Şamaxı qərənfili
Dianthus schemachensis Schischk.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – EN B1ab(iii, iv, v) c (iii, iv) + 2ab(ii) c (ii, iii). Azərbaycanın nadir növüdür.
== Qısa morfoloji təsviri ==
Çoxillik , tünd –göy rəngli ot bitkisidir. Gövdələri dəstə şəklində kökümsovdan qalxır, (9)12—20(25) sm uzunluğunda, düz yaxud qalxanvari şəkildə olurlar. Yarpaqlar oturaq, əsasında ensiz-xətli, 1–2 mm enində, sivrilmiş, qıraqlardan nahamardır. Çİçəkləri tək-tək yerləşir. Kasacıq 26—30(23) mm uzunluqda, qabıqlı, silindrik, ağımtıl, çox vaxt al-qırmızı rənglidir. Yarpaqların ayası 6–8 mm uzunluğunda, tərs – yumurtavari, üstdən ağımtıl, alt tərəfdən çəhrayıdır.
== Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri ==
Çiçəkləmə-meyvə əmələgətirmə dövrü iyun ayına təsadüf edir.