Qəbizdərə kilsəsi
Qəbizdərə kilsəsi –Zaqatala rayonunun Qəbizdərə kəndindən şimalda, Kilsəçay və Maurovçay çaylarının birləşən yerində dağılmış bir məbəd var. Bu kilsə dağın düzənlik hissəsində, meşədə, Dağıstana gedən yolun üzərində yerləşir. Zaqatala rayonunun Qəbizdərə kəndində yerləşən bu kilsə VIII–IX əsrlərə aid "azad xaç" memarlıq formasına malikdir. Məbədin divar hörgüsündə mozaik ardıcıllıqla sıralanmış hündür və alçaq çaydaşılardan istifadə edilmişdir Pəncərə və qapı yerləri, həmçinin nişlər yaxşı yonulmuş daşlarla üzlənmişdir. Kilsə həm daxildən, həm də xaricdən xaçvari formaya malikdir. Xaçın tərəflərinin kəsişmə yerində, kilsənin mərkəzində günbəz ucalır. Şərq tərəfdən kilsə binasına xaricdən beşguşəli, daxildən isə yarımdairəvi formaya malik altar apsidası birləşir.
== Tarixi ==
Abidəni tədqiq etmiş professor G. Məmmədova qeyd edir ki, elementlərinin erkən orta əsrlər memarlığına xas formada müstəqil təsviri, həmçinin sadə memarlıq kompozisiyasını mürəkkəbləşdirən xüsusiyyətlərin olması Qəbizdərə kilsəsini VIII–IX əsrlərə aid etməyə imkan verir. V.Kərimov V-VI əsrlərə, M.Xəlilov isə VII-VIII əsrlərə aid edir.
== Memarlıq xüsusiyyətləri ==
Kilsə kiçik həcmli fəza quruluşuna malikdir.