Şaumyan (Qabaqtəpə, Daşkəsən)
Pirverdilər (əvvəlki adları: Parakənd; Şaumyan) — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qabaqtəpə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Daşkəsən rayonunun Qabaqtəpə kənd Sovetinin Şaumyan kəndi Pirverdilər kəndi adlandırılmışdır.
Kənd pirverdilər nəslinin adını daşıyır.
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd dağətəyi ərazidə yerləşir. Pirverdilər kəndi ərazisində hər birinin ümumi uzunluğu 28,4 m, eni 11 m, avtomobillərin hərəkət hissəsi 8 m olan müasir tipli 2 ədəd körpü 2015-ci ilin 24 dekabrında sakinlərin istifadəsinə verilmişdir.
Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Kənddə Pirverdilər kənd kitabxana filialı, Pirverdilər kənd klubu fəaliyyət göstərir.
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.