Qaflan sözü azərbaycan dilində

Qaflan

Yazılış

  • Qaflan • 78.9474%
  • qaflan • 21.0526%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qaflan Muradov
Qaflan bəy Muradov (d. 1890, Muradbəyli, Ağdam, Şuşa, Yelizavetpol, Rusiya İmperiyası – ö. 1970, Ağdam, Azərbaycan SSR, SSRİ) — Azərbaycan-sovet aktyoru, Azərbaycan SSR Əməkdar Artisti. == Bioqrafiya == Qaflan bəy Məmmədrza bəy oğlu Muradov 1890-cı ildə Ağdamın Muradbəyli kəndində anadan olub. Azərbaycan SSR əməkdar artisti Qaflan bəy Muradov 1970-ci ildə Ağdam şəhərində vəfat etmişdir. Bəzi araşdırmalarda göstərilir ki, o, 1908-ci ildə Ağdamda ikisinifli rus-tatar məktəbində oxuyub. == Yaradıcılıq == Qaflan Muradov Azərbaycan teatr sənətində yaddaqalan obrazlar yaradıb. Məktəb illərində direktor Əhməd bəy Abbasovun rəhbərliyi ilə məktəbdə ilk dəfə olaraq Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" komediyası əsasında tamaşa hazırlanır. Yetər rolu məktəbin şagirdi Qaflan Muradova həvalə olunur. İlk tamaşa böyük səs-küyə səbəb olur: Əhməd bəy Abbasov, həmçinin tamaşanın yaradıcı heyəti cahillər tərəfindən təhqir hədəfinə çevrilir.
Qaflan dağı
Qaflan dağı - Azərbaycanın Qax rayonunda hündürlüyü 2879 metr olan dağ. Böyük Qafqaz sıra dağlarının cənub şərq hissəsində yerləşir. Qaflan dağı Qaflan silsiləsinin ən böyük zirvəsidir. Alp və subalp çəmənləri var.
Qaflan bəy Muradov
Qaflan bəy Muradov (d. 1890, Muradbəyli, Ağdam, Şuşa, Yelizavetpol, Rusiya İmperiyası – ö. 1970, Ağdam, Azərbaycan SSR, SSRİ) — Azərbaycan-sovet aktyoru, Azərbaycan SSR Əməkdar Artisti. == Bioqrafiya == Qaflan bəy Məmmədrza bəy oğlu Muradov 1890-cı ildə Ağdamın Muradbəyli kəndində anadan olub. Azərbaycan SSR əməkdar artisti Qaflan bəy Muradov 1970-ci ildə Ağdam şəhərində vəfat etmişdir. Bəzi araşdırmalarda göstərilir ki, o, 1908-ci ildə Ağdamda ikisinifli rus-tatar məktəbində oxuyub. == Yaradıcılıq == Qaflan Muradov Azərbaycan teatr sənətində yaddaqalan obrazlar yaradıb. Məktəb illərində direktor Əhməd bəy Abbasovun rəhbərliyi ilə məktəbdə ilk dəfə olaraq Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" komediyası əsasında tamaşa hazırlanır. Yetər rolu məktəbin şagirdi Qaflan Muradova həvalə olunur. İlk tamaşa böyük səs-küyə səbəb olur: Əhməd bəy Abbasov, həmçinin tamaşanın yaradıcı heyəti cahillər tərəfindən təhqir hədəfinə çevrilir.
Qaflankuh
Qaflankuh (türk. qaplan "pələng", "bəbir", fars. kuh "dağ"), İranın Zəncan ostanında, Şahverdi silsiləsində dağ. Hündürlüyü 3332 metrdir.
Qaflankux
Qaflankuh (türk. qaplan "pələng", "bəbir", fars. kuh "dağ"), İranın Zəncan ostanında, Şahverdi silsiləsində dağ. Hündürlüyü 3332 metrdir.
Qaflantı
Qaflantı – İranda, Cənubi Azərbaycanın Şərqi Azərbaycan ostanın Miyanə bölgəsinin şərqində bir dağ silsiləsi. == Ad == Bu dağ silsiləsinin yerli dialektdə adı Qaflantıdır. Bu ad Türkcə və Qaplan sözü ilə birdir. Qaplantı da demək olar. Fars dilində də bu dağ silsiləsinə Qaflankuh (yəni Qaflan dağı) deyilir. Ümumiyyətlə, bu dağ silsiləsinin adının anlamı pələnglərin yaşadığı yerdir. == Coğrafiya == Qızılüzən çayı Bu dağ silsiləsini Miyana şəhərinin doğusunda kəsir. == Siyasət == Eramızın birinci miniliyində bu dağ silsiləsi Qızıl Bunda hakimiyyətinin bir hissəsi idi.
Qaflantı Qız körpüsü
Qaflantı Qız körpüsü – Miyanədə Qızılüzən çayının üzərində yerləşən XII əsrə adi tarixi memarlıq abidəsi. == Tarixi == İranın, Güney Azərbaycanın çoxsaylı körpüləri içərisində ən bəllisi və ən mükəmməli Miyanədən Cənubda, Qızılüzən çayı üstündə salınmış və hicri VI əsrin (miladi XII əsr) əzəmətli abidədir. Onun üstündə olan və müxtəlif dövrlərdə aparılmış təmir işlərinə aid kitabələrdən birində bildirilir ki, körpünü hicri 933-cü ildə (miladi 1527) Şah Bəyim təmir etdirmişdir. Araşdırmaçılar körpünün el arasında Qız körpüsü adıyla tanınmasını bu mərmər kitabə ilə izah edirlər. Qaflantı dağının (farsca adı Qaflankuhdur) ətəyində olduğundan körpü elmi ədəbiyyatda Qaflantı körpüsü adı ilə tanınmışdır.Yüksək texniki-bədii həllinə görə İslam memarlığı araşdırmaçıları Qaflantı Qız körpüsünü Ön Asiyada körpüsalma sənətinin incisi sayırlar. Qaflantı körpüsünün mərkəzi tağı 1946-cı ildə geri qaçan "fədai başçılarının" nadan göstərişi ilə dağıdılmış və bu nadir memarlıq əsəri bu günəcən zədəli, yarıuçuq vəziyyətdə qalmaqdadır.[mənbə göstərin] == Memarlıq xüsusiyyətləri == Qaflantı körpüsünün dayaqları möhkəm daşdan hörülmüş, iri aşırımlı üç tağı və kiçik ara tağları bişmiş kərpicdən çox böyük ustalıqla qurulmuşdur. Tağlararası səthlərin də hamısı kərpiclə üzlənmişdir. Ən hündür orta tağ üstündən körpü sahilə doğru endiyindən "qozbel" biçim almışdır. Qaflantı körpüsündə də Azərbaycan memarlığında tez-tez rast gəlinən, iri tağ aşırımları arasında kiçik tağ gözləri qurulmuşdur. Bir çox cəhətdən əlverişli olsa da, bu ara açılımlar tağ dayaqlarını bir qədər zəiflədirdi.
Şixamir Qaflanov
Şixamir Oruc oğlu Qaflanov (7 dekabr 1986; Dombabinə, Zaqatala rayonu, Azərbaycan SSR — 19 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mayoru, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri olan Şixamir Qaflanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı tabeliyində olan şəxsi heyətlə birgə Cəbrayıl rayonunun, Hadrut qəsəbəsinin və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır. Komandiri olduğu Xüsusi Təyinatlı Dəstənin şəxsi heyətindən bir nəfər də şəhid olmamışdır. Tabeliyində olduğu şəxsi heyətlə qatıldığı 23 döyüşdə Ermənistan Ordusunun canlı qüvvəsini məhv edilməsində fərqlənmişdir. Xüsusi təyinatlılar arasında "Əfsanəvi Rembo" ləqəbini qazanıb. Oktyabrın 19-da Füzuli istiqamətində həlak olmuşdur. == Həyatı == Şixamir Qaflanov 1986-cı il dekabrın 7-də Zaqatala rayonunun Dombabinə (hal-hazırda Üçüncü Tala) kəndində anadan olmuşdur. O, Oruc Qaflanov və Mominət Qaflanovanın dörd övladından sonuncu idi. Onun bir qardaşı — Asif Qaflanov 1991–1994-cü illərdə Birinci Qarabağ müharibəsində savaşmışdır, bir qardaşı — Qurban Qaflanov isə Daxili Qoşunların "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin sıralarında xidmət edir. === Təhsili === Şixamir Qaflanov 1993-cü ildə Zaqatala rayonunda Dombabinə Kənd tam orta mətəbin birinci sinfinə daxil olmuşdur və 2004-cü ildə oradan məzun olmuşdur.
Şıxamir Qaflanov

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.10 dəfə / 1 mln.
2007 •••• 0.21
2011 •• 0.09
2013 •••••••••••••••••••• 1.31

qaflan sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Yırtıcı heyvan; pələng. Bu səsə dağdan bir qaflan çıxıb aşağı gəldi. Dəryadan çıxan aslan Seyfəlmülükün dərya tərəfdə olan yoldaşlarını, dağdan gələn qaflan dağ tərəfdə yatan yoldaşlarını götürüb apardı. (“Şahzadə Seyfəlmülük və Bədiəlcamal”)

Azərbaycan dastanlarının leksikası

Azərbaycan kişi adlarının izahlı lüğəti

aslan, şir, pələng; igid, qoçaq, qəhrəman.

Azərbaycan kişi adlarının izahlı lüğəti

Oxşar sözlər

#qaflan nədir? #qaflan sözünün mənası #qaflan nə deməkdir? #qaflan sözünün izahı #qaflan sözünün yazılışı #qaflan necə yazılır? #qaflan sözünün düzgün yazılışı #qaflan leksik mənası #qaflan sözünün sinonimi #qaflan sözünün yaxın mənalı sözlər #qaflan sözünün əks mənası #qaflan sözünün etimologiyası #qaflan sözünün orfoqrafiyası #qaflan rusca #qaflan inglisça #qaflan fransızca #qaflan sözünün istifadəsi #sözlük