* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [ər. qənaət və fars. …kar] Hər şeyi qənaətlə, sərfəli işlədən, hər şeyə qənaət edən, qənaətlə dolanan; qənaətcil. Qənaətkar adam. – [Gülbala] öz sənətini sevən, son dərəcədə qənaətkar, ağırtəbiətli bir kəndli idi. A.Şaiq. Zeynal indi öz evinə qayıtmaq, ailəsinin şəfqətli qanadları altına sığınıb qənaətkar bir zəhmətkeş həyatı yaşamaq istəyirdi. S.Hüseyn.
Azərbaycan dilinin izahlı lüğəti / qənaətkar2 ə. və f. hər şeyi qənaətlə işlədən // az şeylə kifayətlənən.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / qənaətkar1 QƏNAƏTKAR – İSRAFÇI Öz sənətini sevən, son dərəcə qənaətkar, ağırtəbiətli bir kəndli var (A.Şaiq); Əlbəttə, bilirsiniz ki, adətən israfçılar çox vaxt xəsis, saxta, xeyirxahlar isə lovğa olurlar (M.Talıbov).
Azərbaycan dilinin antonimlər lüğəti / qənaətkar1 [ər. qənaət və fars. ...kar] прил. мадара ийидай, къенят ийидай, мадаравилелди серф ийидай, мадаравилелди кьил хуьдай; къеняткар.
Azərbaycanca-ləzgicə lüğəti / qənaətkar