qızılböcək sözü azərbaycan dilində

qızılböcək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qızılböcək • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bozumtul qızılböcək
Bozumtul qızılböcək-(lat. Capnodis tenebricosa Hbst.) Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Qızılböcəklər fəsiləsinə aid olan növ. == Həyat tərzi == Böcəklərə bütün yay fəsli rast gəlinir. May ayında yumurta qoyurlar. Yumurtalar əsasən ağacın gövdəsinin yarıqlarına və qabıq altına qoyulur. Yumurtadan iyun ayında çıxan sürfələr ağacın gövdəsinə girərək qidalana-qidalana kökə tərəf irəliləyirlər. Ağacların tör-töküntüsü altında imaqo mərhələsində qışlayırlar. İl ərzində bir nəsl verir. Zərərvericinin sürfə mərhələsindən 2 növ (Macrocentrus ancylivorus Roh., Perisierola gallikola Kieff.) entomofaq qeydə alınmışdır. == Yayılması == Avropa, İran, Suriya, Afrika, Qafqaz, Qazaxıstan.
Qaramtıl qızılböcək
Qaramtıl qızılböcək (lat. Capnodis tenebrionis L.) — Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Qızılböcəklər fəsiləsinə aid olan növ. Abşeron yarımadasında, Qaramtıl qızılböcəyin sürfəsi, bəzək ağaclarının çürümüş köklərinə və gövdəsinə (iyun ayında) daha çox zərər verir (18-22 %). Böcəklərə, ilin yay fəslində daha çox rast gəlinir. May ayında ağacın kök hissəsinə yaxın gövdə yarıqlarına yumurta qoyurlar, 18-24 gündən sonra yumurtalardan sürfələr çıxır və torpağın alt hissəsinə yaxın köklərlə qidalanırlar. Qidalandıqdan bir müddət sonra sürfələr qabığın altında və ya yarıqlarda barama içərisində puplaşırlar. 10-14 gündən sonra puplardan çıxan böcəklər (mayın axırı, iyulun əvvəli) ağacların yarpaqları ilə qidalanırlar. Müşahidələrə əsasən böcəklər həm sürfə mərhələsində, həm də imaqo mərhələsində qışlayır. 3 ildə bir nəsil verir. Rusiya, Qafqaz, Qazaxıstan, Türkmənistan, Orata və Cənubi Avropa, Afrika,Türkiyə, Suriya, İsrail, İrak, İran, Azərbaycan.
Qızılböcəklər
Qızılböcəklər (lat. Buprestidae) — buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinə aid olan fəsilə. Bocəklər əsasən orta, nadir hallarda iri ölçülü olub, çox vaxt metal parıltılı olur. Bədənləri uzunsov, yığcam və ya silindir şəkillidir. Möhkəm çanaqla örtülmüş, qanadüstlükləri sona doğru daralır. Bığcıqları qısa, mişarşəkilli, ayaqları qısadır. Sürfələr ağımtıl, yastıdırlar. Uzun və nazik qarıncıqlıdırlar, ön döşləri genişlənmişdir, ayaqları yoxdur. Böyük olmayan tünd baş ön döşə doğru çəkilmişdir. Bədənin belə forması ağacda sərbəst hərəkət etməyə kömək edir.

qızılböcək sözünün leksik mənası və izahı

qızılböcək sözünün rus dilinə tərcüməsi

qızılböcək sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#qızılböcək nədir? #qızılböcək sözünün mənası #qızılböcək nə deməkdir? #qızılböcək sözünün izahı #qızılböcək sözünün yazılışı #qızılböcək necə yazılır? #qızılböcək sözünün düzgün yazılışı #qızılböcək leksik mənası #qızılböcək sözünün sinonimi #qızılböcək sözünün yaxın mənalı sözlər #qızılböcək sözünün əks mənası #qızılböcək sözünün etimologiyası #qızılböcək sözünün orfoqrafiyası #qızılböcək rusca #qızılböcək inglisça #qızılböcək fransızca #qızılböcək sözünün istifadəsi #sözlük