Qabaqtəpə sözü azərbaycan dilində

Qabaqtəpə

Yazılış

  • Qabaqtəpə • 95.2756%
  • qabaqtəpə • 3.1496%
  • QABAQTƏPƏ • 1.5748%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qabaqtəpə
Qabaqtəpə (Daşkəsən)
Qabaqtəpə (Daşkəsən)
Qabaqtəpə — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qabaqtəpə kənd inzibati ərazi dairəsində kənd. Kəndin adı yaxınlıqdakı Qabaqtəpə dağının adından alınmışdır. Kənddə XIII-XIV əsrlərə aid qədim Alban kiləsi abidəsi var.Bu abidə kənddə yaşayışın çox qədimdən olduğunu sübut edir. Kənd Qabaqtəpəçayın hər iki sahilində, dağətəyi ərazidə yerləşir. Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə Qabaqtəpə kəndində süni mayalanma məntəqəsi fəaliyyət göstərir. Kənddə Qabaqtəpə kənd kitabxana filialı, Qabaqtəpə kənd Mədəniyyət Evi, Qabaqtəpə kənd xəstəxanası fəaliyyət göstərir. Kənddə Daşkəsən rayon Qabaqtəpə kənd A.Rüstəmov adına tam orta məktəb və Daşkəsən rayon Qabaqtəpə kənd ümumi orta məktəbi fəaliyyət göstərir. 2004-2009-cu illərdə A.Rüstəmov adına tam orta məktəbin yanında 100 şagird yerlik 6 sinif otağı tikilib istifadəyə verilmişdir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Qabaqtəpə (Miyanə)
Qabaqtəpə (fars. قباق تپه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 509 nəfər yaşayır (95 ailə).
Qabaqtəpə (Talin)
Qabaqtəpə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Talın rayonunda kənd. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim «ön hissə, ön tərəf» mənasında qabaq sözü ilə. Azərbaycan dilində «kiçik, alçaq dağ» mənasında işlənən «təpə» sözünün birləşməsindən əmələ gəlib «qabaq təpə yanında olan kənd» anlamını verir.Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Qabaqtəpə (Talın)
Qabaqtəpə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Talın rayonunda kənd. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim «ön hissə, ön tərəf» mənasında qabaq sözü ilə. Azərbaycan dilində «kiçik, alçaq dağ» mənasında işlənən «təpə» sözünün birləşməsindən əmələ gəlib «qabaq təpə yanında olan kənd» anlamını verir.Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Qabaqtəpə arısı
Qabaqtəpə arısı - Bozdağ-Qafqaz arılarına daxil olan populyasiya yerli şəraitin təsiri nəticəsində meydana gəlmişdir. Bu arı ölkəmizin Daşkəsən rayonu Qabaqtəpə kəndi yaxınlığında formalaşdığı üçün Qabaqtəpə arısı adlandırılmışdır. Qabaqtəpə arıları açıq-boz rəngdə olur. Qarın nahiyəsində sarı həlqələr yoxdur. Üzəri tükçüklərlə örtülüdür. Kənardan baxdıqda yan hissələr gümüşü rəngə çalır. Bu populyasiya dünyada uzun xortumlu olması ilə fərqlənir. Onların xortumlarının uzunluğu 6,9 mm təşkil edir. Bu isə arıya üstünlük verir. Arının şirə vəziləri çiçək dərinliydən məhsul toplaya bilir və bitkiləri sərbəst çarpaz tozlandırır.
Qabaqtəpə bələdiyyəsi
Daşkəsən bələdiyyələri — Daşkəsən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qabaqtəpə dağı
Qabaqtəpə dağı (Şahbuz) — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində dağ. Qabaqtəpə dağı (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonu ərazisində dağ.
Qabaqtəpə kilsəsi
Qabaqtəpə kilsəsi - Daşkəsən rayonu Qabaqtəpə kəndinin mərkəzində, yolun kənarında yerləşən məbəd. Məbəd albanlara məxsus olmuşdur və tikilmə tarixi 15 əsrə aid edilir. Məbəd üçnefli düzbucaqlı bazilikadan ibarətdir. Bazilikanın xarici ölçüləri 21.75 X 13.30 metrdir. Təəssüf ki, erməni barmağı bu məbəddən də yan keçməyib. Məbədə məxsus nadir əşyalar başqa ünvanlara daşınıb. Daxildən möhtəşəm görünən bu məbədin xarici quruluşu olduqca yığcam formadadır. Məbədin hazırda bərpaya ehtiyacı var.
Qabaqtəpə dağı (Laçın)
Qabaqtəpə — Laçın rayonu ərazisində dağ. Şəlvə çayı ilə Qoşasu çayının suayrıcında yerləşir. Hündürlüyü 2132 m. Oronim “qarşida olan dağ” mənasındadır.
Qabaqtəpə dağı (Şahbuz)
Qabaqtəpə — Şahbuz rayonu ərazisində dağ (hünd. 2175,5 m). Dərələyəz silsiləsinin suayırıcısındakı Səngər yüksəkliyindən (2915,8 m) cənuba ayrılan eyniadlı qolun suayırıcısında zirvə. Badamlı kəndindən 4 km şimal-şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinin üst hissəsinə aid Alt Paradaş lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentində, onun Nursu mərkəzi əyilməsinin strukturuna aid Nursu-Qabaqtəpə sinklinalının nüvə hissəsində yerləşir. Zirvə hissəsindən və cənub-qərb yamacından şimal-şərq istiqamətli fay-yerdəyişmə qırılmaları keçir.
Şaumyan (Qabaqtəpə, Daşkəsən)
Pirverdilər (əvvəlki adları: Parakənd; Şaumyan) — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qabaqtəpə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Daşkəsən rayonunun Qabaqtəpə kənd Sovetinin Şaumyan kəndi Pirverdilər kəndi adlandırılmışdır. Kənd pirverdilər nəslinin adını daşıyır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd dağətəyi ərazidə yerləşir. Pirverdilər kəndi ərazisində hər birinin ümumi uzunluğu 28,4 m, eni 11 m, avtomobillərin hərəkət hissəsi 8 m olan müasir tipli 2 ədəd körpü 2015-ci ilin 24 dekabrında sakinlərin istifadəsinə verilmişdir. Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Kənddə Pirverdilər kənd kitabxana filialı, Pirverdilər kənd klubu fəaliyyət göstərir. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Oxşar sözlər

#qabaqtəpə nədir? #qabaqtəpə sözünün mənası #qabaqtəpə nə deməkdir? #qabaqtəpə sözünün izahı #qabaqtəpə sözünün yazılışı #qabaqtəpə necə yazılır? #qabaqtəpə sözünün düzgün yazılışı #qabaqtəpə leksik mənası #qabaqtəpə sözünün sinonimi #qabaqtəpə sözünün yaxın mənalı sözlər #qabaqtəpə sözünün əks mənası #qabaqtəpə sözünün etimologiyası #qabaqtəpə sözünün orfoqrafiyası #qabaqtəpə rusca #qabaqtəpə inglisça #qabaqtəpə fransızca #qabaqtəpə sözünün istifadəsi #sözlük