qabıq sözü azərbaycan dilində

qabıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qabıq • 94.8104%
  • Qabıq • 5.1896%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Meyvə qabıqyeyəni
Meyvə qabıqyeyəni (lat. Scolytus mali Bechst.) — buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinin qabıqyeyənlər fəsiləsinə aid olan növ. == Həyat tərzi == Sürfə mərhələsində qışlayır. Ədəbiyyat məlumatlarına əsasən aprel ayında pup mərhələsində keçir, bizim tədqiqatlara görə, pup mərhələsinə əsasən may ayının birinci ongünlüyündə keçir. Böcəklərin təbiətdə uçuşu, iyunun əvvəlindən iyulun ortalarına qədər davam edir. bu müddətdə dişi fərdlər ağacın qabıq hissəsini gəmirərək, iri deşiklər açır və oraya 60-dan 120-yə qədər yumurta qoyur. 6-8 gündən sonra yumurtalardan çıxan sürfələr qidalana-qidalana uzun yollar açaraq qabığın alt qatlarına, oduncağa qədər gedirlər. Sürfə mərhələsindən sonra oduncaq hissədə də puplaşırlar. İldə bir nəsil verir, bəzək bitkilərindən başqa digər meyvə ağaclarına da ciddi zərər verir. Bizim müşahidələrimizə görə ən çox əriyə (25-30%) və şama (20-24%) zərər verir.
Qabıqlı çayyovşanı
Myricaria germanica (lat. Myricaria germanica) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinin çayyovşanı cinsinə aid bitki növü. == Təbii yayılması == Krım, Qafqaz, Orta Asiya, Qərbi və Şərqi Sibir, İran, Himalay və Şimali Çində təbii arealı vardır. == Botaniki təsviri == Qoca budaqların qabığı bozumtul-qonur, birillik zoğların qabığı sarımtıl-yaşıldır. Yarpaqları xətvarı-uzunsov, xırdа, uzunluğu 1,5-5 mm, eni 0,5-1 mm, biz, bir az içəriyə burulmuş, bünövrəsi enli, oturaq, rəngi göyümtül-yaşıldır. Çiçək salxımları yan, illik budaqlardа inkişaf edir. Çiçək salxımları sıx, sünbülvarı, uzunluğu 5-10 sm, eni 1-1,3 sm olub, bünövrəsi çoxsaylı, enli, yumurtavarı, küt pulcuqludur. Çiçək saplaqlarının uzunluğu 2-3,5 mm-dir. Çiçəkaltlıqları yumurtavarı, ellipsvarı, uzunluğu 5–10 mm, eni 2–5 mm-dir. Çiçəkaltlıqlarının orta hissəsi enli, kənarları bütöv, ucu kütdür.
Qırışıqlı qabıqyeyən
Qırışıqlı qabıqyeyən (lat. Scolytus rugulosus Ratz.) — buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinin qabıqyeyənlər fəsiləsinə aid olan növ. == Həyat tərzi == Böcək sürfə mərhələsində ağacın gövdəsində (qidalanma nəticəsində sürfə tərəfindən açılmış yarıqda) qışlayır. Mart ayında puplaşmağa başlayır. Böcəklər pupdan may ayının ortalarında çıxır. Təbiətdə onların uçuşu 50–60 günədək davam edir. Uçuş müddətində böcəklər tumurcuqların oturaq hissəsinə, sonra isə şam ağacının gövdəsini gəmirərək 1–2 sm uzunluğunda yol açaraq oraya yumurta qoyurlar. Bir dişi fərd hər dəfə 30-dək, ümumiyyətlə 120-dən 130-dək yumurta qoya bilir. Yumurta qoyduqdan sonra, dişi fərd öz bədəni ilə həmin oyuğun deşiyini tutur və ölür. Bu hal yumurtaların təbii düşmənlərdən xilas olmasına şərait yaradır.
Ərik qabıqyeyəni
Ərik qabıqyeyəni (lat. Scolytus fasciatus Rtt. azərb. Ərik qabıqyeyəni‎) — Buğumayaqlılar tipinin bir növüdür. == Həyat tərzi == Sürfə mərhələsində qışlayır. Ədəbiyyat məlumatlarına əsasən aprel ayında pup mərhələsində keçir, bizim tədqiqatlara görə, pup mərhələsinə əsasən may ayının birinci ongünlüyündə keçir. Böcəklərin təbiətdə uçuşu, iyunun əvvəlindən iyulun ortalarına qədər davam edir. Bu müddətdə dişi fərdlər ağacın qabıq hissəsini gəmirərək, iri deşiklər açır və oraya 60-dan 120-yə qədər yumurta qoyur. 6-8 gündən sonra yumurtalardan çıxan sürfələr qidalana-qidalana uzun yollar açaraq qabığın alt qatlarına, oduncağa qədər gedirlər. Sürfə mərhələsindən sonra oduncaq hissədə də puplaşırlar.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.36 dəfə / 1 mln.
2004 •••••• 0.34
2005 •••••••••••• 0.67
2006 •••• 0.23
2009 •••••• 0.32
2010 •••••••••• 0.54
2011 ••••• 0.26
2012 ••••• 0.26
2013 ••• 0.15
2014 •••••••••••••••••••• 1.20
2015 ••• 0.17
2016 •••••• 0.35
2018 •••••••••• 0.60
2019 •••••••••••••• 0.83
2020 ••••••• 0.40

qabıq sözünün leksik mənası və izahı

  • 1 is. 1. Bir şeyin üstünü örtən sərt örtü. Ağacın qabığı. Yumurtanın qabığı. Qoz qabığı. – Mağaranın içi yumşaq ağac qabıqları ilə döşənmişdi. A.Şaiq. □ Qabıq bağlamaq – üstündə qabıq əmələ gəlmək, qabıqlanmaq. 2. zool. Bəzi onurğasız heyvanlarda: buynuz təbəqəsindən ibarət olan üst örtü, qın. Xərçəng qabığı. 3. Dəri, insan və heyvan dərisi. Qabığı soyulmaq. □ Qabıq vermək – qabığı, dərisi soyulmaq. Günün altında çox yanmışam, bədənim qabıq verir. ◊ Qabıq qoymaq – çox zəhmət çəkmək, çalışmaq, çalışıb əldən düşmək. [Mirzə Mustafa bəyə:] Siz qabıq qoymamışsınız. O qabığı bu fağır camaat qoyub. Ə.Haqverdiyev. Qabıqdan çıxmaq – 1) çox çalışmaq, çox əlləşmək, bütün gücünü sərf etmək. Qüdrətin tresti çox geridə qalıb, azı yarım il gərək qabıqdan çıxsın ki, bəlkə bizə çatdıra. M.Hüseyn. O, qabıqdan çıxıbdır hər biriyçün min kərə. B.Vahabzadə; 2) var-yoxdan çıxmaq, soyulmaq. Qabığına yerləşməmək (sığmamaq) – 1) həddindən artıq sevinmək; 2) son dərəcə təşəxxüslənmək, qürrələnmək, lovğalanmaq.

    Azərbaycan dilinin izahlı lüğəti / qabıq

qabıq sözünün etimologiyası

  • 1 1. Kökü qab hissəsidir və “dış örtüyü” mənasını verir. -ıq şəkilçisi qab (qa­pamaq) feilini ismə çevirib. Qabıqdan qab kimi də istifadə olunub və indi də olu­nur. Qazaxda deyirlər: budağın qabığını boru kimi çıxarıb içinə qulancar qoyur və qorda bişiririk. Buna qoysara deyilir (ola bilsin ki, qoysara (əsli: qabsara) və qab kökdaş sözlərdir). Rus dilində гопак sözü var və “прыгать” anlamını əks etdirir, mənşəcə alman dili ilə əlaqələndirilir, amma bizim qopmaq sözünə daha çox oxşardır (bizdə qop həm də qaç mənasında işlədilir). Qabıq “qopuq” kəlməsi ilə də qohumdur. Qabıq “ağacın və s. qopan, soyula bilən hissəsi”dir. 2. Qabıq və qapaq sözləri kökdaşdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / qabıq

qabıq sözünün sinonimləri (yaxın mənalı sözlər)

qabıq sözünün rus dilinə tərcüməsi

  • 1 1. кора, корка, кожура, оболочка, скорлупа, шелуха; 2. обложка (книги);

    Azərbaycanca-rusca lüğət / qabıq
  • 2 I сущ. 1. кора. Şam qabığı сосновая кора, tozağacı qabığı берёзовая кора, ağac qabığı древесная кора, ağacın qabığını soymaq обдирать кору с дерева 2. корка. Qarpız qabığı арбузная корка, çörək qabığı korka xleba qabıq bağlamaq покрываться коркой 3. кожура. Portağal qabığı апельсиновая кожура 4. шелуха. Kartof qabığı картофельная шелуха, günəbaxan qabığı шелуха подсолнуха 5. скорлупа. Yumurta qabığı яичная скорлупа, qozun qabığını sındırmaq расколоть скорлупу ореха 6. обложка. Kitabın qabığı обложка книги 7. раковина, ракушка II прил. 1. корковый. мед. Qabıq arteriyaları корковые артерии, qabıq qatı корковый слой, qabıq induksiyası корковая индукция, qabıq mərkəzlər корковые центры, qabıq maddə корковое вещество, qabıq hüceyrələri корковые клетки 2. зоол. скорлуповый. Qabıq vəzisi скорлуповая железа 3. тех. оболочковый. Qabıq tökməsi оболочковое литье, qabıq qəlib оболочковая форма ◊ qabıq qoymaq, qabıqdan çıxmaq лезть из кожи; qabığını soymaq kimin шкуру снимать, снять с кого; qabıqdan çıxarmaq kimi ободрать как липку; qabığına çəkilmək уйти в свою скорлупу; qabığına sığmamaq (yerləşməmək) мнить, возомнить о себе, строить из себя кого

    Azərbaycanca-rusca lüğət / qabıq

qabıq sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. (çörəyin və s.) crust; çörəyin qabığı crust of bread; 2. (soğanın, bananın) skin; soğan qabığı onion skin; 3. (yemişin, limonun və s.) rind; limonun qabığı lemon rind; 4. (portağalın, kartofun və s.) peel; portağal qabığı orange peel; kartof qabığı potato peelings pl.; 5. (fındığın, yumurtanın və s.) shell; fındıq qabığı nutshell; yumurta qabığı eggshell; 6. (ağacın) bark; qabığını soymaq 1) (kartofun, portağalın və s.) to peel (d.); kartofun qabığını soymaq to peel potatoes; 2) (yemişin, limonun və s.) to rind (d.); yemişin qabığını soymaq to rind the melon; 3) (yumurtanın, noxudun, taxılın və s.) to shell (d.); yumurtanın qabığını soymaq to shell an egg; ağacın qabığını soymaq to strip the tree of its bark; ilan qabığı slough; ◊ ~dan çıxmaq d.d. to go* all out; to bend* over backwards; ◊ beyin qabığı cerebral cortex; yer qabığı geol. earth’s crust

    Azərbaycanca-ingiliscə lüğət / qabıq

qabıq sözünün fransız dilinə tərcüməsi

  • 1 1) is. écorce f, écorce (croûte f) terrestre ; çörək ~ğı croûte f ; meyvə ~ğı peau f, écorce f ; qoz ~ğı écale f ; qozun ~ğını təmizləmək écaler vt ; paxla ~ğı robe f ; noxud ~ğı cosse f, pelure f ; coquille f ; couverture f ; kitab ~ğı reliure f ; ilbiz ~ğı coquillet m ; 2) sif. d’écorce (bot.) ~ mərkəzlər centres m pl corticaux (du cerveau) ; ~ mədə substance f corticale (du cerveau)

    Azərbaycanca-fransızca lüğət / qabıq

qabıq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. чкал (мес. ттаран, ичин ва мс.); qabıq bağlamaq а) чкал кьун, чкал атун; б) хъире кьун, хъире атун; 2. хъире (мес. какадин, шуьмягъдин ва мс.); 3. зоол. бязи пепейрин винел жедай кӀеви кӀараб хьтин къат (мес. пахлахандин); 4. хам (инсандин ва я гьайвандин); qabıq vermək хам гун, хамар алатун, хам вегьин, хамар фин (мес. ракъини куникди); ** qabıq qoymaq ччан эцигун, гзаф зегьмет чӀугун, кӀвалахун, кӀвалахна гьалдай фин; qabıqdan çıxmaq хамунай акъатун а) гзаф зегьмет чӀугун, кӀвалахун, алахъун, вири къуват серф авун; б) авай-авачирди гъиляй акъатун, алаж хьун; qabığına yerləşməmək (sığmamaq) а) хамуна гьат тавун, гзаф хвеши хьун; б) хамарай акъатун, хамуна ялар ттун, дамах къачун, лавгъавал авун.

    Azərbaycanca-ləzgicə lüğəti / qabıq

qabıq sözünün türk dilinə tərcüməsi

"qabıq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qabıq nədir? #qabıq sözünün mənası #qabıq nə deməkdir? #qabıq sözünün izahı #qabıq sözünün yazılışı #qabıq necə yazılır? #qabıq sözünün düzgün yazılışı #qabıq leksik mənası #qabıq sözünün sinonimi #qabıq sözünün yaxın mənalı sözlər #qabıq sözünün əks mənası #qabıq sözünün etimologiyası #qabıq sözünün orfoqrafiyası #qabıq rusca #qabıq inglisça #qabıq fransızca #qabıq sözünün istifadəsi #sözlük