Labirint qaçışçısı (film seriyası)
Labirint qaçışçısı (əsl adı: Maze Runner) Şimali Amerika yazıçısı Ceyms Daşnerin Labirint qaçışçısı romanları əsasında hazırlanmış elmi-fantastik, distopik, döyüş, macəra film janrlarını özündə birləşdirən Şimali Amerika film trilogiyasıdır. Ellen Goldsmith-Vein tərəfindən istehsal edilmiş və 20th Century Fox tərəfindən yayımlanmış bu filmin baş rollarında Dylan O'Brien, Kaya Scodelario, Thomas Brodie-Sangster, Ki Hong Lee, Dexter Darden və Patricia Clarkson yer almışdır. Ues Ball hər üç filmin rejissoru olub.
İlk film Labirint qaçışçısı 19 sentyabr 2014-cü ildə nümayiş olundu və dünya üzrə 348 milyon dollardan çox gəlir gətirərək böyük bir kommersiya müvəffəqiyyəti əldə etdi. İkinci film, Labirintdə qaçış: Alovlu sınaq, 18 sentyabr 2015-ci ildə nümayiş etdirildi və dünya üzrə 312 milyon dollardan çox gəlir əldə edərək müvəffəqiyyət qazandı. Film franşizası 2018-ci il yanvarın 26-da yayımlanan və dünya üzrə 288 milyon dollar gəlir gətirən üçüncü film olan Labirintdə qaçış: ölümə dərman filminin nümayişi ilə başa çatmışdır.
== Filmlər ==
=== Labirint qaçışçısı ===
Film bir qrup oğlan ilə labirintdə tələyə düşərək oyanan Tomas haqqındadır. Onun WCKD (World Catastrophe Killzone Departamenti) kimi tanınan bir təşkilat haqqında xəyalları istisna olmaqla, xarici dünya haqqında heç bir informasiyası yoxdur. Tomas yalnız labirintdə tapdığı ip ucları ilə keçmişinin hissələrini bir araya gətirərək məqsədinə çatmağa və qaçmağın bir yolunu tapmağa ümid edə bilər.
Filmin inkişafına 2011-ci ilin yanvarında Foks Daşnerin Labirint qaçışçısı romanının film hüquqlarını aldıqdan sonra başlandı.