Qaladağ sözü azərbaycan dilində

Qaladağ

Yazılış

  • Qaladağ • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qaladağ
Qaladağ (Ordubad) — Ordubad rayonunda dağ. Qaladağ — Oğuz rayonu ərazisində, Oğuz şəhərindən şimalda dağ. Qaladağ — Samux rayonu ərazisində, Bozdag silsiləsində zirvə. Hündürlüyü 391 m. Qaladağ — Yevlax rayonu ərazisində, Bozdag silsiləsinda dağ.
Qaladağ (Ordubad)
Qaladağ – Ordubad rayonu ərazisində dağ (hünd. 1349,2 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun Göydağ zirvəsindən cənuba uzanan Gəvək şaxəsində zirvə. Gilançayın sağ sahilində, Biləv kəndindən 2,5 km cənub-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinin orta hissəsinə aid Üst Dərəlik yarımlay dəstəsinin çökmə süxurlarını yarıb çıxmış və Alt Pliosen yaşlı andezit-dasitlərdən təşkil olunmuş ekstruzivə uyğun gələn sıldırım yamaclı günbəzdir. Relyefdə kəskinliyi və ekzotik görünüşü ilə nəzəri cəlb edir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının cənub-qərb qanadını mürəkkəbləşdirən ikincidərəcəli Xoşkeşin-Düylün sinklinalının cənub-qərb qanadında yerləşir.

Oxşar sözlər

#qaladağ nədir? #qaladağ sözünün mənası #qaladağ nə deməkdir? #qaladağ sözünün izahı #qaladağ sözünün yazılışı #qaladağ necə yazılır? #qaladağ sözünün düzgün yazılışı #qaladağ leksik mənası #qaladağ sözünün sinonimi #qaladağ sözünün yaxın mənalı sözlər #qaladağ sözünün əks mənası #qaladağ sözünün etimologiyası #qaladağ sözünün orfoqrafiyası #qaladağ rusca #qaladağ inglisça #qaladağ fransızca #qaladağ sözünün istifadəsi #sözlük