qalad sözü azərbaycan dilində

qalad

Yazılış

  • qalad • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Böyük Qaladərəsi
Böyük Qaladərəsi (əvvəlki adı: Metsqaladərəsi) — Azərbaycan Respublikasının Şuşa rayonunun Qaladərəsi kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Şuşa rayonunun Metsqaladərəsi kəndi Böyük Qaladərəsi kəndi adlandırılmışdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. == Toponomikası == Keçmiş adı Köhnəkənd, Sovet hakimiyyəti illərində Kirov, Metsqaladərəsi olmuşdur. 1992-ci ildən bu adla rəsmiləşdirilmişdir. Oykonim "Qala (Şuşa nəzərdə tutulur) dərəsindəki böyük kənd" deməkdir.Orta əsrlərdə Şuşa qalasının ətəyində dərənin adı. Ərəbcə mənbədə. Kala-i-Dara formasındadır. 1828-ci ildə İrandan köçürülmüş ermənilər orada məskunlaşdıqdan sonra iki Qaladərəsi kəndi yaranmışdır: Metz (böyük) Qaladərsi və Pokr (kiçik) Qaladərəsi. Qala sözü şumer dilində eqan "bərkidilmiş" və ya "hasarlanmış yer" sözündəndir.
Gizli qalada üç əclaf (film, 1958)
Gizli qalada üç əclaf (yap. 隠し砦の三悪人) — rejissor Akira Kurosavanın filmi. == Məzmun == Filmin əvvəlində iki bədbəxt kəndli Tahey və Matasiti döyüş meydanından qaçırlar. Evə aparan yolu tapmağa çalışan kəndlilər general Rokurota Makabe ilə rastlaşırlar. O, taxtdan salınmış kral ailəsinin şahzadə xanımını gizli surətdə təhlükəsiz əraziyə köçürmək istəyir. Daha sonra satın alınaraq bir qul alverçisinin karvansarasının həyətində saxlanılan fermer qızı da onlara qoşulur. Çox keçmir ki, kəndlilər də onlara qoşulur. Lakin əvvəlcədən nəzərdə tutulmamış bu hal generalın işlərini çətinliyə salır. Hətta iş o yerə gəlib çatır ki, kəndlilər şahzadənin qızıllarını götürüb aradan çıxmağa çalışırlar. Beşlik ümidsiz halda çətin bir qərar qəbul edirlər.
Kiçik Qaladərəsi
Kiçik Qaladərəsi — Azərbaycan Respublikasının Şuşa rayonunun Qaladərəsi kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur.
Qaladan-qalaya
Qaladan-qalaya – Ayrı-ayrı diaqonal üzrə tamaşaçılardan solda kişilər, sağda qadınların düzülməsi ilə ifa olunan yallının musiqisi çox məşhurdur və həmişə aşağıdakı oxuma ilə müşayiət olunur: Yallının xarakterik xüsusiyyətlərindən biri də odur ki, həm kişi, həm də qadın yallıbaşılar oyunun ifası məqamında əllərində taxtadan düzəldilmiş qılınc tuturlar. Rəqsin əvvəlində onlar həmin taxta qılıncları meydanın ortasına atırlar. Bir-birinin dirsəyindən tutaraq barmaqlarını çarpazlaşdırmış vəziyyətdə sıx duraraq sola hərəkət edilir. Hərəkətlər çox sadədir-sağa addım atmalı, sol ayağı sağın qarşısına çarpaz qoymaq lazımdır.
Qaladan tapılan mücrü (film, 1982)
Qaladan tapılan mücrü — rejissor Gülbəniz Əzimzadənin filmi. == Məzmun == Filmdəki hadisələr Bakıda cərəyan edir. İki məktəbli dost — Mənsur (Kamran Şahmərdanov) və Ənvər (Ülvi Səfərov) xəzinə tapmaq arzusu ilə yaşayırdılar. Bir gün uşaqlar İçərişəhərin sökülüləri arasından içərisində qiymətli daş-qaş olan mücrü tapırlar. Lakin uşaqları güdən cinayətkarlar xəzinəni ələ keçirirlər. Uşaqlar bu barədə milisə məlumat verir və quldurların tutulmasında milis əməkdaşlarına köməklik göstərirlər. Filmin yaradıcılarının ümdə məqsədi gənc tamaşaçılara vicdan, yoldaşlıq, fədakarlıq kimi məfhumlar barədə söhbət açmaq, xeyirlə şəri bir-birindən ayırmaqda onlara kömək etməkdən ibarətdir. == Festivallar və mükafatlar == 1) 1983-cü ildə Gənc nəslin təlim-tərbiyəsində bu vacib problemin yaradıcılıqla işlənməsinə görə rejissor Gülbəniz Əzimzadəyə Özbəkistan Gənclər İttifaqı MK-nın Fəxri Fərmanı verilmişdir. == Film haqqında == Film operator Ələkbər Muradovun quruluşçu operator kimi kinoda ilk işidir. 1983-1984-cü illərdə bu film digər Azərbaycan kinolentləri arasında Sovet İttifaqında tamaşaçı sayına görə (4 milyon 80 min nəfər) I yeri tutmuşdur.
Qaladağ
Qaladağ (Ordubad) — Ordubad rayonunda dağ. Qaladağ — Oğuz rayonu ərazisində, Oğuz şəhərindən şimalda dağ. Qaladağ — Samux rayonu ərazisində, Bozdag silsiləsində zirvə. Hündürlüyü 391 m. Qaladağ — Yevlax rayonu ərazisində, Bozdag silsiləsinda dağ.
Qaladağ (Ordubad)
Qaladağ – Ordubad rayonu ərazisində dağ (hünd. 1349,2 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun Göydağ zirvəsindən cənuba uzanan Gəvək şaxəsində zirvə. Gilançayın sağ sahilində, Biləv kəndindən 2,5 km cənub-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinin orta hissəsinə aid Üst Dərəlik yarımlay dəstəsinin çökmə süxurlarını yarıb çıxmış və Alt Pliosen yaşlı andezit-dasitlərdən təşkil olunmuş ekstruzivə uyğun gələn sıldırım yamaclı günbəzdir. Relyefdə kəskinliyi və ekzotik görünüşü ilə nəzəri cəlb edir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının cənub-qərb qanadını mürəkkəbləşdirən ikincidərəcəli Xoşkeşin-Düylün sinklinalının cənub-qərb qanadında yerləşir.
Qaladibi
Qaladibi (Şahbuz) — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kükü kəndinin şimalında yerləşən arxeoloji abidə. Qaladibi (Vedi) — Vedi rayonunda kənd.
Qaladibi (Şahbuz)
Qaladibi — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kükü kəndinin şimalında yerləşən arxeoloji abidə. == Tarixi == Qala hündür qayalığın ətəyində salınmışdır. O, şimal tərəfdən təbii qayalıqla əhatə olunur, şimal, cənub və qərb tərəfdə isə iri daşlardan hörülmüş müdafiə divarı ilə möhkəmləndirilmişdir. Qala divarının tikintisində düzbucaqlı çıxıntılardan və rizalitlərdən istifadə edilmişdir. Bu tip tikinti texnikası inkişaf etmiş Dəmir dövrü üçün xarakterikdir. Qalanın içərisində daşdan inşa olunmuş dördkünc formalı binaların qalıqları saxlanmışdır. Tədqiqat zamanı aşkar olunan arxeoloji materiallar çəhrayı rəngli keramika parçalarından ibarət olub. Erkən Antik dövr üçün xarakterikdir. Onlar narın qum qarışığı olan gildən hazırlanaraq çəhrayı rəngdə yaxşı bişirilmişdir.
Qaladriel
Qaládriel (sind. Galadriel; [ɡaˈladri.ɛl]) — elf hökmdarlarından biri, Con Tolkinın "Üzüklərin hökmdarı" və "Silmarillion" əsərlərinin personajı. Qəzəb Müharibəsindən sonra Orta Dünyada qalan elf hökmdarların arasında ən qüdrətlisidir. Lotlorienın hökmdarıdır.
Qaladərə (Sərdəşt)
Qaladərə (fars. كاله دره‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 69 nəfər yaşayır (18 ailə).
Qaladərəsi
Qaladərəsi (Şamaxı) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Qaladərəsi (Gorus) — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonundakı kənd. Kiçik Qaladərəsi — Azərbaycan Respublikasının Şuşa rayonunun Qaladərəsi kənd inzibati ərazi dairəsində kənd. Böyük Qaladərəsi — Azərbaycan Respublikasının Şuşa rayonunun Qaladərəsi kənd inzibati ərazi dairəsində kənd.
Qaladərəsi (Gorus)
Qaladərəsi, Halidzor, Qalidzor, Alidzor — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonundakı kənd. == Tarixi == Rayon mərkəzindən 21 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim ərəb dilində «möhkəmləndirilmiş yer, şəhər» mənasında işlənən qala sözü ilə Azərbaycan dilində «iki dağ və ya təpə arasında, düzənlikdə uzun, dərin çuxur» mənasında işlənən dərə sözünün birləşməsindən əmələ gəlib «dərədə yerləşən qala yanında olan kənd» mənasını ifadə edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kəndin adı erməni dilinə kalka edilərək Qalidzor (Qala dərəsi) qoyulmuşdur.
Qaladərəsi (Şamaxı)
Qaladərəsi – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şamaxı r-nu Qaleybuğurd i.ə.d.-də kənd. Qala çayının (Ağsu çaynın qolu) sahilində, dağətəyi ərazidədir. Əhalisi 143 nəfərdir (2009), 36 təsərrüfatı var. İlkin əhalisi qonşu Qaleybuğurd və başqa kəndlərdən gələrək qazmalar şəklində məskunlaşarmış və sonralar kənd yaşayış məskəni kimi formalaşmışdır. Qaladərəsi kəndi yerləşdiyi ərazinin relyefinə uyğun Qaleybuğurd qalasına yaxın çay dərəsində yerləşdiyinə görə Qaladərəsi adlandırılmışdır. == Əhalisi == Kənd əhalisi 140 nəfərdir ki, onunda 64 nəfəri kişi, 78 nəfəri isə qadınlar təşkil edir.

"qalad" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qalad nədir? #qalad sözünün mənası #qalad nə deməkdir? #qalad sözünün izahı #qalad sözünün yazılışı #qalad necə yazılır? #qalad sözünün düzgün yazılışı #qalad leksik mənası #qalad sözünün sinonimi #qalad sözünün yaxın mənalı sözlər #qalad sözünün əks mənası #qalad sözünün etimologiyası #qalad sözünün orfoqrafiyası #qalad rusca #qalad inglisça #qalad fransızca #qalad sözünün istifadəsi #sözlük