət ənənəvi naxışlarla bəzədilmiş uzun saçaqlı, ağ rəngli qalın yun parçadan hazırlanardı. Həyətdən evə və yaxud da çadır, alaçıqların giriş qapısının örtülməsi üçün Azərbaycanda istifadə edilərdi.Keçmiş zamanlarda bu məqsədlə kilim, cecim və s. kimi müxtəlif xovsuz xalçalardan, eləcə də tirmə parçalardan istifadə edirdilər. Orta əsrlərdə şah saraylarında qapıların üzərində pərdə əvəzi kimi xovlu xalçalar asılardı, bəzən elə bu xalçalar qapını əvəz edərdi. == Müasir pərdələr == Müasir pərdələrin otaqların ümumi görkəminə təsiri böyükdür. Onları da ən azından mövsümə görə dəyişmək lazımdır. Hər bir otağın xüsusiyyətindən asılı olaraq müxtəlif materiallardan hazırlanmış, müxtəlif rəngli pərdələr istifadə olunmalıdır. Qonaq otağı üçün isti rəngli, yataq otağına sadə, sakit, mülayim tonlu pərdələr, uşaq otağına əhval-ruhiyyəni yüksəldən rənglərdən olan pərdələr daha yaxşıdır. Mətbəx üçün ən uyğun pərdələr ağacdan hazırlanmış qatlanan pərdələrdir.
Pərdəqanadlılar
Pərdəqanadlılar (lat. Hymenoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. == Haqqında == Pərdəqanadlılar dəstəsi həşarat sinfinin ən böyük dəstələrinin biri olub, 100 000-dən çox növü vardır. Bir cüt iri gözə və 3 gözcüyə malikdir. Bığcıqları 3-dən 70-ə qədər buğumlardan təşkil olunmuşdur.
Pərdəstli
Pərdəstli (fars. پردستلو‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 146 nəfər yaşayır (32 ailə).
Qulaq pərdəsi
Qulaq pərdəsi (lat. membrana tympani) — xarici qulaqla orta qulağın hüdudunu təşkil edir. Qulaq pərdəsinin kənarı xarici qulaq keçəcəyi dibində olan təbil şırımına lifli qığırdaq halqa - lat. anulus fibrocartilagineus vasitəsilə bağlanmışdır. Böyüklərdə qulaq pərdəsi dairə ya ellips şəklində olur; qalınlığı 0,1 mm və ölçüsü 11x9 mm-ə bərabərdir. Qulaq pərdəsinin mərkəzi qıf kimi orta qulağa doğru dartılmışdır və qulaq pərdəsi göbəyi - lat. umbo membranaetympani adlanır. Qulaq pərdəsinin xarici səthi qulaq keçəcəyi dərisinin epidermis qatı - lat. stratum curaneum, daxili səthi orta qulağın selikli qişası - lat. stratum mucosum ilə örtülüdür.
Qulaq pərdəsini gərginləşdirən əzələ
Qulaq pərdəsini gərginləşdirən əzələ - lat. m. tensor tympani eyni adlı yarımkanalda yerləşərək həmin kanalın divarından və yevstax borusunun qığırdağından başlayır və çəkic sümükcüyünün dəstəsinə bağlanır; vəzifəsi çəkicin dəstəsini dartmaqla qulaq pərdəsini gərginləşdirməkdir.
Qızlıq pərdəsi
Qızlıq pərdəsi y (lat. hymen) — uşaqlıq yolu dəliyini örtən, genez cəhətcə Müller qabarcığının qalığı sayılan və adətən aypara şəklində olan (lat. hymen semilunaris) bir pərdə. Onun nazik sərbəst kənarı uşaqlıq yolu dəliyini əhatə edir, digər kənarı uşaqlıq yolunun dal divarına bitişir. Uşaqlıq yolu dəliyi (lat. stium vaginae) 1,5 smdiametrli dəliyə bənzəyir. Normal vəziyyətdə qızlıq pərdəsi büküşlər əmələ gətirərək uşaqlıq yolu dəliyini örtür. Bəzən uşaqlıq yolu dəliyi qızlıq pərdəsinin ortasında olur və bir həlqəyə bənzəyir. Bu növ qızlıq pərdəsi lat. hymen aularis adlanır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 4.34 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 30.84
2003 •• 2.76
2004 •• 2.70
2005 •• 2.02
2006 •• 2.03
2007 ••• 3.17
2008 •• 2.44
2009 •••• 4.96
2010 •••• 5.81
2011 ••• 3.35
2012 •• 3.01
2013 •••••••••• 14.00
2014 ••••• 6.35
2015 ••••• 7.14
2016 ••• 3.12
2017 •• 2.93
2018 ••• 3.75
2019 1.11
2020 •• 2.12

pərdə sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] 1. Qapı, pəncərə və s.-dən asılan örtü və ya bir yeri iki hissəyə ayırmaq üçün asılan iri parça. Tül pərdə. Pərdə ilə otağı iki hissəyə bölmək. Qapıya pərdə salmaq. – Gün İmranın üstünə düşəndə qarı dirəklərin arasına pərdə tutardı. İ.Şıxlı. 2. Teatrda səhnəni tamaşa salonundan ayıran asılmış iri örtü. Pərdə qalxır, Əsgər oxuyur… Ü.Hacıbəyov. Səhnədən yeni pərdə asılmışdı. Ə.Sadıq. 3. Səhnə əsərlərinin ən böyük hissələrindən hər biri. İki şəkildən ibarət pərdə. Balet üç pərdədən ibarətdir. Birinci pərdədə çıxış etmək. – Əsərin ən gərgin yerləri olan IV və V pərdələrdə Almaz şiddətli həyəcanlar keçirir. M.Arif. Tamaşanın ikinci pərdəsi oynanırdı. Mir Cəlal. 4. Bəzi simli musiqi alətlərinin (tar, saz və s.) qolundakı bölmələrdən hər biri (bunların hər birinə barmaqla və ya mizrabla toxunduqda başqa bir səs çıxarır). Oğlan sazın zil pərdəsini dilləndirir. A.Şaiq. [Məmməd aşığa:] Barmağın gəzdikcə pərdələrdə, mən; Min ilham almışam o nəğmələrdən. Z.Xəlil. Muğamdakı həzin-həzin pərdələrdən; Divarların dönəminə naxış vurdun. B.Vahabzadə. 5. Mayenin üzərində əmələ gələn təbəqə. Südün üzərindəki yağ pərdəsi. Gölməçə neft pərdəsi ilə örtülüdür. 6. məc. Bir şeyi hər tərəfdən örtən, bürüyən, qapayan nazik təbəqə. Toz pərdəsi. Duman pərdəsi. – Gecənin pərdəsi tamam söküldü; Günəşin telləri yerə töküldü. H.K.Sanılı. Çiçək öz gülüşü ilə Muxtarın sifətindəki xəcalət pərdəsini yırtdı. Ə.Vəliyev. 7. anat. Canlı orqanizmdə bir boşluğu ikiyə bölən nazik təbəqə. Qulaq pərdəsi. Göz pərdəsi. 8. məc. Çarşab, ümumiyyətlə, görməyə mane olan şey mənasında. Pərdədə saxlanma, çıx, ey sevgili dildarımız. M.Hadi. □ Pərdə çəkmək məc. – bax pərdələmək. Məni çox gənc ikən ağlatdı zaman; Çəkərək pərdə o xoş mənzərəyə. Ə.Cavad. Pərdəyə bürünmək – üstü örtülmək, görünməz olmaq. Bütün şəhər qaranlıq bir pərdəyə bürünmüşdü. S.Rəhman. 9. məc. Örtü, örtük. Dan yeli hər yana ətir dağıdır; Çöllərə çəkilir yaşıl bir pərdə. A.Şaiq. Qara buludlar qalın bir pərdə kimi göy üzünü örtmüşdü. M.İbrahimov. Elə bil üfüqə … bozumtul pərdə çəkilmişdi. Ə.Əbülhəsən. 10. məc. Böyüklə kiçik, yaxud qadınla kişi arasında gözlənilməli olan hörmət, abır-həya hissi. Arada pərdə olmalıdır. ◊ Pərdəni aradan götürmək – bax pərdəni yırtmaq. [Məzlum:] Aslan, belə danışma, gəl pərdəni aradan götürməyək. S.Vəliyev. Pərdəni yırtmaq – böyüklə kiçik arasında gözlənilməli olan hörmət münasibətini pozmaq, gözləməmək; abır, həya hissini itirmək. İnsan nə iş görsə gərək pünhani görsün, pərdəni yırtmasın. S.Rəhimov. Pərdəsini qaldırmaq – açıb göstərmək, aşkara çıxarmaq, üzə çıxarmaq, aşkar etmək. Qaldır pərdəsini keçmişin bir az; Bax! Kimdir sahildə duran ixtiyar… R.Rza. Gözdən pərdə asmaq – bax göz. [Kazım:] Görürəm səninlə danışmaq çox çətindir, Kosaoğlu. Sən başa düşmürsən ki, hökuməti aldadıb gözdən pərdə asmaq ən böyük cinayətdir?! İ.Şıxlı.

    Azərbaycan dilinin izahlı lüğəti / pərdə

pərdə sözünün sinonimləri (yaxın mənalı sözlər)

pərdə sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 PƏRDƏ I is. [ fars. ] Örtük. Pəncərə qara pərdə ilə tutulmuşdu (S.Qədirzadə). PƏRDƏ II is. [ fars. ] Əsərdə akt, hərəkət. Gənc dramaturq yeni dramasının həmin pərdəsini mənə oxudu (S.Rüstəm). PƏRDƏ III is. [ fars. ] mus. Simli musiqi alətlərində səslərin fərqlənməsi. Pərdələr üstünə barmağın ensin; Bəmdə çox dayanma, qaldır zilə sən (Ə.Kürçaylı).

    Azərbaycan dilinin omonimlər lüğəti / pərdə

pərdə sözünün rus dilinə tərcüməsi

  • 1 1. занавес, занавеска, завеса, гардина; 2. плева, пелена, пленка; 3. перепонка; 4. акт, действие (пьесы);

    Azərbaycanca-rusca lüğət / pərdə
  • 2 сущ. 1. занавес: 1) большое полотенце, завешивающее или отгораживающее что-л.; занавесь, занавеска. Tül pərdə тюлевая занавеска, məxmər pərdə бархатный занавес, pəncərə pərdəsi оконная занавеска, pərdə asmaq вешать, повесить занавес 2) большое полотнище, закрывающее сцену от зрительного зала. Pərdəni qaldırmaq поднять занавес, pərdəni endirmək опустить занавес 2. гардина, портьера (оконная или дверная занавеска) 3. штора (оконная занавеска, поднимающаяся или отодвигающаяся обычно с помощью шнура) 4. завеса: 1) большой кусок ткани, служащий для завешивания чего-л.; занавес, занавеска. İpək pərdə шёлковая завеса 2) то, что скрывает, закрывает собой что-л. Atəş pərdəsi воен. огневая завеса 5. плёнка: 1) мед. тонкая кожица, ткань, служащая оболочкой чего-л., покрывающая что-л. в растительном, животном организме; плева 2) тонкий плотный слой, образующийся на твёрдой поверхности 6. перен. пелена (сплошной покров, заволакивающий что-л.). Duman pərdəsi пелена тумана, tüstü pərdəsi пелена дыма 7. перепонка (тонкая упругая плёнка, являющаяся перегородкой или оболочкой в живом организме). Təbil pərdəsi мед. барабанная перепонка, üzmə pərdəsi плавательная перепонка, qulaq pərdəsi см. təbil pərdəsi 8. лад (поперечное деление на грифе струнных инструментов); ступень. Tarın pərdələri лады (ступени) тара 9. тон (музыкальный звук определённой высоты) 10. акт, действие (законченная часть драматического произведения или театрального представления). Birinçi pərdə первое действие, первый акт, hər pərdədən sonra после каждого акта ◊ pərdəsi altında nəyin: 1. под покровом, под завесой чего 2. под предлогом чего; pərdəni aradan götürmək, pərdəni yırtmaq нарушить нормы приличия, потерять чувство стыда; pərdəni qaldırmaq приподнять завесу, разоблачить, снять покров с чего-л.; gözdən pərdə asmaq отвести глаза к ому-л., пускать пыль в глаза, втирать очки к ому-л

    Azərbaycanca-rusca lüğət / pərdə

pərdə sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. curtain; ~ asmaq / tutmaq to curtain (d.); pəncərəyə ~ asmaq / tutmaq to curtain the window; ~ni çəkmək to draw* the curtain; Pərdə düz saat səkkizdə qalxır / düşür (teatrda) The curtain rises / falls at eight sharp; ~ni qaldırmaq to raise the curtain; ~ni salmaq to drop the curtain; Pərdə açıldı The curtains were pulled / drawn aside, The curtain parted; 2. veil, screen; tüstü ~si hərb. smoke screen; gecənin ~si altında under (the) screen of night; duman ~si veil of mist; din ~si altında under the veil of religion; 3. tib. ağ ciyər ~si pleura; qızlıq ~si hymen; qulaq ~si eardrum; 4. teatr. act; üçüncü ~ the third act

    Azərbaycanca-ingiliscə lüğət / pərdə

pərdə sözünün fransız dilinə tərcüməsi

pərdə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. перде (1. рикӀинай, дакӀардай ва я кӀвалин юкьвай ва мс. авадардай (куьрсардай) парча; 2. театрда сегьне ахъайиз акьалун патал авадардай ири парча; 3. театрдин тамашадин, пьесадин чӀехи паярикай гьар сад; 4. музыкадин алатрин (мес. чуьнгуьрдин, тардин ва мс.) тӀуб илисдамаз гьар жуьре ванер акъатдай паярикай гьар сад; 5. къат; ччар (жими затӀунин мес. некӀедин, нафтӀадин винел акъваздай); 6. пер. къат (руквадин, цифедин ва мс.); 7. анат. ччан алай организмда са бушлугъ кьве патахъ пайдай кьелечӀ къат; qulaq pərdəsi япун перде; göz pərdəsi вилин перде; 8. пер. чаршав; акуниз манийвалдай затӀ; кӀевдай (кӀевнавай) затӀ; pərdə çəkmək пер. кил. pərdələmək; 9. пер. яд, чӀехиданни гъвечӀидан ва я дишегьлидинни итимдин арада хуьн лазим тир абур-гьаядин гьисс, гьуьрмет); pərdəni aradan götürmək кил. pərdəni yırtmaq; pərdəni yırtmaq пер. перде хуьн тавун, гьуьрмет (абур-гьая) хуьн тавун (чӀехиданни гъвечӀидан, дишегьлидинни итимдин арада), ччина авай яд акъудун); ** pərdəsini qaldırmaq перде хкажун, дуьздал акъудун, винел акъудун, ашкара авун; gözdən pərdə asmaq кил. göz.

    Azərbaycanca-ləzgicə lüğəti / pərdə

pərdə sözünün türk dilinə tərcüməsi

pərdə sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. 1) qapı-pəncərəyə asılan örtük; 2) bir yeri iki hissəyə ayıran iri parça; 3) bəzi simli musiqi alətlərində bölmə; 4) səhnə əsərinin ən böyük hissəsi. Pərdei-ismət ismət, həya pərdəsi; pərdei-zilal «qaranlıq pərdəsi» m. bax pərdeizülmət; pərdei-zülmət «zülmət pərdəsi» m. qaranlıq.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan dilinin dialektoloji lüğəti.

pərdə salmax: (Gəncə) qabığı bərkiməmiş yumurtlamaq. – Töyux pərdə salıf

Azərbaycan dilinin dialektoloji lüğəti.

"pərdə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#pərdə nədir? #pərdə sözünün mənası #pərdə nə deməkdir? #pərdə sözünün izahı #pərdə sözünün yazılışı #pərdə necə yazılır? #pərdə sözünün düzgün yazılışı #pərdə leksik mənası #pərdə sözünün sinonimi #pərdə sözünün yaxın mənalı sözlər #pərdə sözünün əks mənası #pərdə sözünün etimologiyası #pərdə sözünün orfoqrafiyası #pərdə rusca #pərdə inglisça #pərdə fransızca #pərdə sözünün istifadəsi #sözlük